Adamın biri iş üçün şirkətə müraciət edir. CV-si incələndikdən sonra. adamı İnsan Resursları Departamentinin rəhbəri ilə görüşə çağırırlar;
Görüş zamanı İnsan Resursları meneceri soruşur;
– Bəs sizin bizdən gözləntiləriniz nədir? Sizi nə qane edər?
Adam saymağa başlayır;
– Mən ilk növbədə bir xidməti avtomobil istəyirəm və hazırda olduğum mənzilin kirayəsi də şirkət tərəfindən qarşılansın. Maaş olaraq da 3000 manatdan aşağı işləmərəm…
Menecer dinləyir və
– Sizə son model bir Toyota və Novxanıda da bir villa verəcəyik və bu vəzifə üçün planlaşdırdığımız maaş 6000 manatdır, deyir.
Adamın gözləri parıldayır;
– Deyəsən zarafat edirsiz....
Menecer gülümsəyir;
– Amma zarafatı daha əvvəl siz başlatdınız…