Bir şirkətin müdiri, yanında da köməkçisi və müavini işdən sonra bulvarda gəzişişərkən köhnə bir lampa tapırlar. Lampanın üzərindəki tozu silərkən içindən dumanlar içində bir cin çıxır və onlara deyir: “Mən həmişə üç istək yerinə yetirirəm, siz üç nəfər olduğunuza görə hərənizin bir dilək haqqınız var”. Köməkçi “əvvvəlcə mən, əvvəlcə mən…” deyərək dərhal irəli atılır: “Baham adalarında olmaq istəyirəm, bir yaxtam, içində də 10 milyon dollar. Həyatımı elə orada yaşamaq istəyirəm”. Köməkçi yox olur. Müavin “növbə mənimdir” deyir: “Mən isə yanımda sevgilim və 50 milyon dollarla Havay adalarında olmaq istəyirəm”. Müavin də yox olur. Cin müdirə dönüb “indi növbə sənindir” deyir. Müdir fikirləşir və arzusunu dilə gətirir: “Bu iki axmağı sabah günortadan sonra öz kabinetlərində işlərinin başında görmək istəyirəm”.
İstək
Şərhlər