Katibəmi işdən çıxardım

Bir şirkət direktoru dostuna katibəsini niyə işdən qovduğunu danışır: "İki həftə əvvə 45 yaşım tamam olurdu. Həmin gün özümü heç yaxşı hiss etmirdim. Səhər tezdən xanımımın təbrik edəcəyini gözləyirdim, ancaq o təbrik bir yana, heç "sabahın xeyir" də demədi. Öz-özümə xanım unutdu, yəqin uşaqlar xatırlayar deyə düşündüm. Uşaqlar da gəldi, lakin bir kəlmə belə ksmədilər. İşə gedərkən kefim çox pozulmuşdu. Ofisə çatdıqda katibəm "sabahınız xeyir müdir, doğum günün mübarək. dedi. Axır ki, birisinin ad günümü xatırlaması kefimi yerinə gətirdi. Nahara qədər işlədim, yemək vaxtı katibəm gəldi və "çölddə çox gözəl hava var və bu gün sizin doğum gününüz, istəyirsinizsə sadəcə siz və mən yeməyə çıxaq. Bakının kənarında sakit bir restorana gəldik, ikimizə bir şüşə konyak içdik və yeməkdən sonsuz zövq aldım. İşə dönərkən katibəm "hava çox gözəldi, ofisə dönməyə bilərikmi" deyə soruşdu. Əlbəttə dedim. "O zaman mənim evimə gedək, sizi bir içkiyə qonaq edim" dedi. Evinə getdik. Başqa bir konyakın dadını çıxardıq. Katibəm dedi ki, "müdir, icazənizlə yataq otağına gedib üzərimə daha rahat bir şey geyim". Yataq otağına getdi və 5-6 dəqiqə sonra əlinə böyük bir tort, arxasında da arvadım və uşaqlarım yataq otağından çıxıb "ad günün mübarək" oxuya-oxuya mənə yaxınlaşdılar.  Və mən ....... əynimdə sadəcə corablarım olmaqla divanda otururdum". 

Şərhlər
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги