Serkerde.com

Narkotikin qadın üzü: qurban, susqunluq və tələ
Narkotik haqqında danışanda qadın mövzusu çox vaxt kənarda qalır. Cəmiyyət bu bəlanı daha çox kişi obrazı ilə təsəvvür edir: küçə, pis dostlar, cinayətkar çevrə, gecə həyatı, şübhəli münasibətlər. Amma narkotik dünyasının qadın tərəfi də var. Hətta bu tərəf bəzən daha gizli, daha ağır və daha təhlükəlidir. Çünki qadın bu sistemdə yalnız istifadəçi kimi görünmür. O, bəzən aldadılan qurban olur, bəzən qorxudan susan insan olur, bəzən də başqa insanları cəlb etmək üçün istifadə olunan vasitəyə çevrilir.

Burada qadını günahlandırmaq asandır. Amma asan olan hər zaman doğru olmur. Bu mövzuya ciddi baxanda başqa mənzərə açılır. Narkotik dünyası qadını çox vaxt zəif yerindən tutur: yoxsulluğundan, təkliyindən, övladını saxlamaq dərdindən, boşanma sonrası müdafiəsizliyindən, işsizlikdən, ailə dəstəyinin olmamasından, “camaat nə deyər?” qorxusundan.

Bir qadın düşünün. Boşanıb. Uşağını tək böyüdür. Kirayə verir. Aliment ya yoxdur, ya da vaxtında gəlmir. İş tapa bilmir, tapdığı iş isə evin ən sadə ehtiyaclarına belə çatmır. Ailəsi ona arxa durmur. Cəmiyyət isə onun necə yaşadığını soruşmadan, necə davranmalı olduğunu deməyə hazırdır. Belə qadın isə cinayətkar çevrələr üçün müdafiəsiz real hədəf deyilmi?

Ona əvvəl böyük vədlər verilir. “Bir dəfəlikdir”, “heç kim bilməyəcək”, “sadəcə kömək edəcəksən”, “uşağın üçün pul qazanacaqsan” deyilir. Bəzən qadının ən həssas yerindən, ana olmasından istifadə olunur. Ən ağır məqam da budur: bir ananın övladını qorumaq hissi belə narkotik şəbəkələrinin əlində təzyiq vasitəsinə çevrilə bilir.

Qadın bir addım atır. Sonra ikinci addım gəlir. Sonra borc yaranır. Sonra qorxu başlayır. Sonra “indi çıxa bilməzsən” deyənlər ortaya çıxır. Bir müddət sonra o qadın artıq əvvəlki kimi qərar verə bilmir. Onu pul, qorxu, asılılıq, şantaj və utanc hissi ilə idarə etməyə başlayırlar.

Bəzi qadınlar bu sistemə “asan qazanc” üçün girmir. Bəziləri çıxış yolu tapa bilmədiyi üçün ora düşür. Bu fərqi görmədən verilən hər hökm yarımçıqdır. Bu, heç kimi təmizə çıxarmaq demək deyil. Başqasını narkotikə yaxınlaşdırmaq, aldatmaq, istifadə etmək, tələyə salmaq cinayətdir və buna bəraət yoxdur. Amma qadının bu nöqtəyə necə gətirildiyini görmədən yalnız nəticəni lənətləmək problemi həll etmir. Narkotik aləminin ən çirkli tərəflərindən biri də budur: əvvəl qadını zəiflədir, sonra həmin qadından başqalarını zəif salmaq üçün istifadə edir.

Bəzən qadın səsi, qadın ünsiyyəti, qadın yaxınlığı təhlükəni gizlətmək üçün seçilir. Çünki çox insan riski qadın simasında gözləmir. Sosial şəbəkədə yazan, mehriban danışan, etibar yaradan, münasibət görüntüsü verən bir qadının arxasında bəzən tək bir insan yox, bütöv çirkli çevrə dayana bilər.

Bu, qadınların hamısına şübhə ilə baxmaq üçün deyil. Əksinə, narkotik şəbəkələrinin necə alçaq işlədiyini anlamaq üçündür. Onlar qadının gözəlliyindən də istifadə edə bilirlər, səsindən də, münasibət yaratmaq bacarığından da, çarəsizliyindən də. Qadın bəzən özü də qorxu altında olur, amma eyni zamanda başqalarına yaxınlaşmaq üçün alətə çevrilir.

Bu vəziyyətin arxasında çox vaxt sərbəst seçim yox, asılılıq, borc, təzyiq, cinsi istismar, gizli görüntülərlə hədə, ailəyə deyilmək qorxusu və sosial damğa dayanır.Cəmiyyət isə çox zaman bu mənzərəni görmək istəmir.

Qadın narkotiklə bağlı problem yaşayanda ona kişi ilə eyni gözlə baxılmır. Kişi haqqında “xəstədir”, “pis yola düşüb”, “müalicə lazımdır” deyənlər qadına gələndə daha qəddar olurlar. Söhbət dərhal “ayıb”, “namus”, “əxlaq”, “adımız çıxar” sözlərinə bağlanır. Bu yanaşma qadını xilas etmir. Onu daha da susdurur. Bəzən qadını narkotik qədər “camaat nə deyər?” qorxusu da əsir saxlayır. Ailə problemi gizlədir. Qohumlar susdurur. Qonşular pıçıldayır. Cəmiyyət mühakimə edir. Nəticədə qadın kömək istəməyə yox, gizlənməyə məcbur qalır. Gizlənən problem isə yox olmur. Sadəcə daha təhlükəli hala keçir. Bu susqunluq da narkotik şəbəkələrinin işinə yarayır. Onlar yaxşı bilirlər ki, qadın adının hallanmasından qorxan ailə çox vaxt polisə, həkimə, mütəxəssisə gec müraciət edəcək. Bilirlər ki, qız uşağı ilə bağlı məsələ açıq danışılmayacaq. Bilirlər ki, cəmiyyət qadını qınamağa kömək etməkdən daha hazırdır. Bu qorxudan istifadə edirlər.

Məsələnin ən ağır tərəfi azyaşlı qızlardır. 12-13 yaşlı qız uşağının narkotik müalicəsinə düşməsi sadəcə bir ailənin faciəsi deyil. Bu, cəmiyyətə ünvanlanmış çox ağır sualdır. O yaşda uşaq narkotiki seçmir. O yaşda uşaq çox vaxt aldadılır, qorxudulur, yönləndirilir, özündən böyük insanların təsiri altına salınır. Bəzən sevgi adı ilə, bəzən dostluq adı ilə, bəzən sosial media vasitəsilə, bəzən də qorxu və şantajla. Belə bir uşağa ilk sual “niyə belə etdin?” olmamalıdır.

İlk sual bu olmalıdır: “Səni bu yerə kim gətirdi?” Kim onun inamından istifadə etdi? Kim onun yaşını, qorxusunu, təcrübəsizliyini fürsət bildi? Kim onun danışmağa qorxacağını hesabladı?
Kim onun qız uşağı olduğu üçün ailə tərəfindən susdurulacağını düşündü? Azyaşlı qurbanı günahlandıran cəmiyyət onu ikinci dəfə yaralayır. Əvvəl cinayətkarlar onun müdafiəsizliyindən istifadə edir, sonra cəmiyyət onu ayıbla susdurur. Bu, qəbul edilə bilməz.

Qız uşağı narkotik bataqlığına düşübsə, onu gizlətmək yox, xilas etmək lazımdır. Ailənin adı uşağın həyatından böyük ola bilməz. Heç bir “camaat nə deyər?” sualı 12 yaşlı bir qızın xilasından vacib deyil.

Eyni söz qadınlara da aiddir. Bir qadın narkotik şəbəkələrinin əlinə düşübsə, onun hekayəsini yalnız “əxlaq” ölçüsü ilə oxumaq ədalətsizlikdir. Bəlkə o qadın əvvəlcə yoxsulluğun içində tək qalıb. Bəlkə uşağını saxlamaq üçün çırpınıb. Bəlkə cinsi istismara sürüklənib. Bəlkə asılı vəziyyətə gətirilib. Bəlkə qorxudulub. Bəlkə də çıxmaq istəyib, amma çıxış qapısını tapa bilməyib. Bütün bunları görmədən yalnız qadını ittiham etmək narkotik canilərinin üzərindən məsuliyyəti götürür. Əsl hədəf görünməz qalır.

Hədəf qadının ehtiyacından qazanc götürənlərdir.
Hədəf onun analığını təzyiqə çevirənlərdir.
Hədəf onu asılı edib sonra istifadə edənlərdir.
Hədəf qadın səsini tələyə döndərənlərdir.
Hədəf qorxmuş qadını susduran və bu susqunluqdan yararlanan sistemdir.

Bu mövzuda cəmiyyətin də öz günah payı var. Biz çox vaxt qadından dözüm tələb edirik, amma ona dayaq olmuruq. “Ana müqəddəsdir” deyirik, amma tək ananın necə yaşadığını soruşmuruq. “Qadın namusdur” deyirik, amma qadın təhlükəyə düşəndə ilk olaraq onu qınayırıq. “Qız uşağını qorumaq lazımdır” deyirik, amma onunla açıq danışmağı ayıb sayırıq. Bu ziddiyyətlər cinayətkarların işini asanlaşdırır. Çünki qorxan qadın susur. Susdurulan qadın tək qalır. Tək qalan qadını idarə etmək daha asan olur. Bu dairəni qırmaq lazımdır.

Valideyn qızının dəyişən davranışını yalnız “kapriz” kimi görməməlidir. Müəllim şagirdin qəfil içinə qapanmasını, dərsdən soyumasını, qorxulu baxışlarını, izah olunmayan pul ehtiyacını, şübhəli çevrəsini diqqətsiz buraxmamalıdır. Cəmiyyət qadını damğalamağa yox, təhlükəni vaxtında görməyə çalışmalıdır. Qadını qorumaq onu evə həbs etmək deyil. Qız uşağını qorumaq onu susdurmaq deyil. Ailənin adını qorumaq həqiqəti gizlətmək deyil. Qorumaq danışmaqdır. Dinləməkdir. Vaxtında mütəxəssisə müraciət etməkdir. Qadının və qız uşağının kömək istəməsini ayıb yox, xilas yolu kimi görməkdir.

Bu yazını qadını günahsız elan etmək üçün yazmıram. Cinayət varsa, məsuliyyət də olmalıdır. Amma bu yazıda bir şeyi demək istəyirəm: narkotik dünyasında qadın məsələsi çox vaxt göründüyündən daha mürəkkəbdir. Orada istifadəçi də var. Qurban da var. Susdurulan da var.
İstismara məruz qalan da var. Başqasını tələyə çəkməyə məcbur edilən də var. Hamısını eyni sözlə damğalamaq həqiqəti öldürür.

Narkotik qadını yalnız maddə ilə məhv etmir. Onun ehtiyacını, utancını, sevgisini, analığını, qorxusunu və cəmiyyətin qınağını ona qarşı silaha çevirir. Bu səbəbdən qadınların bu bəladan qorunması təkcə ailə məsələsi deyil. Bu, sosial məsələdir. Hüquqi məsələdir. Təhsil məsələsidir. İnsanlıq məsələsidir.

Əgər tək qalan qadın köməksizdirsə, cinayətkarlar ona yaxınlaşacaq. Əgər qız uşağı ailəsinə dərdini deyə bilmirsə, təhlükəli adamlar onu dinləyirmiş kimi davranacaq. Əgər qadın narkotik bəlasına düşəndə dərhal damğalanırsa, o müalicəyə yox, gizlənməyə qaçacaq. Əgər cəmiyyət susursa, bu susqunluq ən çox cinayətkarların işinə yarayacaq. Ona görə narkotikin qadın üzünə baxmaqdan qorxmamalıyıq. Bu üzdə yalnız fərdi səhvlər yoxdur. Orada yoxsulluq var, tək analıq var, sosial laqeydlik var, cinsi istismar var, şantaj var, azyaşlı qızların müdafiəsizliyi var, qadını tez qınayıb gec qoruyan cəmiyyət var. Və bütün bunların üzərində qazanc quran amansız bir sistem var. O sistemi narahat etmək istəyiriksə, ilk növbədə susqunluğu pozmalıyıq.

Qadını qınamaq asandır. Onu vaxtında qorumaq çətindir. Qız uşağını danlamaq asandır. Onun qorxusunu anlamaq çətindir. Ailənin adını qorumaq asandır. Uşağın həyatını qorumaq isə daha vacibdir. Bu gün biz daha vacib olanı seçməliyik. Çünki narkotikin qadın üzü susduqca böyüyür.

Danışdıqca isə bir qadını, bir qızı, bir ananı, bəlkə də bir ailənin gələcəyini xilas etmək şansı yaranır.

Sərkərdə Sərxanoğlu

Sahibkarın ən bahalı səhvi: Bacarıqlı görünən rəhbərə inanmaq
Heç bir sahibkar bacarıqsız rəhbəri bilərəkdən işə götürmür. Əksinə, o, şirkətini etibar edəcəyi ən doğru insanı axtarır. Elan verir, namizədlərlə görüşür, saatlarla müsahibə aparır, keçmiş təcrübəni araşdırır, tövsiyələr alır və sonda düşünür ki, nəhayət, düzgün qərar verdi. Amma biznesdə qəribə və acı bir həqiqət var: şirkətləri çox vaxt bacarıqsız görünən rəhbərlər yox, bacarıqlı görünən bacarıqsız rəhbərlər zəiflədir.

Bu adamları ilk baxışda tanımaq çətindir. Çünki onlar müsahibədə yaxşı danışırlar. CV-ləri təsirlidir. Özlərinə inamları yüksəkdir. Böyük şirkətlərin adlarını çəkirlər. İdarəetmədən, strategiyadan, transformasiyadan, komanda quruculuğundan, sistemdən, nəticədən elə danışırlar ki, sahibkarın gözündə bir anda ümid yaranır. Sanki şirkətin illərlə yığılan problemlərini bir neçə aya həll edəcək adam tapılıb. Ən təhlükəlisi də budur: belə insanlar çox vaxt sahibkarın eşitmək istədiyi sözləri deyirlər. İllərlə biznes qurmuş, hər gün satış, maliyyə, kadr, müştəri, rəqib və daxili proseslərlə mübarizə aparmış sahibkar yorulur. O, artıq sadəcə güclü rəhbər yox, yükünü azaldacaq adam axtarır. Qarşısına biri çıxıb “mən bu sistemi qısa müddətdə dəyişəcəyəm”, “satışı artıracağam”, “komandanı yığacağam”, “siz artıq operativ işlərə qarışmayacaqsınız” deyəndə, buna inanmaq istəyi çox təbii olur. Problem də məhz burada başlayır. Sahibkar həmin anda namizədi yox, öz ümidini qiymətləndirməyə başlayır. Maraqlıdır ki, sahibkarlar çox vaxt məhsul alanda son dərəcə ehtiyatlı davranırlar. Yeni avadanlıq alacaqlarsa, həftələrlə araşdırırlar. Yeni avtomobil alırlarsa, onlarla rəy oxuyurlar. Amma milyonlarla manatlıq şirkətin idarə edilməsini bəzən iki saatlıq müsahibədən sonra tanımadıqları bir insana etibar edirlər. Bu paradoks deyilmi?

Mən son illərdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla çox söhbət etmişəm. Onların problemləri fərqli idi: kimində satış zəifləmişdi, kimində komanda dağılmışdı, kimində sistem oturmurdu, kimində pul dövriyyəsi sıxılmışdı. Amma bir peşmançılıq çoxunda eyni idi: “Kaş onu işə götürməyə tələsməyəydim. Müsahibədə tamam başqa adam idi”. Bu cümlənin arxasında sadə bir səhv yox, çox baha başa gələn idarəetmə yanılması dayanır. Problem təkcə zəif rəhbərlərin mövcudluğunda deyil. Problem ondadır ki, bəzi insanlar peşəkar görünməyi peşəkar olmaqdan daha yaxşı öyrəniblər.

“İllüziya Meneceri” kimdir?

Hər zəif rəhbər təhlükəli deyil. Ən təhlükəlisi zəif olduğunu gizlədə biləndir. Mən belə insanlara “İllüziya Meneceri” deyirəm. İllüziya Menecerinin əsas bacarığı idarə etmək deyil, özünü idarəçi kimi göstərməkdir. O, adətən ağıllı görünür, səlis danışır, düzgün geyinir, idarəetmə terminlərindən rahat istifadə edir. Müsahibədə elə təsir bağışlayır ki, sahibkarın ağlında yalnız bir fikir qalır: “Nəhayət, axtardığım adamı tapdım”. Amma işə başladıqdan bir müddət sonra başqa mənzərə ortaya çıxır. Toplantılar çoxalır, nəticələr azalır. Hesabatlar qalınlaşır, problemlər olduğu yerdə qalır. Yeni cədvəllər hazırlanır, köhnə səhvlər təkrarlanır. Şirkətdə qəribə bir ab-hava yaranır: guya çox iş görülür, amma biznes yerində sayır. Hamı məşğuldur, amma heç nə irəliləmir. Söz çoxalır, nəticə yoxa çıxır. Çünki İllüziya Meneceri işi yox, iş görüntüsü yaratmağı bacarır. Daha dəqiq desək, İllüziya Meneceri ilk aylarda problemi həll etmir. Problemi təxirə salır. Sahibkar isə bunu həll kimi qəbul edir. Belə rəhbərlər adətən öz uğurlarından çox danışırlar: “Filan şirkətdə sistemi mən qurdum”, “satışı mən artırdım”, “böhranı mən idarə etdim”. Amma bir az dərinə gedəndə cavablar bulanıqlaşmağa başlayır.

- Satışı artırdım

- Neçə faiz?

- Hansı bazarda?

- Komanda neçə nəfər idi?

- Büdcə nə qədər idi?

- Hansı qərarı şəxsən siz vermişdiniz?

Əsl peşəkar bu suallardan narahat olmur. Çünki o, real prosesin içindən keçib. Uğurunu da xatırlayır, səhvini də, çətinliyini də, ödədiyi qiyməti də. İllüziya Meneceri isə ümumi danışmağa başlayır. Mövzunu dəyişir. Terminlərin arxasında gizlənir. Çünki onun yaddaşında real təcrübə yox, yaxşı hazırlanmış təqdimat var. Həqiqətən güclü rəhbərlərin maraqlı bir ortaq cəhəti olur: onlar özlərini sübut etməyə tələsmirlər. Onlar özlərini yox, problemi müzakirə edirlər. Zəif rəhbər isə əksinə, problemi yox, özünü satmağa çalışır. Çünki həqiqi peşəkarlığın ən böyük sübutu nitq deyil, nəticədir. Futbolu çox gözəl şərh edən hər adam yaxşı məşqçi olmadığı kimi, idarəetmə haqqında danışmaq da idarə etməyi bacarmaq demək deyil.

Ən baha itki maaş deyil

İllüziya Menecerinin ən təhlükəli tərəfi odur ki, onun zərəri ilk gündən görünmür. Əksinə, ilk aylarda dəyişiklik görüntüsü yaranır. Yeni iclaslar keçirilir, yeni terminlər işlənir, yeni qaydalar yazılır, yeni hesabat formaları hazırlanır. Sahibkar düşünür ki, proses başlayıb. Komanda isə bir müddət nə baş verdiyini anlamağa çalışır. Əsl mənzərə adətən 6-cı, 9-cu, bəzən də 12-ci aydan sonra görünür. Bu zaman artıq təkcə bir rəhbərin maaşı itirilmiş olmur. Vaxt itir. Komandanın enerjisi itir. Sahibkarın inamı sarsılır. Yaxşı əməkdaşlar yorulur. Daxildə etibar zəifləyir. Bəzən illərlə qurulan sistem bir nəfərin yanlış idarəetməsi ilə görünməz şəkildə dağılmağa başlayır.

Yanlış rəhbər yalnız səhv qərar vermir. O, şirkətin qərar mexanizmini də zədələyir. İnsanlar susmağa başlayır. Güclü əməkdaşlar geri çəkilir. Zəiflər uyğunlaşır. Rəhbərin xoşuna gələn sözlər həqiqətin yerini tutur. Və bir müddət sonra sahibkar başa düşür ki, şirkət sadəcə pis idarə olunmayıb. Şirkət yanlış insana etibar edilib. Maraqlıdır ki, sahibkar yanlış rəhbəri işdən çıxaranda adətən bir cümlə deyir: “Kaş bunu altı ay əvvəl etsəydim”. Amma çox az sahibkar özünə başqa sualı verir. “Mən onu niyə işə götürdüm?” Bu sual ağırdır. Çünki cavab yalnız həmin rəhbərdə deyil. Cavab bəzən sahibkarın tələsdiyi, inanmaq istədiyi, yoxlamadığı və ümidini fakta çevirdiyi yerdə gizlənir.

Sahibkar niyə aldanır?

İnsanları aldatmaq həmişə yalan danışmaqla olmur. Bəzən insan sadəcə inanmaq istədiyi şeyə inanır. Sahibkarların ən böyük zəifliyi də bəzən budur. Şirkət qurmaq romantik proses deyil. Sahibkar illərlə eyni problemlərlə yaşayır: satış, maliyyə, kadr çatışmazlığı, müştəri narazılığı, gecikən ödənişlər, zəif proseslər, rəqiblər, bazar təzyiqi. Bir müddətdən sonra o, problemləri həll edəcək rəhbərdən çox, onu problemlərdən xilas edəcək bir “xilaskar” axtarmağa başlayır. Məhz həmin anda risk böyüyür. Çünki qarşısına elə biri çıxır ki, sanki sahibkarın beynini oxuyur:

“Satışı mən həll edəcəyəm”, “sistemi mən quracağam”, “komandanı mən toparlayacağam”, “siz artıq bu işlərlə məşğul olmayacaqsınız” və s. Bu cümlələr illərlə yorulmuş sahibkar üçün musiqi kimi səslənir. Amma biznesdə qərarlar qulaqla yox, faktlarla verilməlidir. Mən uğurlu rəhbərlərin müsahibədə möcüzə vəd etdiyini çox nadir görmüşəm. Əksinə, onlar adətən ehtiyatlı danışırlar: “Mənim sehrlu çubuğum yoxdu”, “əvvəl vəziyyəti görməliyəm”, “komandanı tanımadan fikir bildirmək düzgün olmaz”, “problemin kök səbəbini bilmədən nəticə vəd etmək doğru deyil” və s. İlk baxışdan bu cavablar parlaq səslənməyə bilər. Amma idarəetmənin real dili məhz budur. İllüziya Meneceri isə şirkətin qapısından içəri girməmiş bütün problemlərin həllini bildiyini iddia edir. Çünki onun məqsədi vəziyyəti anlamaq yox, sahibkarı inandırmaqdır.

Böyük şirkət adı zəmanət deyil

Sahibkarların yol verdiyi böyük səhvlərdən biri də adlara aldanmaqdır. “Filan beynəlxalq şirkətdə işləyib”, “filan holdinqdə rəhbər olub”, “filan böyük layihədə iştirak edib”. Bunların hamısı önəmlidir, amma heç biri həmin insanın sizin şirkətdə uğurlu olacağına zəmanət vermir.

Çünki böyük şirkətdə işləmək başqa şeydir, böyük məsuliyyəti daşımaq başqa şey. Hazır sistemin içində vəzifə tutmaqla sistemi sıfırdan qurmaq eyni bacarıq deyil. Böyük korporasiyada bir prosesin hissəsi olmaqla orta ölçülü şirkətdə satışdan kadra, maliyyədən müştəriyə qədər müxtəlif problemlərin yükünü daşımaq arasında ciddi fərq var. Bir orkestrdə skripkaçı olmaqla orkestri idarə etmək eyni şey deyil. Ona görə də sahibkar namizədin harada işlədiyinə baxmalıdır, amma bununla kifayətlənməməlidir. Daha vacib sual budur: O, orada nəyi dəyişib?

Hansı qərarı verib? Hansı nəticəyə şəxsən təsir edib? Hansı problemi həll edib? Hansı uğursuzluqdan dərs çıxarıb? CV insanın harada olduğunu göstərir. Amma necə düşündüyünü, necə qərar verdiyini və təzyiq altında necə davrandığını göstərmir. Bunu anlamaq üçün CV-yə yox, insanın qərar izlərinə baxmaq lazımdır.

Namizədin nə danışmadığına qulaq asın

Müsahibədə ən təhlükəli yanılma yalnız deyilən sözlərə inanmaqdır. Sahibkar namizədin nə danışdığına qulaq asır, amma çox vaxt nəyi danışmadığına fikir vermir. Uğurlarından danışır, amma səhvlərindən danışmırsa, ehtiyatlı olun. Komanda idarə etdiyini deyir, amma komandanın çətin anlarında necə davrandığını izah edə bilmirsə, ehtiyatlı olun. Satışı artırdığını deyir, amma bunun hansı strategiya, hansı büdcə və hansı komanda ilə baş verdiyini açıqlamırsa, ehtiyatlı olun. Hər suala hazır cavabı varsa, amma heç bir yerdə tərəddüd, analiz və real təcrübə izi yoxdursa, yenə ehtiyatlı olun. Mən müsahibədə bir suala xüsusi önəm verirəm: “Ən böyük uğursuzluğunuz nə olub?” Əgər namizəd 15-20 illik karyerasında ciddi bir səhv xatırlamırsa, burada iki ehtimal var: ya özünü tanımır, ya da sizi ciddi qəbul etmir. Uğursuzluq yaşamayan rəhbər yoxdur. Amma uğursuzluğundan nəticə çıxarmayan rəhbər çoxdur. Əsl rəhbər öz səhvindən utanmır. Çünki bilir ki, onu peşəkar edən yalnız uğurları deyil, səhvlərindən öyrəndikləridir. Bir dəfə təcrübəli bir sahibkarın dediyi cümləni heç vaxt unutmadım: “İşə götürdüyüm insanların CV-si məni çox aldatdı. Sonra başa düşdüm ki, CV insanın harada işlədiyini göstərir, necə işlədiyini yox”. Bu cümlə rəhbər seçimində ən vacib dərslərdən biridir.

Sahibkar nə etməlidir?

Yanlış rəhbəri seçməməyin yolu hər kəsdən şübhələnmək deyil. Əsas məsələ düzgün yoxlama mexanizmi qurmaqdır. Namizədin danışdığı uğurları konkretləşdirin. “Satışı artırdım” cümləsi kifayət deyil. Nə qədər artırdı? Hansı dövrdə? Hansı resursla? Artım onun qərarının nəticəsi idi, yoxsa bazarın? “Mən etdim” deyilən işin arxasındakı real rolu araşdırın. Bəzi insanlar böyük layihənin içində olub, amma onu idarə etməyib. Bəziləri nəticənin yanında olub, amma səbəbi olmayıb. Namizədi yalnız keçmiş uğurlarla yox, düşünmə tərzi ilə yoxlayın. Ona real problem verin. Görün dərhal cavab uydurur, yoxsa əvvəl vəziyyəti anlamağa çalışır. Fakt istəyir, yoxsa ümumi danışır. İnsanları günahlandırır, yoxsa sistemi analiz edir. İlk 90 gün üçün aydın gözlənti müəyyən edin. Güclü rəhbər bundan qorxmaz. Çünki o bilir ki, etibar yalnız vədlə yox, müşahidə olunan davranışla yaranır. Və ən əsası, yalnız parlaq danışığa yox, davranış siqnallarına baxın. Namizəd səhvini qəbul edə bilirmi? Sualı sona qədər dinləyirmi? Bilmədiyi yerdə “bilmirəm” deyə bilirmi? Nəticəni yalnız öz adına yazır, yoxsa komandanın rolunu da görür? Bəzən rəhbərin kim olduğunu onun cavablarından çox, cavab vermə tərzi göstərir. Ən yaxşı rəhbər hər şeyi bilən adam deyil. Ən yaxşı rəhbər problemi düzgün oxuyan, insanları düzgün yönləndirən, qərarı faktlara əsaslandıran və nəticənin məsuliyyətini daşıyan adamdır.

Son söz

Sahibkar üçün rəhbər seçimi sadəcə kadr qərarı deyil. Bu, şirkətin taleyi ilə bağlı verilən qərardır. Yanlış rəhbər yalnız bir vəzifəni zəif icra etmir. O, şirkətin ritmini, komandanın inamını, qərar mexanizmini və sahibkarın illərlə qurduğu mədəniyyəti zədələyə bilər. Ona görə də sahibkar rəhbər seçərkən yalnız parlaq CV-yə, səlis nitqə və böyük vədlərə baxmamalıdır.

Sözün arxasında təcrübə varmı? Təcrübənin arxasında nəticə varmı? Nəticənin arxasında real qərar varmı? Qərarın arxasında məsuliyyət varmı? Əsl yoxlama budur. Heç bir sahibkar bilərəkdən səhv rəhbəri seçmir. Amma yaxşı sahibkarla təcrübəsiz sahibkar arasında bir fərq var.

Təcrübəsiz sahibkar insanın dediklərinə inanır. Təcrübəli sahibkar isə insanın verdiyi qərarlara baxır. Çünki CV-ni yazmaq mümkündür. Nitqi məşq etmək mümkündür. Təqdimat hazırlamaq mümkündür. Amma düşüncə tərzini saxtalaşdırmaq mümkün deyil. Və rəhbəri rəhbər edən də məhz budur. Çünki biznesdə ən böyük risk səhv qərar vermək deyil. Ən böyük risk qərar verməyi yanlış adama həvalə etməkdir.

Sərkərdə Sərxanoğlu

Narkotik bəzən sinif otağına müəllimdən əvvəl girir
Məktəb təkcə dərs cədvəli, zəng səsi, lövhə və qiymətdən ibarət deyil. Orada hər gün yüzlərlə müxtəlif taleli uşaq bir araya gəlir. Kiminin evində sevinc var, kiminin evində sükut. Kimi dərsə hazır gəlir, kimi gecə boyu ailəsində yaşanan gərginliyin ağırlığını özü ilə məktəbə gətirir. Bəzən bir şagirdin çantasındakı kitablar qaydasında olur, saçları daranmış görünür, amma içində nə yaşadığını heç kim bilmir. Bir səhər müəllim sinfə girəndə həmişə ikinci cərgədə oturan şagirdin başını partanın üstünə qoyduğunu görür. Adətən dərs başlamamış dostları ilə danışan, nəyəsə gülən uşaq o gün heç kimə baxmır. Müəllim dərsini keçir, heç nə soruşmur. Amma zəng çalınandan sonra ona yaxınlaşıb sakitcə deyir: “Son vaxtlar səni əvvəlki kimi görmürəm”. Uşaq əvvəl susur. Sonra sadəcə “heç nə” deyir. Bəzən insanın içində ən çox şey məhz bu iki sözdə gizlənir. Məktəbin ən böyük işi uşağa riyaziyyat, tarix və ya dil öyrətmək deyil. Bunlar, əlbəttə, vacibdir. Amma məktəb insanın özünü tanımağa başladığı ilk böyük mühitdir. Uşaq burada dostluq etməyi, uduzmağı, öz fikrini deməyi, haqsızlıqla qarşılaşmağı, bəzən də susmağı öyrənir. Onun xarakteri, dünyaya baxışı, özünə inamı çox vaxt məhz bu illərdə formalaşır. Ona görə məktəbə yalnız bilik verilən yer kimi baxmaq azdır. Məktəb həm də insanın həyatında nəyinsə yolunda getmədiyini ilk hiss edə bilən ən həssas məkanlardan biridir. Bu həssaslığın mərkəzində isə müəllim dayanır. Müəllim bəzən bütün sinfin içində ən sakit uşağın niyə birdən-birə aqressivləşdiyini görür. Həmişə dərsə maraq göstərən şagirdin gözlərindəki yorğunluğu hiss edir. Söhbətə qoşulan, zarafat edən bir uşağın günlərlə susduğunu, dostlarından uzaqlaşdığını, məktəbə gecikməyə başladığını, dərsə diqqətini toplaya bilmədiyini ilk fərq edən adam çox vaxt müəllim olur. Çünki valideyn övladını daha çox evdə görür, dostlar öz yaşıdlarının dəyişikliklərini adi hal saya bilər, amma müəllim uşağı hər gün eyni mühitdə, eyni insanlarla, eyni ritmdə müşahidə edir.

Bəzən narkotik sinif otağına müəllimdən əvvəl girir. Müəllim bunu birbaşa görməyə də bilər. Çünki bu təhlükə həmişə gözlə görünən, dərhal seçilən hadisə kimi gəlmir. O, əvvəlcə şagirdin davranışında görünə bilər: qəfil və səbəbsiz qəzəbdə, dərsdən uzaqlaşmaqda, göz kontaktından qaçmaqda, dost çevrəsini dəyişməkdə, ailədən və məktəbdən soyumaqda. Bəzən isə ən sakit görünən uşağın içində başlayan qapanmada. Amma burada bir vacib həqiqət var: hər dəyişiklik təhlükə demək deyil. Yeniyetməlik özü dəyişiklik dövrüdür. Uşaq bir gün danışqan, bir gün susqun ola bilər. İmtahan, ailə problemləri, dostla mübahisə, maddi sıxıntı, valideynlər arasındakı gərginlik — bunların hər biri onun davranışına təsir edə bilər. Ona görə də müəllimin işi şübhə ilə hökm vermək deyil. Onun işi görmək, hiss etmək, tələsmədən yaxınlaşmaq və “Sənə nə olub?” sualını insan kimi verməkdir. Bu sual sadə görünür. Amma bəzən bir uşağın eşitmək üçün ən çox gözlədiyi sual məhz budur. Çünki çox uşaq dərdini danışmağı bacarmır. Hətta danışmaq istəyəndə də onu dinləyən adam tapmır. Evdə valideyn yorğun olur, işdə olur, əsəbi olur. Uşaq “mənə qulaq asmırlar” hissi ilə böyüyür. Məktəbdə isə müəllim onu bir dəfə də olsa diqqətlə dinləyəndə, danlamadan, alçaltmadan, dərhal mühakimə etmədən soruşanda, o uşaq bəlkə də ilk dəfə anlayır ki, kimsə onu görür.

Bu, müəllimin çiyninə yeni bir yük qoymaq çağırışı deyil. Onsuz da müəllimlərin yükü az deyil: sinifdə say çoxdur, proqram var, kağız işi var, valideynlərlə münasibət var, bəzən öz şəxsi qayğıları var. Heç kim müəllimdən hər problemi həll etməyi gözləyə bilməz. O, nə narkoloqdur, nə polis, nə də hər uşağın həyatının bütün gizli tərəflərini bilməli olan adamdır. Amma müəllimin öz peşəsinin içində onsuz da böyük bir müşahidə gücü var. Bəzən taleyi dəyişən də məhz həmin güc olur. Bir müəllimin diqqəti necə görünür? Bu, şagirdi sinfin qarşısında sıxışdırmaq deyil. “Sən niyə belə olmusan?” deyib onu hamının yanında utandırmaq deyil. Valideynə dərhal zəng edib ittiham dili ilə danışmaq da deyil. Diqqət daha sakit bir şeydir. Dərsdən sonra uşağı bir neçə dəqiqə saxlamaqdır. “Son vaxtlar özün deyilsən, bəlkə danışmaq istədiyin bir şey var?” deməkdir. Onun sözünə inanmaqdır. Hər cümləsinin arxasında günah axtarmamaqdır. Lazım gələrsə, məktəbin psixoloquna, rəhbərliyinə, ailəsinə düzgün və ehtiyatlı şəkildə məlumat verməkdir. Bir çox böyüklərin ən böyük səhvi uşağın davranışındakı dəyişikliyi dərhal tərbiyəsizlik kimi yozmasıdır. Uşaq dərsə hazır deyil — deməli, tənbəldir. Sual veriləndə əsəbiləşir — deməli, hörmətsizdir. Sinifdən uzaq gəzir — deməli, özünü bəyənir. Ev tapşırığını etmir — deməli, məsuliyyətsizdir. Halbuki bəzən bu davranışların arxasında uşağın özünün də adlandıra bilmədiyi bir sıxıntı dayanır. Müəllim təcrübəsi ilə bilir ki, uşağın susması ilə sakitliyi eyni şey deyil. Bir şagirdin dərsə marağının azalması həmişə zəiflik deyil. Bəzən bu, kömək istəməyin səssiz formasıdır. Bəzən “mənə baxın” deməyə dili gəlməyən bir uşağın davranışıdır. Elə buna görə də məktəbdə yalnız intizama deyil, insanın halına da diqqət lazımdır.

Narkotiklə bağlı təhlükə də çox vaxt bir gündə yaranmır. Uşaq bir səhər evdən çıxıb başqa insana çevrilmir. Onun həyatında əvvəlcə boşluqlar yaranır: özünü dəyərsiz hiss edir, ailədən uzaqlaşır, dost çevrəsində qəbul olunmaq istəyir, “yox” deməyi bacarmır, kiməsə özünü sübut etməyə çalışır. Bəzən yaşadığı çətinlikdən qaçmaq üçün yanlış qapıya yönəlir. Bəzən də heç bir böyük ona vaxtında “Sən hara gedirsən?” sualını vermir. Bu sual nəzarət üçün yox, qayğı üçün verilməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox şeyi hiss edirlər. Kiminsə onları həqiqətən dinlədiyini də anlayırlar, formal olaraq soruşduğunu da. Müəllim “mən sənin tərəfindəyəm” hissini verəndə, şagirdin həyatında görünməyən bir dayaq yaranır. Bu dayağın gücünü bəzən illər sonra anlamaq olur. Müəllimin görünməyən məsuliyyəti də budur: o, sinifdə təkcə əl qaldıranları, cavab verənləri, qiymət alanları görmür. Bəzən hamının gözündən yayınan uşağın susqunluğunu da görür. Çünki hər şagird kömək istəyəndə bunu sözlə demir. Bir uşağın yaddaşında müəllimin dediyi hər söz qalmır. Amma ona ən çətin günündə necə baxıldığı qalır. O gün müəllimin səsində qınamaq yox, anlayış olubsa, bu hiss unudulmur. Uşaq böyüyür, məktəbi bitirir, başqa şəhərə gedir, bəlkə illərlə həmin müəllimini görmür. Ancaq özünü hamıdan uzaq hiss etdiyi bir gündə kimsənin onu fərq etdiyini xatırlayır. Bəzən insanı səhv yoldan geri döndərən nəsihət olmur. Sadəcə, onu kimsənin gözlədiyini bilməsidir. Hər kəsin yaddaşında onu dəyişən bir müəllim olur. Kimi üçün bu, ilk dəfə bacarığına inanan müəllimdir. Kimi üçün evdə eşitmədiyi xoş sözü deyən müəllimdir. Kimi üçün səhvini hamının yanında bağırmadan izah edən insandır. Kimi üçün isə ən çətin vaxtında heç nə soruşmadan, sadəcə yanında dayanan adamdır. Müəllimlərin talelərə təsiri həmişə görünən formada olmur. Bəzən bir cümlə, bir baxış, bir inam insanın içində uzun illər yaşayır.

Məktəbdə narkotik təhlükəsindən danışanda ilk növbədə qorxu yaratmaq düzgün deyil. Uşağa hər yerdə təhlükə olduğunu deyib onu həyatdan, dostluqdan, ünsiyyətdən qorxutmaqla nəticə almaq çətindir. Qorxu insanı bəzən bir müddət saxlayır, amma içində cavab yaratmır. Uşağa yalnız “uzaq dur” demək kifayət etmir. Ona “niyə uzaq durmalıyam?”, “özümü çətin vəziyyətdə necə qorumalıyam?”, “mənə nəsə təklif olunanda kimə müraciət edə bilərəm?” suallarının cavabı lazımdır. Ən əsası isə ona özünün dəyərli olduğu hissi lazımdır. Özünü dəyərli hiss edən uşaq, adətən, onu alçaldan, zəiflədən, həyatını qaraldan seçimlərə qarşı daha möhkəm dayanır. Çünki insanın içində boşluq olanda, onu nə ilə dolduracağını başqaları müəyyən etməyə başlayır. Məktəb də həmin boşluğun yaranmaması üçün ən vacib ünvanlardan biridir. Bir uşağın yanlış çevrəyə düşməsi hamının gözü qarşısında baş vermir. Əvvəlcə onun bir az daha çox susduğunu görürük. Sonra dərsdən soyuduğunu. Sonra “keçər” deyib ötürürük. Halbuki bəzən həyatdakı ən böyük uçurumlar elə “keçər” deyilən yerdən başlayır. Məhz buna görə müəllimin diqqəti nəzarət mexanizmi deyil; insanı tək qoymamaqdır.

Dediyim kimi, bu, bütün məsuliyyətin məktəbin üzərinə qoyulması demək deyil. Narkotiklə mübarizə tək müəllimin, tək valideynin, tək polis əməkdaşının və ya tək bir kampaniyanın işi deyil. Bu, ailənin, məktəbin, məhəllənin, dost çevrəsinin, medianın, dövlət qurumlarının və ümumiyyətlə cəmiyyətin ortaq məsuliyyətidir. Uşağı qorumaq üçün hər kəs öz yerində düzgün dayanmalıdır. Ailə övladının dostlarını, qayğılarını, gündəlik həyatını bilməlidir. Məktəb şagirdin davranışındakı dəyişiklikləri yalnız qiymət cədvəlində görməməlidir. Cəmiyyət kömək istəyən uşağı damğalamamalıdır. Media bu mövzunu sensasiya naminə deyil, insan taleyi kimi təqdim etməlidir. Dövlət qurumları isə yalnız nəticə ilə yox, səbəblərlə də mübarizə aparmalıdır. Çünki gənci qorumaq, onun səhv addımından sonra onu cəzalandırmaqdan daha böyük və daha çətin işdir. Bəzən müəllim bu zəncirin ilk halqasına çevrilir. O, təhlükəni dəqiq adlandırmaya bilər. Amma bir şeyin dəyişdiyini hiss edə bilər. Məhz həmin hiss onun ən böyük üstünlüyüdür. Uşaq dərsə gecikəndə, daha əvvəl cavab verməyə həvəsli olduğu halda indi başını aşağı salanda, sinifdə özünü yad kimi aparanda, müəllim bunu görür. Görmək isə bəzən taleyin istiqamətini dəyişmək deməkdir.

Bir məktəb müəlliminin danışdığı sadə bir hadisə var. Sinifdə həmişə fəal olan bir şagird birdən-birə dərslərdən uzaqlaşıb. Əvvəl müəllim bunu imtahan yorğunluğu sayıb. Sonra uşaq daha çox dərs buraxmağa, sinif yoldaşları ilə dalaşmağa başlayıb. Müəllim onu cəzalandırmaq əvəzinə bir gün sakitcə söhbətə çəkib. Uşaq dərhal danışmayıb. Bir neçə gün keçib. Amma o ilk söhbətdən sonra müəllimin yanına özü gəlib, evdə və çevrəsində yaşadığı gərginlikdən danışıb. Müəllim məktəb psixoloqu və ailə ilə birlikdə məsələyə diqqət yetirib.Bu hadisənin ən dəyərli tərəfi odur ki, müəllim “bu mənim işim deyil” deməyib. Bəlkə də həmin anda heç bir böyük qəhrəmanlıq baş verməyib. Sadəcə, bir müəllim şagirdinə insan kimi yanaşıb. Bəzən insanın taleyi də elə böyük addımlarla yox, adi görünən düzgün davranışlarla dəyişir. Müəllim peşəsinin böyüklüyü də buradadır. Müəllim yalnız dərs izah etmir; o, bəzən uşağın özünə izah edə bilmədiyi halını anlayır. O, bəzən uşağın evdə eşitmədiyi sualı verir. Bəzən onun ən zəif vaxtında qarşısına çıxan ilk yetkin insan olur. Müəllimin sözünün çəkisi də buradan gəlir. Əlbəttə, müəllim də insandır. O da hər şeyi görməyə, hər davranışı düzgün yozmağa borclu deyil. Bəzən o da yanılar, bəzən gecikər, bəzən nə edəcəyini bilməz. Amma müəllimlik mükəmməl olmaq deyil; diqqətli olmaqdır. Şagirdin içində yaranan qaranlığı ilk anda tam anlamaq mümkün olmaya bilər. Yetər ki, o qaranlıq görməzdən gəlinməsin.

Bu gün məktəblərdən daha çox nə gözləməliyik? Daha çox qayda, daha çox cəza, daha çox qorxutma? Bunlar müəyyən həddə lazım ola bilər. Amma ən çox lazım olan şey məktəbin içində insan münasibətinin güclənməsidir. Uşaq müəllimindən çəkinə bilər, amma ondan qorxmamalıdır. Məktəbə getmək onun üçün yalnız hesabat vermək hissi yaratmamalıdır. O bilməlidir ki, səhv etdikdə də, çətinliyə düşdükdə də danışa biləcəyi bir böyüyü var. Narkotiklə mübarizənin ən güclü tərəfi yalnız qadağa deyil. Ən güclü tərəfi vaxtında qurulan münasibətdir. Uşağın özünü tənha hiss etməməsidir. Bir müəllimin “mən səni görürəm” deməsidir. Bir valideynin “mən səni dinləyirəm” münasibətidir. Bir məktəbin “sən bizim üçün sadəcə qiymət deyilsən” mesajıdır. Məktəb bəzən uşağın evdən sonra ən çox vaxt keçirdiyi yerdir. Ona görə burada deyilən hər sözün, göstərilən hər diqqətin, edilən hər haqsızlığın və hər yaxşılığın izi qalır. Müəllim bir gün şagirdinin gözündə yaranmış fərqi görürsə, onu yalnız intizam problemi kimi qəbul etməməlidir. Bəlkə ortada adi bir yorğunluq var. Bəlkə ailə qayğısı var. Bəlkə də daha ciddi bir təhlükənin ilk kölgəsi görünür. Həmin anda lazım olan şey ittiham deyil, qayğıdır. Sorğu-sual deyil, söhbətdir. Damğa deyil, dəstəkdir.

Bütün müəllimlər hər şagirdin həyatını dəyişə bilməz. Buna heç kimin gücü çatmaz. Amma bir müəllim bir şagirdin həyatında vaxtında görünə bilər. Onun susqunluğunu eşidə bilər. Yanlış istiqamətə getdiyini hiss edə bilər. Ona yenidən ayaqda durmaq üçün səbəb verə bilər. Müəllim bəzən jurnalın qarşısında oturan bir adam kimi görünür. Amma o jurnalın qarşısında talelər oturur. Kiminin təkcə qiyməti aşağı düşür, kimininsə həyatı səssizcə əlindən sürüşməyə başlayır. Müəllimin diqqəti hər dəfə möcüzə yaratmaya bilər. Lakin bəzən bir uşağın həyatında ən vacib fərqi yaradan şey, onu vaxtında görən bir cüt göz olur. Və bəzən, həqiqətən də, bir müəllimin diqqəti bir insanın həyatını xilas edə bilər. Bu, heç bir protokola yazılmaya bilər. Heç kim bununla bağlı hesabat istəməyə bilər. Amma bir gün böyümüş o şagird geriyə baxanda, yolunu dəyişən şeyin böyük bir nitq yox, vaxtında verilmiş sadə bir sual olduğunu xatırlayar: “Sən yaxşısan?”

Sərkərdə Sərxanoğlu

Ekranın arxasındakı tələ: sosial media və narkotik təhlükəsi
Narkotik bəlasına həsr etdiyim əvvəlki yazımda “valideyn korluğu”ndan danışmışdım. Yəni bəzən ailənin öz evində baş verən dəyişikliyi gec görüb, zamanında fərqinə varmamasının, övladına qarşı doğru münasibət qura bilməməsinin ağır fəsadlarını oxucunun diqqətinə çatdırmağa çalışmışdım. Bu dəfə isə məsələnin başqa tərəfinə diqqət çəkmək istəyirəm: sosial media və sosial şəbəkələr narkotik təhlükəsində hansı rolu oynayır? Çünki bu gün narkotik təhlükəsini yalnız küçədə, qaranlıq yerlərdə, şübhəli adamların yanında axtarmaq artıq köhnə düşüncədir. Təhlükə formasını dəyişib. İndi o çox vaxt insanın qarşısına birbaşa çıxmır. Əvvəlcə gözə öyrəşir, sonra söhbətə çevrilir. Daha sonra zarafat olur və nəhayətində adam özü də hiss etmədən ona qarşı əvvəlki qədər ayıq qalmır. Məncə, bu gün ən böyük problemlərdən biri məhz budur.

Sosial media narkotiki hər zaman açıq şəkildə təbliğ etmir. Bəzən onun haqqında elə danışılır, elə zarafat edilir, elə görüntülər paylaşılır ki, məsələ yavaş-yavaş adiləşməyə başlayır. Dünən qorxulu sayılan şey bu gün gülməli video olur, sabah mahnı sözünə çevrilir. Bir müddət sonra isə adamın beynində belə bir fikir yaranır ki, “əşşi boş şeydi, o qədər də ciddi məsələ deyilmiş”. Əsl təhlükə də elə buradan başlayır. Çünki narkotikdən pul qazanan adam üçün bundan yaxşı nə ola bilər? İnsan qorxmasın, məsələni ciddi qəbul etməsin və bunu uzaq təhlükə kimi yox, “hamının bildiyi adi şey” kimi görsün.

Narkotik tacirinin işi təkcə satmaq deyil. O, əvvəlcə mühit hazırlayır. Adamın qorxusunu azaldır, marağını artırır, sonra da fürsət axtarır. Sosial media isə bu iş üçün çox geniş və əvəzolunmaz  meydandır. Orada yaş da, maraq da, təklik də, özünü sübut etmək istəyən gənclər də, asan pul axtaranlar da, diqqət istəyənlər də var. Burada söhbət təkcə uşaqlardan getmir. Bu təhlükə yeniyetməyə də aiddir, tələbəyə də, gəncə də, cavana da. Hətta özünü çox ağıllı, çox ayıq, hər şeyi bilən hesab edən yaşlı-başlı adama da. Çünki sosial media hamıya eyni qapıdan yaxınlaşır: telefondan.

Bu məqamda ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının illərdir “narkotik satan şəbəkələr sosial media və mesajlaşma tətbiqlərindən istifadə edərək insanlara, xüsusilə də gənclərə daha rahat çata bilirlər” xəbərdarlığını xatırlamaq yerinə düşərdi. DEA-nın “Social Media Drug Trafficking Threat” adlı xəbərdarlığında da əsas fikir budur ki, təhlükə artıq insanın cibində gəzdirdiyi telefona qədər yaxınlaşıb. Bu faktın özü çox şey deyir. Əvvəllər narkotik satan adam müəyyən bir yerdə dayanmalı, müəyyən çevrəyə girməli, kiməsə fiziki yaxınlaşmalı idi. İndi isə bu məsafə azalıb. Telefon, sosial şəbəkə, gizli yazışma, saxta adlar, yalan profillər var. İnsan bəzən küçədə yaxın durmayacağı adamla telefonda rahat yazışa bilir. Çünki ekran adama saxta rahatlıq verir. Məsələ də elə buradadır: telefon təhlükəni təhlükəsiz göstərir.

Küçədə şübhəli adam sənə yaxınlaşsa, bəlkə də geri çəkilərsən. Amma sosial şəbəkədə kimsə sənə “dost kimi”, “tanış kimi”, “sadə həmsöhbət kimi” yaxınlaşanda təhlükəni dərhal hiss etməyə bilərsən. Xüsusilə də əvvəlcədən həmin mövzu sənə adi göstərilibsə. Ona görə də sosial mediada narkotikin adiləşdirilməsi təsadüfi məsələ deyil. Bəzən bu, sadəcə düşüncəsiz paylaşım olur. Kimsə zarafat edir, kimsə diqqət toplamaq istəyir, kimsə gördüyünü təkrar edir. Amma nəticə yenə təhlükəlidir. Çünki belə paylaşımlar narkotiki ciddi təhlükə kimi yox, gündəlik söhbətin bir hissəsi kimi göstərir. Amma, məncə, bundan da ağır sual var: bəs bu adiləşdirmə kimə sərf edir? Əlbəttə, cavab aydındır; narkotikdən pul qazananlara. Onlar üçün ən sərfəli cəmiyyət narkotikdən qorxan cəmiyyət deyil. Ən sərfəli cəmiyyət narkotikə gülən, onu zarafata çevirən, “bir dəfə ilə nə olacaq” deyən, təhlükəni uzaqda hesab edən cəmiyyətdir. Çünki belə mühitdə qurban tapmaq daha asan olur. Burada gənclər bəzən yalnız istifadəçi kimi yox, həm də alət kimi görülür. Bu da çox ciddi məsələdir. Bəzi cinayət şəbəkələri gəncləri “asan pul”, “kiçik iş”, “heç nə olmaz” kimi şirnikləndirici sözlərlə tələyə sala bilir. Bir şeyi açıq demək lazımdır ki, narkotik şəbəkələri gəncin həyatını düşünmür. Onlar üçün insanın yaşı, ailəsi, arzusu, gələcəyi maraqlı deyil. Onlar üçün insan ya müştəridir, ya da istifadə olunacaq bir vasitə. Bu qədər soyuq, bu qədər amansız.

Biz isə çox vaxt bu məsələyə gec ayılırıq. Adam artıq istifadə edəndə, ailə dağılma ərəfəsinə gələndə, pul itəndə, sağlamlıq pozulanda, polis qapıya dayananda hamı narahat olur. Halbuki məsələ çox-çox əvvəl başlayır. Sosial mediada gördüyü görüntüyə güləndə, narkotiklə bağlı sözlər ona adi gələndə, təhlükəni zarafat kimi qəbul edəndə, tanımadığı adamla yazışmağı normal sayanda və s. Hansı ki, biz həmin əvvəli görməliyik.

Burada sosial medianı tamamilə günahkar çıxarmaq da düzgün deyil. Sosial media pis işlər üçün istifadə olunduğu kimi, yaxşı işlər üçün də istifadə olunur. Maarifləndirmə də orada aparılır, faydalı məlumat da orada yayılır, insanlar bir-birinə dəstək də olur. Problem sosial medianın özündə deyil, problem ondan kimin və necə istifadə etməsindədir. Bir bıçaq çörək də kəsə bilər, insanı yaralaya və ya öldürə də bilər. Sosial media da belədir, baxır kim nə üçün istifadə edir.

Amma bir həqiqət gün işığı kimi ortadadır ki, narkotik tacirləri bu meydanı boş buraxmır. Onlar insanların zəif yerini axtarırlar. Kim təkdir, kim maraqlıdır, kimin ona ehtiyacı var, kim özünü göstərmək istəyir, kim ailəsindən uzaqlaşıb, kim dost axtarır, kim diqqət istəyir. Sosial media bütün bunları görmək üçün onlara geniş imkan verir.

Buna görə də bizim mübarizəmiz yalnız “narkotik pisdir” deməklə bitməməlidir. Baxmayaraq ki, hamı bunu məktəbdə də, evdə də, televiziyada da eşidib. Sual isə başqadır: insan buna inanırmı? Gördüyü, izlədiyi, eşitdiyi şeylər onu bu fikrə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Əgər sosial şəbəkədə narkotik zarafat kimi görünürsə, zərərli həyat tərzi “azadlıq” kimi göstərilirsə, təhlükəli davranışlar “cavanlıq” adı ilə ötürülürsə, onda quru xəbərdarlıqların təsiri azalır. Ona görə ailə də, məktəb də, media da dili dəyişməlidir. Gənclə yuxarıdan-aşağıya danışmaqla nəticə almaq çətindir. “Sən bilmirsən”, “sən başa düşməzsən”, “telefonu yerə qoy” deməklə məsələ həll olmur. İnsan gördüyünü başa düşməlidir. Ona izah edilməlidir ki, hər gülməli görünən şey zərərsiz deyil. Hər trend olan davranış doğru deyil. Hər çox paylaşılan görüntü həqiqət deyil. Hər yazan adam dost deyil.

Bu, çox sadə cümlədir, amma vacibdir: sosial şəbəkədə sənə yaxınlaşan hər adam xoş niyyətlə yaxınlaşmır. Bunu yeniyetmə də bilməlidir, gənc də, cavan da. Valideyn də bilməlidir, müəllim də, media nümayəndəsi də. Bilməlidilər ki, bu gün narkotiklə mübarizə təkcə küçədə aparılmamalıdır. Bu mübarizə telefonun içində də, paylaşımın altında da, söhbətin və ya zarafatın içində də davam etdirilməlidir.

Sosial mediada bəzən bir paylaşım sadəcə paylaşım deyil. Bəzən bir zarafat sadəcə zarafat deyil. Yaxud, bir mesaj sadəcə mesaj deyil. Arxasında kiminsə marağı, kiminsə qazancı, kiminsə tələsi ola bilər. Məncə, bu mövzuda ən böyük məsuliyyətlərdən biri də medianın üzərinə düşür. Narkotik haqqında elə yazmaq lazımdır ki, nə onu reklam edəsən, nə də mövzunu ucuz sensasiyaya çevirəsən. Elə danışmaq lazımdır ki, insan qorxsun, amma düşünməyi də bacarsın. Elə xəbərdarlıq etmək lazımdır ki, gənc özünü ittiham altında yox, təhlükədən xəbərdar edilmiş hiss etsin. Çünki məqsəd yalnız qorxutmaq deyil, ayıltmaqdır. Sosial media narkotiki bəzən birbaşa satmır. Əvvəlcə onu qorxulu olmaqdan çıxarır. Onu zarafata çevirir, söhbətə salır, yad hiss etdirmir. Sonra da bu mühitdən istifadə edənlər öz qurbanını daha rahat tapır.

Bu səbəbdən, narkotiklə mübarizə yalnız son mərhələdə, insan artıq asılı olanda, ailə artıq dağılanda, gənc artıq tələyə düşəndə başlamamalıdır. Mübarizə daha əvvəl başlamalıdır; narkotik haqqında münasibət dəyişəndə, ona güləndə, onu adi sayanda, onu “hamının bildiyi şey” kimi qəbul edəndə. Sosial şəbəkədə tanımadığın adamın yaxınlaşmasını normal qarşılayanda. Biz bu mərhələni görməsək, sonra çox gecikmiş olacağıq. Çünki narkotik təkcə maddə deyil, o həm də pul qazanan bir şəbəkədir, qurban axtaran bir sistemdir, zəif anı gözləyən bir təhlükədir. Və bu təhlükə bu gün bəzən qapını döymür. Sadəcə ekranda görünür.

Sərkərdə SƏRXANOĞLU

Valideyn korluğu: narkotik bəlası həmişə küçədən gəlmir
<audio title="M%C3%BCk%C9%99mm%C9%99l_evl%C9%99rd%C9%99ki_as%C4%B1l%C4%B1l%C4%B1q_v%C9%99_valideyn_korlu%C4%9Fu" preload="metadata" controls></audio>

Rəhbər nə vaxt dar boğaza çevrilir?
Bəzi rəhbərlər var ki, hər şeyin öz əlindən çıxmasını istəyir. Hesabata özü baxır, müştəriyə özü zəng edir, məktubu özü yazır, təqdimatı özü düzəldir. İşçiyə tapşırıq verir, sonra beş dəqiqədən bir soruşur: “nə oldu?” Axırda da dözməyib faylı özünə göndərtdirir və gecə saat on ikidə özü düzəliş edir. Səhəri gün yorğun gəlir, əsəbi olur, hamıdan narazı qalır və içində bir cümləni təkrar edir: “Bu işi özümdən yaxşı görən yoxdur”. Əslində isə problem çox vaxt işçilərin bacarıqsızlığında olmur. Problem rəhbərin işləri öz əlindən buraxa bilməməsində olur.

Səlahiyyət vermək sadəcə “bu işi sən gör” demək deyil. Bu, rəhbərin bir işçiyə etibar etməsi, ona məsuliyyət sahəsi açması və böyümək imkanı verməsidir. Yəni səlahiyyət vermək, işi başından atmaq deyil. Əksinə, işi doğru adama tapşırıb nəticəni böyütməkdir. Rəhbər hər şeyi özü görməyə çalışanda bir müddət qəhrəman kimi görünə bilər. Hamı deyər ki, filankəs çox işləyir, hər şeyə özü baxır, şirkəti çiynində daşıyır. Amma bu qəhrəmanlığın ömrü uzun olmur. Çünki insanın vaxtı da, enerjisi də, diqqəti də məhduddur. Bir rəhbər bütün xırda işlərin içində itib-batırsa, böyük mənzərəni görə bilməz. Sabahı düşünməli olduğu halda bu günün kağız yığınında boğular. Komandanı inkişaf etdirməli olduğu halda, hamının yerinə işləməyə başlayar. Bir gün də görər ki, özü yorulub, işçilər böyüməyib, sistem isə hələ də onun şəxsi enerjisindən asılıdır. Bu, idarəçilik deyil. Bu, yorğunluğun idarəçiliyə bənzədilmiş formasıdır.

Digər tərəfdə isə başqa tip rəhbərlər var. Onlar da “səlahiyyət verirəm” adı ilə sadəcə işi özlərindən uzaqlaşdırırlar. Tapşırığı ötürürlər, amma nə məqsədi izah edirlər, nə resurs verirlər, nə də nəticəyə sahib çıxırlar. İş yaxşı alınanda “mən yönləndirmişdim” deyirlər, pis alınanda isə “filankəs bacarmadı”. Bu da səlahiyyətvermə deyil. Bu, məsuliyyətdən qaçmaqdır. Əsl səlahiyyətvermə bu iki ifratın arasında dayanır. Rəhbər nə hər şeyi öz əlində boğmalıdır, nə də işi başqasının üstünə atıb kənara çəkilməlidir. O, işi doğru adama verməli, məqsədi izah etməli, sərhədləri göstərməli, sonra da həmin adama nəfəs almaq üçün yer saxlamalıdır. Çünki insan yalnız etibar gördüyü yerdə böyüyür. Bir işçiyə tapşırıq verib hər addımına qarışanda, əslində ona bunu demiş olursan: “mən sənə etibar eləmirəm”. İşçi də bunu hiss edir. Bəlkə üzə vurmur, bəlkə sakitcə “baş üstə” deyir, amma içində məsuliyyət hissi yaranmır. Çünki bilir ki, onsuz da son qərarı rəhbər verəcək, son düzəlişi rəhbər edəcək, son sözü rəhbər deyəcək. Belə mühitdə işçi icraçı olaraq qalır, düşünən adama çevrilmir. Səlahiyyət verməyin əsas faydası da elə buradadır. Sən təkcə işi bölmürsən, insan yetişdirirsən. Əməkdaş qərar verməyi, səhvin məsuliyyətini daşımağı, nəticəyə sahib çıxmağı öyrənir. Bir müddət sonra rəhbər hər xırda məsələyə qarışmadan da işlərin getdiyini görür. Bu həm rəhbəri rahatladır, həm də komandanı gücləndirir.

Amma səlahiyyət vermək üçün rəhbər əvvəlcə öz içindəki bəzi qorxularla üzləşməlidir. “Bu işi məndən yaxşı görə bilməzlər”, “nəticə zəif olacaq”, “izah etməyə vaxt gedəcək”, “nəzarəti itirəcəyəm”, “özüm etsəm daha tez bitər” kimi fikirlər çox tanışdır. Bəzən doğrudan da işi özün görsən, daha tez bitər. Amma hər dəfə özün görsən, başqası heç vaxt öyrənməyəcək. Bu gün vaxt qazanmış kimi görünəcəksən, sabah yenə eyni işin altında qalacaqsan. Rəhbərlik təkcə bugünkü işi bitirmək deyil. Sabah həmin işi səndən asılı olmadan bitirə biləcək insanları yetişdirməkdir. Burada ən vacib sual isə budur: hansı işi kimə vermək olar? Hər işi ötürmək olmaz. Bəzi işlər rəhbərin üzərində qalmalıdır. Strateji qərarlar, həssas danışıqlar, şirkətin istiqamətinə təsir edən məsələlər bəzən rəhbərin birbaşa diqqətini tələb edir. Amma gündəlik təkrar olunan, başqasının daha yaxşı görə biləcəyi və ya əməkdaşın inkişafına xidmət edəcək işlər mütləq bölüşdürülməlidir. Bəzən rəhbər bir tapşırığı ona görə vermir ki, işçinin hazır olmadığını düşünür. Ola bilər. Amma hazır olmaq da bir prosesdir. Heç kim məsuliyyət daşımadan məsuliyyətli adama çevrilmir. Əvvəlcə kiçik tapşırıq verirsən. Sonra ona mövzunu anlamaq imkanı yaradırsan. Sonra təklif gözləyirsən. Daha sonra qərar verməsinə şərait yaradırsan. Ən sonda isə o adam artıq sənin təsdiqinə ehtiyac duymadan müəyyən sahəni idarə edə bilir. Bu, bir günün işi deyil. Amma rəhbərliyin ən dəyərli tərəflərindən biri də budur: insanın böyüməsinə şahid olmaq.

Tapşırıq verərkən ən böyük səhvlərdən biri qeyri-müəyyənlikdir. Rəhbər düşünür ki, hər şey aydındır. İşçi isə tam nə istənildiyini bilmir, amma soruşmağa da çəkinir. Nəticədə ortaya yarımçıq iş çıxır. Sonra rəhbər deyir: “Gördün? Özüm etsəydim daha yaxşı olardı”. Halbuki problem çox vaxt işçinin bacarıqsızlığında deyil, tapşırığın düzgün verilməməsindədir. Bir işi həvalə edəndə qarşı tərəf nə etməli, niyə etməli, nəticənin necə görünməli və hansı vaxta qədər təhvil verməli olduğunu bilməlidir. Tapşırığın arxasındakı məqsəd də izah olunmalıdır. İnsan gördüyü işin ümumi nəticəyə necə bağlandığını anlayanda daha məsuliyyətli davranır. Sadəcə “bunu hazırla” demək başqa şeydir, “bu hesabat sabahkı büdcə toplantısında qərar verməyimiz üçün vacibdir, ona görə rəqəmlərin əsaslandırılması mütləqdir” demək başqa. Birinci halda adam iş görür. İkinci halda nəticəyə xidmət etdiyini anlayır. Həmçinin, səlahiyyət verəndə şərait də yaratmaq lazımdır. Lazımi sənədlər, məlumatlar, proqramlara çıxış, digər şəxslərlə əlaqə imkanı yoxdursa, işçidən yaxşı nəticə gözləmək ədalətli deyil. Kimdənsə əlini-qolunu bağlayıb sonra sürətli qaçmağını istəmək olmaz.

Bir də vaxt məsələsi var. İş gününün sonunda kiminsə masasına təcili tapşırıq atıb “sabah hazır olsun” demək idarəçilik deyil. Bu, planlaşdırma səhvinin başqasına ötürülməsidir. Rəhbər işçiyə tapşırıq verəndə onun mövcud iş yükünü, zamanını və hazırlaşmaq imkanını nəzərə almalıdır. Əks halda səlahiyyətvermə motivasiya yox, narazılıq yaradır. Ən incə məqamlardan biri də budur: rəhbər tapşırığı verəndən sonra kənarda dayanmağı bacarmalıdır. Tamamilə yoxa çıxmaq yox, amma hər addıma da qarışmamaq. İşçi sual verə bilməlidir, amma hər dəqiqə hesabat verməyə məcbur olmamalıdır. Çünki hər kəs eyni qaydayla işləmir. Sənin getdiyin yol yeganə doğru yol olmaya bilər. Əgər nəticə aydındırsa, insana həmin nəticəyə çatmaq üçün müəyyən azadlıq verilməlidir. Yoxsa bu səlahiyyətvermə olmaz. Sadəcə sənin əlinlə görülən işi başqa adamın əli ilə təkrarlatmaq olar.

Sonda isə görülən işi mütləq dəyərləndirmək lazımdır. Yaxşı nəticə varsa, bunu demək lazımdır. Səhv varsa, onu da normal şəkildə göstərməlisən. Geri bildirim olmadan inkişaf olmur. Amma geri bildirim təkcə irad bildirmək deyil. Vaxtında deyilən təşəkkür də idarəçiliyin bir hissəsidir. İnsan əməyinin görüldüyünü hiss edəndə növbəti dəfə daha çox məsuliyyət götürməyə hazır olur. Səlahiyyətvermənin ən böyük düşmənlərindən biri heç şübhəsiz, mikromenecmentdir. Yəni tapşırığı verib sonra hər xırda addıma müdaxilə etmək. Bu, həm rəhbəri yorur, həm də işçini kiçildir. Bir müddət sonra əməkdaş düşünməkdən imtina edir. Çünki bilir ki, necə etsə də, rəhbər yenə qarışacaq. Digər düşmən isə tam nəzarətsizlikdir. Tapşırığı verib sonra nəticədən xəbərsiz qalmaq da doğru deyil. Rəhbər prosesin müəyyən nöqtələrində vəziyyəti görməli, istiqamətin doğru olub-olmadığını anlamalıdır. Nəzarət etibarsızlıq deyil. Nəzarətin forması önəmlidir. Yaxşı rəhbər boğmur, amma buraxıb da getmir. Səlahiyyət verməyi bacaran rəhbər zamanla daha güclü komanda qurur. Çünki işçilər yalnız tapşırıq icra edən adamlar kimi qalmırlar. Onlar düşünməyə, qərar verməyə, məsuliyyət götürməyə başlayırlar. Şirkət bir nəfərin yorğun çiynindən asılı olmur. Səlahiyyət verə bilməyən rəhbər isə nə qədər çalışqan olsa da, bir yerdə tıxanır. Çünki hər şey onun masasından keçməlidir. Hər qərar ondan asılıdır. Hər problem onun qapısına yığılmalıdır. Belə rəhbər bir müddət sonra şirkətin sürətləndiricisi yox, dar boğazına çevrilir.

Rəhbərlik hər şeyi özün etmək deyil. Rəhbərlik doğru işi doğru adama etibar etməkdir. O insana məqsədi başa salmaq, imkan yaratmaq, yanında olduğunu göstərmək, amma onun yerinə nəfəs almamaqdır. Əsl rəhbər iş bölən adam deyil. Əsl rəhbər insan böyüdən adamdır.

Sərkərdə Sərxanoğlu

Valideyn korluğu: narkotik bəlası həmişə küçədən gəlmir
Narkomaniya haqqında cəmiyyətdə çox rahatladıcı bir fikir var: guya bu bəla yalnız dağılmış ailələrdə, nəzarətsiz mühitlərdə, küçədə böyüyən uşaqların həyatında olur. Bu fikir valideynə bir az rahatlıq verir. Adam düşünür ki, “bizim evdə belə şey olmaz”, “mənim uşağım elə mühitdə deyil”, “biz normal ailəyik”. Amma həyat çox vaxt bu qədər sadə olmur.

Asılılıq ailənin adına, evin böyüklüyünə, valideynin təhsilinə, uşağın oxuduğu məktəbə baxmır. Bəzən ən ağır fəlakətlər kənardan sakit, mədəni, hətta nümunəvi görünən ailələrin içində baş verir. Evdə hər şey yerindəymiş kimi görünür: səhər yeməyi, məktəb, universitet, ailə söhbətləri, bayram şəkilləri, qonaqların yanında gülümsəyən valideynlər. Amma bütün bunların arxasında uşağın içində yavaş-yavaş böyüyən bir boşluq ola bilər. Ən ağrılı sual da buradan başlayır: eyni evdə yaşayan valideyn bunu necə görmür? Bəzən cavab çox sadədir. Görmək istəmir. Bu, həmişə laqeydlik deyil. Bəzən qorxudur. Bəzən insanın özünü qorumaq cəhdidir. Valideyn uşağında qəribə dəyişikliklər hiss edir, amma ağlına gələn ən ağır ehtimalı özündən uzaqlaşdırır. Çünki onu qəbul etmək çox çətindir.

Uşaq qəfil əsəbiləşir, otağına çəkilir, əvvəlki kimi danışmır. Valideyn deyir: “Yeniyetməlikdir, keçib gedər”. Yuxu rejimi pozulur, gözlərində yorğunluq, davranışında soyuqluq yaranır. Valideyn deyir: “dərsləri çoxdur, stress keçirir”. Evdə pul azalır, bəzi əşyalar yoxa çıxır, xərcləri izaholunmaz şəkildə artır. Valideyn yenə özünü sakitləşdirir: “bəlkə də mən səhv xatırlayıram”, “uşaqdı, böyüyür, ehtiyacları çoxalır”. Bu cümlələr bəzən sadəcə izah deyil, müdafiədir. Valideyn uşağını qoruduğunu düşünür, əslində isə özünü həqiqətdən qoruyur. Çünki “mənim uşağımda problem var” demək asan deyil. Bu cümlənin içində günahkarlıq var, utanc var, qorxu var. Valideyn özünə sual verir: “harada səhv etdim?”, “nəyi görmədim?”, “bu bizim evdə necə baş verdi?” Elə buna görə də bir çox ailələr problemi çox gec dərk edir və gerçək adını dilə gətirirlər. Əlamətlər göz qabağında olur, amma onların adı qoyulmur.

Bu gün təhlükə əvvəlki kimi yalnız küçədə deyil. Valideyn uşağını evdə görəndə rahatlaşır. Düşünür ki, qapı bağlıdırsa, uşaq təhlükəsizdir. Amma indi otağın qapısı bağlı olsa da, uşağın içində olduğu mühit tamamilə başqa yerdə ola bilər. Telefon, sosial şəbəkələr, gizli yazışmalar, yad insanların təsiri, qruplar, təzyiq, maraq, təklik hissi. Bunların hamısı uşağın otağına səs salmadan girə bilir. Valideyn isə çox vaxt yalnız fiziki təhlükəni izləyir: hara getdi, kimlə çıxdı, nə vaxt qayıtdı. Halbuki bəzən ən böyük təhlükə uşağın harada olması ilə yox, kimin təsiri altında olması ilə bağlıdır. Bu məqamda valideynlərin rəqəmsal dünyadan geri qalması da ciddi problemə çevrilir. Uşaq hansı dildə danışır, hansı zarafatları başa düşür, hansı qruplarda özünü qəbul olunmuş hiss edir, hansı adamlara inanır, valideyn bunları bilmirsə, onunla eyni evdə yaşasa da, eyni həyatı yaşamır.

Asılılıq çox vaxt birdən-birə başlamır. Əvvəlcə boşluq olur. Sonra maraq. Sonra “bir dəfəlik” düşüncəsi. Sonra gizlətmə. Sonra yalanlar. Sonra ailədən uzaqlaşma. Və bir gün valideyn anlayır ki, artıq uşağı ilə danışanda qarşısındakı əvvəlki uşaq deyil. Ən çətin mərhələ də bundan sonra başlayır. Valideyn həqiqəti görəndə çox vaxt qorxu ilə hərəkət edir. Qışqırır, ittiham edir, telefonu əlindən alır, qapıları bağlayır, dostlarını qadağan edir, uşağı nəzarət altına almağa çalışır. Onun niyyəti xilas etməkdir, amma bilmirlər ki, bu üsul bəzən tam əks nəticə verir. Çünki asılılıq yaşayan insana yalnız qadağa ilə yaxınlaşmaq onu açmır, daha da bağlayır. O, evdə özünü müttəhim kimi hiss etdikcə, onu “başa düşdüyünü” iddia edən zərərli mühitə daha çox çəkilə bilər. Halbuki həmin mühitin verdiyi anlayış həqiqi anlayış deyil. Çox vaxt bu, sadəcə manipulyasiyadır. Amma uşağın o anda ehtiyac duyduğu şey də məhz budur: dinlənmək, alçaldılmamaq, tamamilə silinməmək. Bu, o demək deyil ki, valideyn sərhəd qoymamalıdır. Əlbəttə qoymalıdır. Amma sərhədlə təhqir eyni şey deyil. Nəzarətlə terror eyni şey deyil. Narahatlıqla alçaltmaq eyni şey deyil. Valideyn uşağına belə bir mesaj verə bilməlidir: “Sənin etdiyini qəbul etmirəm, amma səni atmayacağam. Bu problemi gizlətməyəcəyik, amma səni də tək buraxmayacağıq”. Bəlkə də ailələrdə ən çox çatışmayan cümlə budur. Biz çox vaxt uşaqlarımızın uğurunu dinləməyə hazırıq. Yaxşı qiymət alanda, yarışda qalib gələndə, gözəl davrananda, bizi qürurlandıranda onları qucaqlayırıq. Amma uşaq qorxanda, səhv edəndə, zəifləyəndə, pis seçimə yaxınlaşanda, eyni qucağı tapa bilirmi? Əsas sual budur. Çünki uşaq valideyninə yalnız yaxşı xəbərlə yaxınlaşa bilirsə, deməli, pis xəbəri başqa yerdə gizlədəcək. Əgər evdə hər səhv faciəyə çevrilirsə, uşaq səhvini etiraf etməyəcək. Əgər valideyn yalnız hakim kimi davranırsa, uşaq müdafiəyə keçəcək. Müdafiəyə keçən uşaq isə həqiqəti demir, yalnız yaxalanmamağı öyrənir.

Narkomaniya ilə mübarizə təkcə polis, həkim və reabilitasiya mərkəzlərinin işi deyil. Bu mübarizə çox vaxt evdə, adi bir söhbətin içində başlayır. Uşağın səsini eşitməkdə, davranışındakı dəyişiklikləri ciddiyə almaqda, onu nəzarət adı ilə boğmadan yanında dura bilməklə başlayır. Valideyn olmaq yalnız uşağın yeməyini, məktəbini, geyimini təmin etmək deyil. Valideyn olmaq həm də onun susqunluğunu oxumaqdır. Onun “heç nə olmayıb” cümləsinin arxasında nəyin gizləndiyini hiss etməyə çalışmaqdır. Onu günahlandırmadan əvvəl ona yaxın olmaqdır. Bəlkə də ən ağır həqiqət budur: bəzi uşaqlar kömək istəmir kimi görünür, amma əslində necə kömək istəyəcəyini bilmir. Ona görə də valideynin qarşısında çox sadə, amma çox ciddi bir seçim dayanır. Övladının həyatında yalnız hökm verən insan olacaq, yoxsa o yıxılanda qayıda biləcəyi təhlükəsiz yer? Bəzən bir ailənin taleyini məhz bu sualın cavabı dəyişir.

Sərkərdə Sərxanoğlu

Evdəki uzaq adam
Emin həmin səhər evdən çıxanda Dəniz hələ mətbəxin qapısında dayanmışdı. Əynində məktəb forması vardı. Saçının bir tərəfi səliqəli hörülmüşdü, o biri tərəfdə nazik bir tel açılıb yanağına düşmüşdü. Əlində rəngli karandaş qutusu tutmuşdu. Qutunun qapağı köhnəlmişdi, kənarındakı şəkilli yapışqan yarı soyulmuşdu.

Emin ayaqqabısını geyinə-geyinə saatına baxdı. “Gecikirəm,” dedi. Bu sözü kimə dediyi bilinmədi. Leylaya, qızına, ya özünə. Dəniz bir addım irəli gəldi.

- Ata...

Emin qapının yanında asılmış pencəyini götürdü.

- Hə, qızım?

- Bu gün sərgidir.

Emin bir anlıq dayandı. Sonra açarları cibində axtardı.

- Hə, yadımdadır.

Dəniz sevindi, amma bu sevinc ehtiyatlı idi. Sanki atasının cavabına tam inanmağa qorxurdu.

- Müəllim dedi ki, valideynlər gəlsə yaxşı olar.

Leyla mətbəxdən baxırdı. Əlində çay qaşığı vardı. Qaşığı stəkanın içinə qoymuşdu, amma qarışdırmırdı.

Emin qapını açdı. Həyətdən maşın siqnalının zəif səsi gəldi. Sürücü gözləyirdi.

- Baxaram, qızım, bu gün çox vacib görüşüm var. Əgər çatdırsam, gələcəm.

Dəniz başını tərpətdi.

- Yaxşı.

Bu “yaxşı” çox balaca idi. Elə balaca ki, Emin onu eşitmədi. Ya da eşitdi, amma özü eşitməmək istədi. Qapı bağlandı. Leyla pəncərəyə yaxınlaşıb həyətə baxdı. Emin maşına minəndə telefonda danışmağa başlamışdı. Dəniz hələ də qapının yanında dayanmışdı. Sonra sakitcə otağına keçdi və karandaş qutusunu çantasına qoydu.

Emin yolda üç dəfə telefonla danışdı. Birinci zəngdə maliyyəçi ona bəzi rəqəmlərin dəyişdiyini dedi. İkinci zəngdə mühəndis material siyahısında çatışmayan pozisiyalardan danışdı. Üçüncü zəngdə müştəri tərəfdən bir nəfər görüş saatının dəyişmədiyini xatırlatdı. Emin hamısına eyni səslə cavab verdi. Qısa, aydın, tələskən. Maşın ofisin qarşısında dayananda saat doqquza işləyirdi. Ofisin şüşəli qapısı hələ tam açılmamışdı. Mühafizəçi onu görüb cəld yerindən qalxdı.

- Sabahınız xeyir, Emin müəllim.

- Sabahın xeyir.

Ofis həmin gün həmişəkindən tez oyanmışdı. Dəhlizdə kağız qoxusu, təzə dəmlənmiş çayın buxarı, printerin fasiləsiz səsi bir-birinə qarışmışdı. Köməkçisi Nərmin stolunun üstünə qovluqları düzmüşdü. Rauf bəy otaqdan-otağa keçib hamıdan eyni şeyi soruşurdu: “Son variant budur? Əminsiniz?”

Eminin şirkəti böyük bir təmir və abadlıq layihəsinə hazırlaşırdı. Layihə alınsa, son aylardakı sıxıntı bir az azalacaqdı. Maaşlar gecikməyəcəkdi. Bankla danışıq rahatlaşacaqdı. Emin bunu bilirdi. Ona görə də həmin səhər evdəki “sərgi” sözü ofisə çatana qədər yolda haradasa itmişdi.

Otağına girib pencəyini stulun arxasına asdı. Masanın üstündə təqdimat faylları, smeta cədvəlləri, çertyojlar vardı. Hər şey öz yerində idi. Yalnız pəncərənin kənarında dünəndən qalmış soyuq çay stəkanı qalmışdı. Emin onu götürüb zibil qabına atdı.

Saat ona on beş dəqiqə qalmış şəxsi telefonu titrədi. Ekranda “Dəniz” yazılmışdı. Emin əvvəl baxdı, sonra telefonu əlinə aldı, sonra yenə masaya qoydu. Qapının arxasında Nərminin səsi eşidildi: “Emin müəllim, komissiya yarım saata gələcək”. Telefon yenə titrədi. Bu dəfə açdı.

- Eşidirəm, qızım.

Dənizin səsi asta gəlirdi. Sanki məktəbin dəhlizində dayanıb gizli danışırdı.

- Ata, sən yoldasan?

Emin pəncərəyə tərəf döndü.

- Yox, qızım. Mən ofisdəyəm.

Xəttin o başında sükut oldu.

- Bəs... gələcəksən?

Emin barmaqları ilə masanın üstündəki qələmi çevirdi.

- Canım, bu gün çox çətindir. Mən sənə səhər dedim axı. Burada vacib görüşüm var.

Dəniz bir az susdu:

- Amma hamı gəlib.

Bu söz Eminin qulağına çatdı, amma içində yer tapmadı. İçəri girmədi. Orada, qulağın kənarında qaldı.

- Müəlliminə de ki, atamın işi var. Axşam rəsminə baxaram. Sənə gözəl çərçivə də alarıq.

Dəniz cavab vermədi.

- Dəniz?

- Mən çərçivə istəmirəm.

Emin yorğun halda gözlərini yumdu.

- Bilirəm, qızım. Amma indi ata çıxa bilmir.

Dəniz bu dəfə bir az daha aydın danışdı:

- Mən ailəmizi çəkmişəm.

Emin masanın üstündəki qovluqlara baxdı.

- Çox yaxşı.

- Səni də çəkmişəm.

Emin gülümsəməyə çalışdı.

- Əla.

- Amma səni uzaqda çəkmişəm.

Eminin gülümsəməsi yarımçıq qaldı.

- Niyə uzaqda?

- Çünki sən həmişə elə olursan.

Dəniz bunu deyəndən sonra xəttin o başında kimsə onun adını çağırdı. Uşaq səsləri eşidildi. Sonra zəng kəsildi. Emin telefonu əlində saxladı. Çox adi telefon idi. Qara rəngli, ekranında kiçik bir çat vardı. Həmin çatın nə vaxt yarandığını xatırlamadı. Bəlkə də çoxdan vardı, sadəcə indi gördü. Qapı açıldı. Rauf bəy içəri girdi. Üzündə gərgin, amma sevinməyə hazır bir ifadə vardı.

- Başlayaq?

Emin telefonu masanın üstünə qoydu.

- Başlayaq.

Zalda hər şey qaydasında idi. Ekran işləyirdi, su butulkaları düzülmüşdü, qovluqlar masanın üstündə idi. Komissiya üzvləri yerlərini tutmuşdu. Nərmin qapının yanında dayanıb hər gələnə təbəssümlə yol göstərirdi. Emin danışmağa başladı. O, belə təqdimatları çox etmişdi. Harada dayanmaq, hansı slaydda səsi bir az yüksəltmək, hansı rəqəmin üstündə xüsusi dayanmaq lazım olduğunu bilirdi. Hətta qarşı tərəfin üzündən hansı sualın gələcəyini də təxmin edirdi. Amma həmin gün danışdıqca öz səsi ona yad gəlirdi. “İşlərin mərhələli icrası...” Dəniz: “Səni uzaqda çəkmişəm”. “Materialların keyfiyyət sertifikatları...” “Çünki sən həmişə elə olursan”. “Layihənin təhvil müddəti...”

Emin bir yerdə dayandı. Su içdi. Heç kim hiss etmədi. Yalnız Nərmin uzaqdan ona baxdı, sonra yenə qovluqlara tərəf döndü. Təqdimat uğurlu keçdi. Komissiya sədri onun əlini sıxanda zalda yüngül bir alqış qopdu: “Təbrik edirəm, Emin müəllim. Təklifiniz qəbul olundu”.

Rauf bəy dərindən nəfəs aldı, elə bil aylardır çiynində gəzdirdiyi yükün bir hissəsi yerə düşdü.

Sakitcə, “demişdim axı alınacaq”, dedi.

Baş mühəndis gülümsəyirdi. Nərmin bir neçə nəfərə çay gətirirdi. Ofisdə sevinc vardı. Bu sevinc qəribə şəkildə nizamlı idi: hamı öz sevincini iş adamı kimi göstərirdi. Əl sıxır, təbrik edir, telefonla kiməsə xəbər verir, yenə qovluqlara baxırdı.

Emin otağına keçdi. Masasının üstündə iş telefonları titrəyirdi. Təbrik mesajları gəlirdi. Birini açdı, oxumadan bağladı. Sonra şəxsi telefonunu götürdü və Dənizə zəng etdi. Cavab gəlmədi.

Bir də zəng etdi. Yenə cavab gəlmədi. Üçüncü dəfə zəng etmək istədi, etmədi. Telefonu masanın üstünə qoydu. Birdən yadına düşdü ki, Dəniz uşaq olanda, ilk dəfə yeriməyə çalışanda o harada idi? Deyəsən, rayonda obyektə getmişdi. İlk dişi çıxanda? Leyla şəkil göndərmişdi. Birinci sinfə gedəndə yanında olmuşdu, amma məktəbin həyətində də telefonla danışmışdı.

O bunları xatırlamaq istəmirdi. Xatırladıqca məlum olurdu ki, heç nə birdən olmamışdı. Uzaqlıq bir günün işi deyildi. Adam ailəsindən birdən-birə yox, xırda-xırda uzaqlaşırdı. Bir “sonra” ilə. Bir “indi yox” ilə. Bir “vacib işim var” ilə.

Qapı döyüldü. Nərmin başını içəri uzatdı: “Emin müəllim, axşam hamı yığışmaq istəyir. Restoran üçün yer danışım?”

Emin pəncərəyə baxırdı. Qarşı binanın şüşəsində öz əksi görünürdü. Arxası otağa tərəf idi. Bir an elə bildi, Dənizin rəsmini görür. “Yox,” dedi. Nərmin cavabı eşitmədi, ya eşitmək istəmədi.

- Bütün rəhbər heyət olacaq. Rauf bəy dedi ki...

- Nərmin xanım,” Emin sakitcə onun sözünü kəsdi, “bu gün yox.”

Nərmin başını tərpətdi. “Oldu.”

Emin pencəyini götürdü. İş telefonlarını masada qoydu. Şəxsi telefonunu cibinə saldı. Çıxanda Rauf bəy dəhlizdə qarşısına çıxdı.

- Hara gedirsən? İndi hamı səni axtaracaq.

- Məktəbə.

Rauf bəy elə bildi Emin zarafat edir.

- İndi?

- İndi.

Rauf bəy bir şey demək istədi, amma Eminin üzünə baxıb susdu.

Məktəbin həyətinə çatanda hava qaralmağa başlayırdı. Payız axşamı tez düşürdü. Həyətdə bir neçə uşaq qalmışdı. Onlar da valideynlərini gözləyirdi. Mühafizəçi əvvəl Eminə şübhə ilə baxdı, sonra sinif rəhbərinin adını eşidib içəri buraxdı.

Sinifdə işıqlar yanırdı. Lövhənin yanında bir qadın rəsmləri yığışdırırdı. Emin qapının ağzında dayandı.

- Bağışlayın... Mən Dənizin atasıyam.

Qadın ona tərəf döndü. Bir anlıq onun üzündə “indi?” sualı göründü, amma demədi.

- Dəniz sizi çox gözlədi, dedi.

Emin başını aşağı saldı.

- Bilirəm.

- “Yox,” müəllim sakitcə dedi. “Bilmirsiniz. Gözləmək uşaqlarda başqa cür olur”.

Emin cavab vermədi. Müəllim masanın üstündən bir rəsm götürüb ona uzatdı: “Bu onun işidir.”

Emin rəsmi aldı. Kağızda ev vardı. Günəş vardı. Ağac vardı. Leyla vardı. Dəniz vardı. Bir də kişi vardı. Kişi bir az kənarda dayanmışdı. Əlində telefon vardı. Üzü yox idi. Arxası ailəyə tərəf idi.

Uşaq rəsmi idi. Xətlər düz deyildi. Adamların barmaqları beşdən çox çəkilmişdi. Günəşin şüaları həddindən artıq uzun idi. Amma Emin bu rəsmdə indiyə qədər gördüyü bütün memarlıq layihələrindən daha dəqiq ölçü gördü. Aradakı məsafə ölçülmüşdü. O məsafəni heç bir xətkeşlə çəkmək olmazdı.

“Bunu götürə bilərəm?” – deyə soruşdu. Müəllim başını tərpətdi.

- Dəniz istəyirdi ki, siz özünüz görəsiniz.

Emin rəsmi qatlamadı. Əlində tutub dəhlizlə geri qayıtdı. Dəhlizin divarında başqa rəsmlər də asılmışdı. Bir rəsmdə ata qızının əlindən tutmuşdu. Birində ailə piknikdə idi. Birində ana, ata və uşaq böyük qırmızı ürəyin içində çəkilmişdi. Emin həmin rəsmlərə baxmadığını sanırdı. Amma hamısını gördü.

Evə gələndə Leyla qapını açdı. Eminin əlindəki vərəqi görəndə heç nə soruşmadı. “Dəniz otağındadır”, dedi. Emin başını tərpətdi. Otağın qapısı yarıaçıq idi. Dəniz masanın arxasında oturmuşdu. Dəftəri açıq idi, amma qələmi əlində dayanmışdı. Emin qapını döymədi. Sadəcə içəri girdi. Dəniz atasını görüb bir anlıq sevindi. Sonra özünü saxladı. Üzünü çevirdi. Emin onun yanında diz çökdü. Rəsmi masanın üstünə qoydu. “Baxdım,” dedi.

Dəniz rəsmdən çox atasına baxdı.

- Gec baxdın.

- Bəli.

- Hamı gedəndən sonra.

- Bəli.

Emin əvvəllər belə cavab verməzdi. Nəsə izah edərdi. İşdən danışardı. Vacib görüşdən, şirkətdən, məsuliyyətdən. Amma həmin axşam bunların heç biri dilinə gəlmədi. Gəlsəydi də, çox kasıb səslənəcəkdi.

“Bağışla,” dedi.

Dəniz çiyinlərini çəkdi. Uşaqların çiyin çəkməyi böyüklərinki kimi olmur. Böyüklər çiyin çəkəndə vecsiz görünürlər. Uşaqlar çiyin çəkəndə elə bil ümidlərini hara qoyacaqlarını bilmirlər.

Emin rəsmdəki arxası dönük adama baxdı.

- Məni belə görürsən?

Dəniz yavaşca dedi:

- Bəzən.

Bu “bəzən” Eminə “həmişə”dən ağır gəldi. Çünki içində hələ bir yer saxlayırdı. Tam bağlanmamış qapı kimi.

Emin əlini uzadıb qızının saçındakı açılmış teli kənara çəkdi. Dəniz bu dəfə geri çəkilmədi. “Mən bunu otağıma aparacam,” dedi Emin.

- Niyə?

- Unutmayım deyə.

Dəniz bir az düşündü.

- Sonra yenə işin çox olacaq.

Emin gülümsəməyə çalışdı.

- Olacaq.

- Yenə gec gələcəksən.

- Bəlkə.

- Bəs onda?

Emin cavab verməzdən əvvəl uzun müddət susdu. Bəlkə də ilk dəfə qızına hazır cümlə ilə yox, həqiqətlə cavab vermək istəyirdi. “Onda sən mənə bu rəsmi göstərərsən,” dedi. Dəniz masanın üstündəki karandaş qutusunu açdı. Qara karandaşı götürdü və rəsmdəki kişinin əlindəki telefonun üstünə balaca bir xətt çəkdi. Sonra karandaşı atasına uzatdı.

- Sən də çək.

Emin karandaşı aldı.

- Nə çəkim?

Dəniz rəsmdəki kişi ilə özünün arasında boş qalan yerə baxdı.

- Yol.

Emin bir anlıq ona baxdı. Sonra ehtiyatla, çox ehtiyatla, rəsmdəki arxası dönük adamdan Dənizə tərəf nazik bir xətt çəkdi. Xətt düz alınmadı. Bir az əyri getdi.

Dəniz gülümsədi:

- Pis deyil.

Emin də gülümsədi. Leyla qapının yanında dayanmışdı. Gözləri dolmuşdu, amma üzündə qəribə bir rahatlıq vardı.

Həmin axşam Emin telefonlarını açmadı. Həyatını bir anda dəyişmədi. Sadəcə Dənizlə birlikdə mətbəxdə çay içdi. Qızı ona sərgidə kimin nə çəkdiyini danışdı. Emin əvvəlki kimi başını tərpədib keçmədi. Dinlədi. Bunun özü Dəniz üçün böyük hadisə idi.

Bir neçə gün sonra Emin o rəsmi ofisinə apardı. Hamının görəcəyi yerə yox, öz masasının sol tərəfinə qoydu. Çərçivəsiz. Sadəcə şüşənin altında.

Rauf bəy bir dəfə otağa girəndə rəsmə baxıb güldü.

- Bu nədir belə? Sən arxanı dönmüsən?

Emin də rəsmə baxdı.

- Hə,” dedi.

- Dəniz çəkib?

- Hə.

Rauf bəy bir az güldü, sonra nəsə demək istədi, demədi. Çünki Eminin üzündə gülməli bir şey yox idi.

Günlər keçdi. Emin yenə işləyirdi. Yenə gecikdiyi günlər olurdu. Yenə telefonları susmurdu. Bəzi axşamlar yenə yorğun qayıdırdı. Amma indi evə girəndə əvvəlcə telefonunu masanın üstünə qoyurdu. Dəniz ona nəsə göstərmək istəyəndə “sonra” deməzdən əvvəl dayanırdı. Bəzən insan tam dəyişmir. Sadəcə bir cümlənin qarşısında əvvəlki kimi ola bilmir.

Bir axşam Dəniz yeni rəsm gətirdi. Bu dəfə kağızda yenə ev vardı. Günəş vardı. Leyla vardı. Dəniz vardı. Emin də vardı. Hələ bir az kənarda idi, amma bu dəfə üzü onlara tərəf çəkilmişdi.

Emin rəsmi uzun müddət əlində saxladı.

“Bu dəfə üzümü çevirmisən,” dedi.

Dəniz ciddi-ciddi başını tərpətdi.

- Hələ tam yanımızda deyilsən, amma baxırsan.

Emin heç nə demədi. Pəncərənin arxasında Bakı axşamı idi. Uzaqda maşın səsləri gəlirdi. Evdə çay qaynayırdı. Leyla mətbəxdə stəkanları düzürdü. Emin qızının çəkdiyi ikinci rəsmə baxdı və ilk dəfə başa düşdü ki, bəzi yollar çox uzun olmur, amma adam onları çox gec tapır.

Qızına tərəf döndü. “Dəniz,” dedi, “bu rəsmi də verərsən mənə?”

Dəniz bir az düşündü.

- Verərəm, amma bir şərtlə.

- Nə şərt?

- Sabah məktəbdən sonra məni sən götürəcəksən.

Emin sabahkı görüşlərini xatırladı. Biri saat üçdə idi. Biri dörddə. Birini dəyişmək olardı. O birini Rauf bəy apara bilərdi. “Götürəcəm,” dedi.

Dəniz ona uzun-uzadı baxdı.

- Doğrudan?

Emin bu dəfə saatına baxmadı.

- Doğrudan.

Dəniz rəsmi ona verdi. Emin onu götürəndə kağızın kənarında balaca hərflərlə yazılmış bir cümlə gördü: “Bu dəfə atam bizə baxır.”

Emin heç nə demədi. Bəzən bir uşağın cümləsi adamın bütün ömrünə bəs edir.

Sizcə insan qazandıqlarının həqiqi dəyərini anlamaq üçün mütləq nəyisə itirmək təhlükəsi ilə üz-üzə qalmalıdır?

Sərkərdə Sərxanoğlu

Dəyərli işçini əldə saxlamaq üçün nə etməli?

Komandan güclüdür, bəs niyə nəticə zəifdir?
Bəzən elə olur ki, bir problemi həll etmək üçün aylarla fikirləşirsən, alınmır. İclas eləyirsən, müzakirə aparırsan, kitab oxuyursan, videolara baxırsan, amma yenə də özünü eyni nöqtədə tapırsan. Sonra bir gün təsadüfən elə bir mənzərə ilə rastlaşırsan ki, içindən “bu qədər sadəymiş?” sualı keçir. Bu yazı bir az həmin hiss üçün yazılıb. Hansı ki, oxuyarkən öz işimizi, öz komandamızı da gözümüzün önündə tutmağımızda fayda var. Çünki bəzən problem nə adamlardadır, nə məhsulda – sadəcə ortada dirijor yoxdur, ya da tamam yanlış yerdən axtarılır.

Rollar dəqiq olanda iş necə dəyişir? Orkestrdən öyrəniləsi dərs

Gözünüzün qabağına böyük bir konsert zalını gətirin. Səhnədə skripkaçılar, fleytaçılar, zərb alətində ifa edənlər, pianoda oturan musiqiçilər var. Onlarla insan bir yerdə əyləşib. Hamısının qarşısında not kağızı açıqdır. Səhnənin ortasında isə əlində sadəcə nazik çubuq olan bir nəfər dayanıb, bir dənə də alətdə ifa etmir: dirijor.

Gəlin bir anlıq fikirləşək: bu qədər adam eyni anda səhnədədir, hamının da əlində alət var, hamı nəsə etməyi bacarır, amma səs-küy olmur. Çünki kim nə vaxt başlayacağını, kim nə vaxt susacağını bilir, kim ön plana çıxmalıdır, kim kənarda fon kimi qalmalıdır, bunların hamısı əvvəlcədən danışılıb, yazılıb. Dirijor da hər şeyi bir yerdə görən adamdır. Skripkaçı yalnız öz xəttini oxuyur, dirijor isə bütün əsəri görür. Bir skripkaçı bir notu səhv çala bilər, yanındakı onu saxlayar. Biri bir az gec girər, orkestrin axını onu öz içinə alar. Amma heç kim öz-özünə “indi mən çıxım səhnənin ortasına, bir solo vurum” demir. Nə qədər adam, nə qədər səs var, amma qarışıqlıq yoxdur. Bu, möcüzə deyil, sistemdir.

İndi gördüklərimizi həyatla müqayisə edək. İş yerlərində iclas otaqları çox vaxt həmin səhnənin “pozulmuş versiyası”na bənzəyir. Hamı danışır, hamı fikir deyir, hamı yorulur, amma sonda kim nə edəcək, nə vaxt edəcək, nə nəticə gözlənilir, bunlar aydın olmur. İlk problem çıxanda da tanış cümlələr eşidilir: “Mən elə bilirdim bunu filankəs edəcək”, “mən düşünürdüm, bu mənlik deyil”, “axı mənə heç kim deməmişdi”. Yəni çox vaxt ad var, vəzifə var, amma rol yoxdur. Səs var, amma musiqi yoxdur.

Orkestrin bizə verdiyi dərs əslində çox sadədir: hər kəs hər şeyi etməyə çalışanda musiqi alınmır, hər kəs öz yerində olanda isə əsər yaranır. Orada “hamımız bir yerdə məsuliyyət daşıyırıq” kimi şüarlar, “kim nə bacarırsa qoy etsin” yanaşması, “niyyətimiz yaxşıdır, qalanı boşdur” təsəllisi yoxdur. Əvəzində dəqiq rol, dəqiq ardıcıllıq, dəqiq məsuliyyət var. Dirijor orkestrə “hökm” eləmir, sadəcə hamını uyğun anda hərəkətə gətirir. Bəzən bir musiqiçi üçün cəmi bir saniyəlik əl işarəsi onun bütün rolu olur, amma məhz o saniyə sayəsində əsər tam görünür.

İşdə qarışıqlığın səbəbi: rolu olmayan insanlar, sistemi olmayan komandalar

Bu “orkestr qanunu”nu həyatın başqa sahələrində də görmək olar. Futbol meydançasında yaxşı baş məşqçi də eynilə dirijor kimidir. Hər kəs top dalınca qaçsa, mövqe, xətt, plan olmasa, oyunun nə vəziyyətə düşəcəyini hamı təsəvvür edə bilir. Arı pətəyində də hamının işi eyni deyil: kimisi yeni gül axtarır, kimisi balı daşıyır, kimisi pətəyi qoruyur. Heç kim durub “niyə həmişə balı mən gətirməliyəm” deyə narazı qalmır, çünki sistem elə qurulub.

Biz isə belə edirik: şirkətdə “hamımız satışı artırmalıyıq”, “hamımız keyfiyyətli iş görməliyik” deyirik, məktəbdə “hamımız uşaqlar üçün çalışırıq” cümləsini təkrarlayırıq, təşkilatlarda “hamımız komanda işini sevirik” şüarlarını səsləndiririk. Sözlər gözəldir, amma rol, ardıcıllıq, məsuliyyət yazılmayıbsa, nəticə bir olur: səs-küy.

Bir anlıq özümüzdən soruşaq: sənin işində həqiqi mənada yanında “dirijor” varmı? Yəni adı və vəzifə adı yox, doğrudan da bütövü görən, rolu bölən, son sözü deyən, amma hamıya nəfəs payı qoyan biri. Sənin işində, komandanın içində kimin nə edəcəyi yazılı şəkildə varmı, yoxsa hər şey “öz-özünə alınar” prinsipi ilə işləyir? Sən özün daha çox kimə oxşayırsan: orkestrdə nota baxıb öz rolunu bilən musiqiçiyə, zaldan baxan tamaşaçıya, yoxsa “hər şeyi mən edim” deyə-deyə axırda yanıb tükənən adama?

Çox vaxt şikayət etdiyimiz şeylər xarakterdən irəli gəlmir. Sadəcə rol bölgüsü, sistem yoxdur. İndiyə qədər bəlkə də belə düşünmüşük: “Bizim işə aid cavablar mənim sahəmdə olar. Müəllim müəllimdən öyrənməlidir, həkim həkimdən, rəhbər rəhbərdən”. Məsələ burasındadır ki, müəllim bəzən sinfi idarə etməyi futbol məşqçisindən daha yaxşı öyrənə bilər. Rəhbər komanda işini orkestrdən daha dərindən anlaya bilər. Biznes sahibi sistem qurmağı arı pətəyinə baxa-baxa daha aydın görə bilər. Və bəzən şirkətə nəfəs gətirəcək insan da elə məhz başqa sahədən gələn biri olur.

Yaxşı niyyət yetmir: nəticə üçün rol, sistem və dirijor lazımdır

Bir çox sahibkar və menecer yeni rəhbər və ya məsul şəxs axtaranda ilk sualı belə qoyur: “Neçə ildir bizim sektordasan?” Kağız üzərində bu, məntiqli sual kimi görünür. Amma reallıqda bəzən illərlə eyni sektorda işləyən adam eyni problemlərə eyni yerdən baxmaqdan başqa bir şey edə bilmir. Başqa sahədən gələn, amma sistemi, insanı, komanda işini görməyi bacaran biri isə həmin orkestrə kənardan qulaq asan dinləyici kimi girir: səs-küyü daha açıq eşidir, kimin harda çaşdığını daha tez tutur və “biz həmişə belə eləmişik” cümləsinin əsiri olmur. Dirijor olmaq üçün illərlə skripka çalmaq şərt deyil. Yetər ki, musiqini, ritmi, insanı oxuya biləsən. Şirkətlərdə də çox vaxt çatışmayan budur: güclü skripkaçılar var, amma heç kim dirijor kimi yetişdirilmir və ya kənardan gətirilmir.

Mən öz həyatımdakı təcrübələrdə də bunu çox aydın görmüşəm: bir sahədən başqa sahəyə keçəndə insan bəzən elə detallar kəşf edir ki, illərdir içəridə olanların gözündən qaçır. Çünki o, hazır sistemin içində böyüməyib, ona kənardan baxıb, sistem qurub və ya qurulmasında iştirakçı olub. Ona görə də komanda quranda, yeni vəzifə üçün adam seçəndə təkcə “neçə ildir bu sektordasan?” sualı ilə kifayətlənməyək. Bəlkə də əsas sual bu olmalıdır: “sən heç orkestr idarə etmisən? Yəni komanda, sistem, insanları bir araya gətirməyi bacarmısan?”

Komandada səs-küyü musiqiyə çevirmək mümkündürmü?

Bu yazını oxuyub “hə, maraqlı idi” deyib bağlamaq da olar. Amma doğrudan da öz işinizi, öz komandanızı daha sağlam görmək istəyirsinizsə, kiçik bir addım ata bilərsiniz. Bir gün orkestr videosuna təkcə musiqiyə görə yox, idarəetməyə görə baxın. Bir gün futbol oyununu sadəcə qola görə deyil, meydandakı nizam üçün izləyin. Bir gün arı pətəyi ilə bağlı sənədli filmi səbrlə seyr eləyin və özünüzdən soruşun: “Burada kim nə edir, kim nəyə cavabdehdir?” Sonra oturun, öz işinizin “not kağızını” çəkin. Kim nəyi və necə görməlidir, kim nəyə cavabdehdir, kim nə vaxt səhnəyə çıxır, kim nə vaxt kənarda dayanmalıdır, bunları aydınlaşdırın. Və yeni komanda yığanda, yeni rəhbər seçəndə yalnız təcrübənin illərinə yox, həmin insanın dirijor düşüncəsinə, sistem qurmaq və komandanı bir yerdə işlətmək bacarığına da baxın. Bəlkə də görəcəksiniz ki, sizin problemin həllində çatışmayan tək şey istedad, pul və ya şans deyil. Çatışmayan şey dirijor düşüncəsidir.

Bəlkə də illərdir eyni dairədə fırlanmağınızın səbəbi budur: cavabı yalnız öz otağınızda, öz sektorunuzda, öz sahənizdə axtarmısınız. Orkestr bizə sakitcə bunu deyir: “Baxın, həyat elədir ki, hər kəs alətini çala bilər. Amma musiqi ancaq o zaman yaranır ki, hamı öz yerini və işini bilsin”. Bəlkə bu gün sizə lazım olan şey yeni bir motivasiya sözü deyil, sadəcə başqa sahəyə bir dəfə diqqətlə baxmaqdır. Ola bilsin ki, “tık” deyə açılacaq cavabınız elə o baxışın içində gizlənib.

Sərkərdə Sərxanoğlu