“Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri: Qərar ver, qol vur”

 Bir futbol meydanı; yaşıl rəngin ən canlı tonlarına boyanmış, yuvarlaq dəri topun hakim olduğu bir mənzərə. Tamaşaçıların ürəyini döyündürən maraqlı matçlar, həyata keçirilən taktikalar və meydanda çıxış edən oyunçular dünyada milyonlarla insana ilham verir. Ancaq bu səhnənin arxasında meydanın qəhrəmanlarını, strategiyalarını müəyyən edən və oyunun təbiətini şəkilləndirən gizli bir sənətçi var. Bu sənətçi, baş məşqçidir.

O biri tərəfdən, eyni mürəkkəblik, qeyri-müəyyənlik və amansız rəqabətin sərhədləri içində başqa bir arena da var: iş dünyası. Bir futbol matçı, misilsiz strategiyaların, təsirli komanda çalışmalarının, gözlənilməz çətinliklərin və zəfər həyəcanının səhnəsi olduğu kimi, iş dünyası da öz hekayəsini yazır. Futbol ve iş aləmi, ilk baxışda fərqli dünyalar kimi görünə bilər. Soruşa bilərsiniz ki, ikisi arasında bir bağ varmı? Əlbəttə var. Yaxından nəzər saldıqda, hər iki dünyanın da təməlində eyni bacarıqların yatdığını görə bilərik. Yaxşı bir baş məşqçi bir biznes idarəçidən fərqli deyildir – ikisi də strategiya qurur, motivasiyanı təmin edir, istedadları idarə edir və çətinliklərin öhdəsindən gəlir. Strategiya qurmaq, liderlik, komanda formalaşdırma, motivasiya və hədəf müəyyənləşdirmə kimi ünsürlər futbol sahəsindən ofislərədək hər sahədə keçərlidir. Hər iki sahədə liderlər taktiki və strateji düşünmək qabiliyyətinə malik olmalıdırlar. Futbol məşqçisi meydanda oyuna nəzarət etməli, strategiyalar hazırlamalı və qarşılaşdıqları vəziyyətlər qarşısında cəld qərarlar qəbul etməlidir. Eynilə, biznes lideri də rəqabətli bazar şərtləri qarşısında sürətli və effektiv strategiyalar hazırlayıb həyata keçirməlidir. Hər iki halda uğur liderin vəziyyəti düzgün qiymətləndirmək və müvafiq strategiyaları həyata keçirmək bacarığından asılıdır.

Bu məqaləmizdə, işdəki liderlik və futbol komandası arasındakı bənzərliklərə nəzər salacaq və bir liderin necə “qazanan komanda” formalaşdırmasını kəşf edəcəyik.

2022 Spor Yöneticiliği Taban Puanları - Besyo Haber

***

Dediyimiz kimi, futbol məşqçiləri ilə biznes liderləri arasında çoxlu oxşarlıqlar var. Lakin bu oxşarlıqlar o demək deyil ki, futbol məşqçisi asanlıqla iş dünyasına və ya biznes idarəçisi futbol sahəsinə keçə bilər. Hər sahənin öz mürəkkəbliyi və çətinlikləri var. Futbol menecerləri oyunçuların fiziki imkanlarını, oyun qaydalarını və meydançanın şərtlərini nəzərə almalı olduqları halda, iş dünyasının liderləri bazar şərtlərini, müştərilərin tələblərini və hüquqi problemləri diqqətə almalıdırlar. Ancaq hər iki dünyadan ötürülə bilən məlumatların olduğu bir həqiqətdir. İş dünyası futboldan komanda ruhunu, rəqabəti və strateji düşüncəni, futbol isə iş dünyasından səmərəliliyi, davamlı inkişafı və yeniliyi öyrənə bilər.

 Futbol məşqçisi də, biznes lideri də uğurun sirrinin düzgün planlaşdırma, mükəmməl icra və vəziyyətə uyğun çeviklikdə olduğunu bilir. Və hər ikisi uğur qazanmaq üçün qeyri-adi qətiyyət, ehtiras və əzm nümayiş etdirir.

İngiltere'de Spor Yönetimi ve Pazarlaması Programı

***

Motivasiya və komanda idarəçiliyi həm məşqçilərin, həm də şirkət idarəçilərinin kilid bacarıqlarındandır. Futbol məşqçisi oyunçularını motivasiya etmək, onların istedadlarından maksimum yararlanmaq və onların meydanda bir komanda kimi hərəkət etmələrini təmin etmək üçün üçün müxtəlif üsullardan istifadə edir. Biznes idarəçilər də işçiləri həvəsləndirmək, onları ümumi məqsədə yönəltmək və ən optimal performansa nail olmaq üçün oxşar üsullara baş vurur. Ona görə də həm məşqçilər, həm də biznes idarəçilər motivasiya etmə və komanda idarəçiliyi mövzusunda sözün əsl mənasında ustalaşmalıdırlar.

***

İstər futbol meydançasında, istərsə də iş dünyasında hədəflər qoymaq və onlara nail olmaq üçün plan qurmaq da vacibdir. Məşqçi komandasının mövsüm üçün hədəflərini müəyyən edir və bu məqsədlərə çatmaq üçün oyun planıqurur. Biznes rəhbərləri də şirkətin məqsədlərini müəyyən edir və həmin məqsədlərə çatmaq üçün strateji plan hazırlayırlar. Hər iki halda qarşıya qoyulan məqsədlərə nail olmaq uğurun açarıdır.

 Bir baş məşqçi strateji bir vizyona sahibdir, oyunlara hazırlaşarkən rəqiblərinin güclü və zəif yönlərini analiz edər, öz oyunçularının bacarıqlarını diqqətə alaraq matçın ümumi strategiyasını müəyyənləşdirər. İş dünyasında da hər bir idarəçi  eyni yanaşmanı mənimsəməlidir; bazarın durumunu analiz etmək, rəqibləri və müştəriləri anlamaq, öz komandasının nacarıqlarını diqqətə almaq və strateji hədəflər müəyyənləşdirmək.

***

Bir futbol komandasında, oyunçular arasında effektiv kommunikasiya və birlikdə çalışma ruhu olmazsa olmazdır. Komandanın həqiqətən də uğurlu ola bilməsi üçün, oyunçuların baş məşqçinin vizyonunu anlamaları və meydanda bu vizyonu həyata keçirə bilmələri tələb olunur. İş dünyasında da eynilə, yaxşı bir idarəçi, komanda üzvlərinin birlikdə çalışmasını təşviq edər, açıq və intizamlı bir kommunikasiya qurar və hər kəsin ortaq hədəflərə çatması üçün birgə fəaliyyəti formalaşdırar.

Beden Eğitimi ve Spor Yönetimi | Türkiye'nin Hocaları

***

Bir baş məşqçi, hər bir oyunçusunun qabiliyyət və bacarıqlarını anlamaq məcburiyyətindədir. Hər oyunçunun sahib olduğu unikal istedad və bacarıqlar, komandanın ümumi uğuruna töhfə verir. İş dünyasında da, yaxşı bir idarəçi, hər bir komanda üzvünün istedad və bacarıqlarını anlayır və bunları ən yaxşı şəkildə istifadə edir. Effektiv bir idarəçi, hər bir şəxsin özünəməxsus istedad və bacarıqlarını təqdir edər və onlardan hədəfə çatmaq üçün necə istifadə edəcəyini yaxşı bilir.

***

Bir baş məşqçi, oyunçularının davamlı olaraq inkişafında maraqlıdır. Bu, oyunçuların həm fərdi bacarıqlarını inkişaf etdirmək, həm də komandanın ümumi performansını artırmaq üçün kritik əhəmiyyətə sahibdir. Baş məşqçilər, oyunçularının qabiliyyətlərini ən üst səviyyəyə çıxarmaq üçün nizamlı məşqlər və təlim seansları tərtib edərlər. İş dünyasındakı yaxşı bir idarəçi də komanda üzvlərinin davamlı öyrənmə və inkişaf etmə fürsətlərinə sahib olmasını təmin edir ki, bu da, təlim proqramları, mentorluq, performans rəyləri və karyera planları ilə gerçkləşdirilir.

***

Futbol təbiəti etibarilə rəqabətçi bir idman növüdür və uğurlu bir məşqçi, rəqiblərini analiz etmə və müasir taktikalar inkişaf etdirərək tətbiq eləmək qabiliyyətinə sahib olmalıdır. Eyni şəkildə, iş dünyasında bir idarəçi də, amansız rəqabətin hökm sürdüyü bazarda ayaqda dura bilmək üçün daima yenilikçi və yaradıcı olmalıdır. Bu, yeni fikirləri təşviq etmək, dəyişikliyi qəbullanmaq və daima öyrənməyi və inkişafı davam etdirmək mənasına gəlir. 

***

Bir futbol matçında, gözlənilməz vəziyyətlər hər zaman ortaya çıxa bilər: zədələnmələr, qırmızı kartlar və ya xətalı hakim qərarları. Bu durumlarda baş məşqçinin sürətli və effektiv bir şəkildə qərar verməsi və strategiyasını sürətli bir şəkildə tənzimləmə qabiliyyəti test edilir. İş dünyasında, bir idarəçi də bənzər böhran vəziyyətiylə qaşılaşa bilər: gözlənilməz bazar dəyişiklikləri, maliyyə çətinlikləri, və ya idarəetmə krizisləri. Bu durumlarda idarəçinin çevik və dayanıqlı olması, sürətli və effektiv qərarlar verə bilməsi gərəkməkdədir.

منابع کنکور کارشناسی ارشد رشته مدیریت ورزشی 1401 | مواد آزمون

***

Nəticə etibarilə, iş dünyasında uğurlu bir rəhbər olmaqla bir futbol komandasını idarə etmək arasında olduqca çoxlu bənzərlik vardır. Hər iki durumda da strateji düşünmə, effektiv ünsiyyət, istedadları inkişaf etdirmə strategiyası, davamlı öyrənmə və inkişaf, yenilikçilik və böhranlı vəziyyətlərin idarə edilməsi kimi bacarıqlar son dərəcə əhəmiyyətlidir.

Sərkərdə Sərxanoğlu

Şərhlər
İnayət Məmmədov 7 iyun 2023 16:20
Vusal Mahmudov 7 iyun 2023 16:39
Samir Rəhimov 7 iyun 2023 17:20
Hörmət Əfəndiyev 7 iyun 2023 23:29
Aynur Aruf 8 iyun 2023 21:01
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги