Müdir katibəsinə təlimat verir:
- Bir həftəliyinə xaricə gedəcəyik. Ona görə hazırlaş...
Katibə dərhal ərinə zəng edir:
- Müdirlə bir həftəlik xaricə gedəcəyik, bir həftə birtəhər idarə edərsən.
Katibənin əri sevgilisini arayır:
- Arvadım bir həftə olmayacaq, bu bir həftəni bərabər keçirək.
Müəllimə olan sevgili hazırlaşdırdığı azyaşlı uşağı arayır:
- Bu həftə işim var, dərsə gəlmənə gərək yoxdu.
Uşaq babasını arayır:
- Baba, müəlliməmin işi var, bir həftə dərsim olmayacaq, həftəni bərabər keçirək.
Baba (yuxarıda qeyd etdiyimiz müdirdir) katibəsinə arayır:
- Bu həftəni nəvəmlə keçirəcəm, səfərimiz ləğv olundu, gedə bilməyəcəyik.
Katibə ərini arayır:
- Səfərimiz təxirə düşdü, gedə bilməyəcəyik.
Əri sevgilisini arayır:
- Bu həftə bərabər ola bilməyəcəyik, arvadımın səfəri təxirə düşdü.
Sevgilisi dərs verdiyi uşağı arayır:
- İşlərim təxirə düşdü, dərsə gələ bilərsən.
Uşaq babasına zəng edir:
- Baba, müəlliməmin işləri təxirə düşdü, bu həftə bərabər ola bilməyəcəyik, üzgünəm.
Baba katibəsini arayır:
- Vəziyyət dəyişdi, bu həftə xaricə gedə biləcəyik. .. 😀