Uğurli bir il keçirən şirkət işçilərini ailələri ilə birlikdə Tailanda tətilə aparır. Səhər yeməyindən sonra kollektiv bir timsah fermasını gəzməyə gedir. Timsahların yetişdirildiyi gölməçənin sahilində şirkət sahibi maraqlı təkliflə çıxış edir; kim timsahların yetişdirildiyi gölməçəyə atılıb sağ-salamat sahilə gəlsə, 1.000.000 manat mükafat alacaq, amma timsahlara yem olsa, onunla səfərə qatılan şəxsə 500.000 manatlıq təsəlli mükafatı veriləcək.
Uzun müddət heç kim tullanmağa cəsarət etmir, ta ki Mamed gölməçəyə atlayana qədər. Mamed öndə, timsahların arxasınca düşdüyü çılğın bir yarış başlayır. Mamed öz həyatını qumara qoymuşdu. Nəhayət, Mamed çətinliklə sudan çıxa bilir. Tıxanmış nəfəsinin bir qədər rahatlamasını gözlədikdən sonra var gücü ilə bağırır: - hansı şərəfsiz məni suya itələdi?
Və sizcə Mamedi suya itələyən kim olsa yaxşıdı, öz arvadı!!!
“Hər uğurlu kişinin arxasında bir qadın dayanır” deyimi də buradan gəlir.