Uşaq bağçasında cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:
- Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?
- Biiir!
- Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:
- İndi neçə kompyüter oldu?
Bu vaxt müdirə otağa gəlib tərbiyəçidən soruşur:
- Nə edirsən?
- Uşaqlara üçə qədər saymaq öyrədirəm!
- Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil bunu sən də eləyə bilərdin!
- Axı kitabda kompyüter yazılıb.
- Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirməyə hazırlaşmırsan?