"Dəqiqələrin ardındakı hekayə: Zamanı idarə etmək, bir həyatı idarə etməyə bərabərdir"

Zaman Yönetimi Nedir? Etkili Zaman Yönetimi için Bilmeniz Gerekenler

Zaman — mövcud kainatın ən əsrarəngiz elementlərindən biridir. Bəşər tarixi boyunca bir çox filosof, elm adamı və mütəfəkkir zamanın nə olduğunu, necə işlədiyini və ondan ən səmərəli formada necə istifadə edə biləcəyimizi anlamağa çalışıb. Zamanın spesifik təbiətinə görə, biz onu tuta, görə və duya bilmərik; lakin onun təsirini hər gün hiss edirik. Vaxt daim hərəkətdə olan, dayanmadan axan çay kimidir və sanki bizlər də bu çayın içində mənalı və rahat bir həyat sürdürməyə çalışan kiçik qayıqlarıq. Zamanın effektiv idarə edilməsi isə bu çayın sürətinə və istiqamətinə qarşı öz marşrutumuzu müəyyən edə bilmək deməkdir. Zamanın axınına qapılmaq əvəzinə, hər saniyə, hər dəqiqə və hər saatdan məqsədlərimizə çatmaq yönündə istifadə edə bilərik ki, bu da, həyatımızı gözəl və məmnun bir şəkildə yaşaya bilməyimiz üçün gərəklidir.

Deyək ki, bir günümüz var və həmin 24 saatdan necə istifadə edəcəyimizə qərar veririk. İlk növbədə, vaxtımızın böyük bir hissəsini, orta hesabla 7-9 saatı yatmağa ayırmalıyıq. Bu, günümüzün üçdə bir hissəsini əhatə edir və həmin müddət ərzində biz bədənimizi və zehnimizi dincəldirik. Sonra isə əksəriyyətimiz üçün başqa böyük bir zaman dilimi, işdə keçirdiyimiz vaxtdır. Bu müddət ərzində, bəlkə də 8 saat və ya ondan daha çox dönəmdə həyatımızın böyük bir hissəsini şəkilləndirən vəzifələrimizi yerinə gətiririk. İşdə keçirdiyimiz bu saatlar, vaxtın idarə edilməsinin xüsusilə vacib olduğu bir hissəni təşkil edir: işdəki prioritetlərimizi müəyyən etmək, işlərimizi səmərəli bir şəkildə planlamaq və öhdəliklər arasında keçid etmək və s.

Zamanı Boşa Harcamayı Engelleyecek 7 Yol - Aklınızı Keşfedin

Biz, həmçinin, günümüzun əhəmiyyətli bir hissəsini özümüzə, yemək hazırlamağa və ya yeməyə, əzizlərimizlə vaxt keçirməyə, hobbilərimizə və digər şəxsi məşğuliyyətlərə ayırırıq. Bu, əslində heç də “boş vaxt” deyil, həmin dövrdə biz özümüzü bəsləyir, münasibətlərimizi inkişaf etdirir və özümüzün qeydinə qalırıq. Lakin bu müddətdən ən səmərəli şəkildə bəhrələnmək üçün də vaxtın effektiv idarəsi tələb olunur.

Bəlkə də bir hobbimizə nə qədər zaman ayıracağımızı, bir kitab oxumağa və ya bir film izləməyə nə qədər vaxt sərf edəcəyimizi düşünməyimiz gərəkir. Bəlkə, sevdiyimiz insanlarla nə qədər vaxt keçirəcəyimizə, dostumuzla nə zaman görüşəcəyimizə də qərar verməliyik. Çünki bu qərarların, vaxtımızı səmərəli idarə etməyə, həyatımızın keyfiyyətli və mənalı olmasına bir başa təsiri vardır.

Bundan başqa, vaxtın idarə edilməsi bizə məqsədlərimizi müəyyən etməyə və onlara nail olmağa kömək edir. Bəlkə də siz kitab yazmağı, bir marafona qatılmağı, yeni dil öyrənməyi və ya hansısa bir işdə yüksəlməyi qarşınıza məqsəd qoymusunuz. Məhz buna görə də həmin məqsədlərə nail olmaq üçün vaxtımızı və gücümüzü şüurlu şəkildə dəyərləndirməmiz lazımdır.

Boşa giden yıllar • Haberton

Məsələn, əgər biz kitab yazmağı qarşımıza məqsəd qoysaq, hər gün ona nə qədər vaxt ayıracağımız, buna görə harada və nə qədər zaman keçirəcəyimiz, kitab yazmaq prosesini necə planlaşdıracağımız barədə düşünməliyik. Eyni şəkildə, əgər biz marafona qatılmağı hədəfləyiriksə, təlim proqramımız necə təşkil olunacaq, nə vaxt və harada məşq edəcəyimizi, istirahət və bərpa vaxtımızı necə tənizmləyəcəyimizi də planlaşdırmalıyıq.

Zamanın idarə olunması həmçinin vaxtımızı və enerjimizi necə sərf etməyimiz barədə ətraflı qərarlar almağımızı təmin edir. Hər dəqiqənin və hər saatın dəyərini anladıqda, həmin vaxtı şüurlu şəkildə idarə edə və onu ən yaxşı nəticələrə nail olmaq üçün dəyərləndirə bilərik.

Qeyd etdiyim kimi, zamanın effektiv idarəsi, həyatımızı nəzarətdə saxlamaq, hədəflərimizə çatmaq və həyat keyfiyyətimizi yüksəltmək üçün olduqca vacibdir. Unutmayaq ki, zaman, əlimizdəki ən qiymətli və bərpa olunmayan resursdur və bu resursdan maksimum səmərəli şəkildə istifadə etmək həyatımızı gözəl və mənalı yaşamağa imkan verir.

 

Sərkərdə Sərxanoğlu

 

Şərhlər
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги