Digər yazılar - Serkerde.com

Narkotikin qadın üzü: qurban, susqunluq və tələ
Narkotik haqqında danışanda qadın mövzusu çox vaxt kənarda qalır. Cəmiyyət bu bəlanı daha çox kişi obrazı ilə təsəvvür edir: küçə, pis dostlar, cinayətkar çevrə, gecə həyatı, şübhəli münasibətlər. Amma narkotik dünyasının qadın tərəfi də var. Hətta bu tərəf bəzən daha gizli, daha ağır və daha təhlükəlidir. Çünki qadın bu sistemdə yalnız istifadəçi kimi görünmür. O, bəzən aldadılan qurban olur, bəzən qorxudan susan insan olur, bəzən də başqa insanları cəlb etmək üçün istifadə olunan vasitəyə çevrilir.

Burada qadını günahlandırmaq asandır. Amma asan olan hər zaman doğru olmur. Bu mövzuya ciddi baxanda başqa mənzərə açılır. Narkotik dünyası qadını çox vaxt zəif yerindən tutur: yoxsulluğundan, təkliyindən, övladını saxlamaq dərdindən, boşanma sonrası müdafiəsizliyindən, işsizlikdən, ailə dəstəyinin olmamasından, “camaat nə deyər?” qorxusundan.

Bir qadın düşünün. Boşanıb. Uşağını tək böyüdür. Kirayə verir. Aliment ya yoxdur, ya da vaxtında gəlmir. İş tapa bilmir, tapdığı iş isə evin ən sadə ehtiyaclarına belə çatmır. Ailəsi ona arxa durmur. Cəmiyyət isə onun necə yaşadığını soruşmadan, necə davranmalı olduğunu deməyə hazırdır. Belə qadın isə cinayətkar çevrələr üçün müdafiəsiz real hədəf deyilmi?

Ona əvvəl böyük vədlər verilir. “Bir dəfəlikdir”, “heç kim bilməyəcək”, “sadəcə kömək edəcəksən”, “uşağın üçün pul qazanacaqsan” deyilir. Bəzən qadının ən həssas yerindən, ana olmasından istifadə olunur. Ən ağır məqam da budur: bir ananın övladını qorumaq hissi belə narkotik şəbəkələrinin əlində təzyiq vasitəsinə çevrilə bilir.

Qadın bir addım atır. Sonra ikinci addım gəlir. Sonra borc yaranır. Sonra qorxu başlayır. Sonra “indi çıxa bilməzsən” deyənlər ortaya çıxır. Bir müddət sonra o qadın artıq əvvəlki kimi qərar verə bilmir. Onu pul, qorxu, asılılıq, şantaj və utanc hissi ilə idarə etməyə başlayırlar.

Bəzi qadınlar bu sistemə “asan qazanc” üçün girmir. Bəziləri çıxış yolu tapa bilmədiyi üçün ora düşür. Bu fərqi görmədən verilən hər hökm yarımçıqdır. Bu, heç kimi təmizə çıxarmaq demək deyil. Başqasını narkotikə yaxınlaşdırmaq, aldatmaq, istifadə etmək, tələyə salmaq cinayətdir və buna bəraət yoxdur. Amma qadının bu nöqtəyə necə gətirildiyini görmədən yalnız nəticəni lənətləmək problemi həll etmir. Narkotik aləminin ən çirkli tərəflərindən biri də budur: əvvəl qadını zəiflədir, sonra həmin qadından başqalarını zəif salmaq üçün istifadə edir.

Bəzən qadın səsi, qadın ünsiyyəti, qadın yaxınlığı təhlükəni gizlətmək üçün seçilir. Çünki çox insan riski qadın simasında gözləmir. Sosial şəbəkədə yazan, mehriban danışan, etibar yaradan, münasibət görüntüsü verən bir qadının arxasında bəzən tək bir insan yox, bütöv çirkli çevrə dayana bilər.

Bu, qadınların hamısına şübhə ilə baxmaq üçün deyil. Əksinə, narkotik şəbəkələrinin necə alçaq işlədiyini anlamaq üçündür. Onlar qadının gözəlliyindən də istifadə edə bilirlər, səsindən də, münasibət yaratmaq bacarığından da, çarəsizliyindən də. Qadın bəzən özü də qorxu altında olur, amma eyni zamanda başqalarına yaxınlaşmaq üçün alətə çevrilir.

Bu vəziyyətin arxasında çox vaxt sərbəst seçim yox, asılılıq, borc, təzyiq, cinsi istismar, gizli görüntülərlə hədə, ailəyə deyilmək qorxusu və sosial damğa dayanır.Cəmiyyət isə çox zaman bu mənzərəni görmək istəmir.

Qadın narkotiklə bağlı problem yaşayanda ona kişi ilə eyni gözlə baxılmır. Kişi haqqında “xəstədir”, “pis yola düşüb”, “müalicə lazımdır” deyənlər qadına gələndə daha qəddar olurlar. Söhbət dərhal “ayıb”, “namus”, “əxlaq”, “adımız çıxar” sözlərinə bağlanır. Bu yanaşma qadını xilas etmir. Onu daha da susdurur. Bəzən qadını narkotik qədər “camaat nə deyər?” qorxusu da əsir saxlayır. Ailə problemi gizlədir. Qohumlar susdurur. Qonşular pıçıldayır. Cəmiyyət mühakimə edir. Nəticədə qadın kömək istəməyə yox, gizlənməyə məcbur qalır. Gizlənən problem isə yox olmur. Sadəcə daha təhlükəli hala keçir. Bu susqunluq da narkotik şəbəkələrinin işinə yarayır. Onlar yaxşı bilirlər ki, qadın adının hallanmasından qorxan ailə çox vaxt polisə, həkimə, mütəxəssisə gec müraciət edəcək. Bilirlər ki, qız uşağı ilə bağlı məsələ açıq danışılmayacaq. Bilirlər ki, cəmiyyət qadını qınamağa kömək etməkdən daha hazırdır. Bu qorxudan istifadə edirlər.

Məsələnin ən ağır tərəfi azyaşlı qızlardır. 12-13 yaşlı qız uşağının narkotik müalicəsinə düşməsi sadəcə bir ailənin faciəsi deyil. Bu, cəmiyyətə ünvanlanmış çox ağır sualdır. O yaşda uşaq narkotiki seçmir. O yaşda uşaq çox vaxt aldadılır, qorxudulur, yönləndirilir, özündən böyük insanların təsiri altına salınır. Bəzən sevgi adı ilə, bəzən dostluq adı ilə, bəzən sosial media vasitəsilə, bəzən də qorxu və şantajla. Belə bir uşağa ilk sual “niyə belə etdin?” olmamalıdır.

İlk sual bu olmalıdır: “Səni bu yerə kim gətirdi?” Kim onun inamından istifadə etdi? Kim onun yaşını, qorxusunu, təcrübəsizliyini fürsət bildi? Kim onun danışmağa qorxacağını hesabladı?
Kim onun qız uşağı olduğu üçün ailə tərəfindən susdurulacağını düşündü? Azyaşlı qurbanı günahlandıran cəmiyyət onu ikinci dəfə yaralayır. Əvvəl cinayətkarlar onun müdafiəsizliyindən istifadə edir, sonra cəmiyyət onu ayıbla susdurur. Bu, qəbul edilə bilməz.

Qız uşağı narkotik bataqlığına düşübsə, onu gizlətmək yox, xilas etmək lazımdır. Ailənin adı uşağın həyatından böyük ola bilməz. Heç bir “camaat nə deyər?” sualı 12 yaşlı bir qızın xilasından vacib deyil.

Eyni söz qadınlara da aiddir. Bir qadın narkotik şəbəkələrinin əlinə düşübsə, onun hekayəsini yalnız “əxlaq” ölçüsü ilə oxumaq ədalətsizlikdir. Bəlkə o qadın əvvəlcə yoxsulluğun içində tək qalıb. Bəlkə uşağını saxlamaq üçün çırpınıb. Bəlkə cinsi istismara sürüklənib. Bəlkə asılı vəziyyətə gətirilib. Bəlkə qorxudulub. Bəlkə də çıxmaq istəyib, amma çıxış qapısını tapa bilməyib. Bütün bunları görmədən yalnız qadını ittiham etmək narkotik canilərinin üzərindən məsuliyyəti götürür. Əsl hədəf görünməz qalır.

Hədəf qadının ehtiyacından qazanc götürənlərdir.
Hədəf onun analığını təzyiqə çevirənlərdir.
Hədəf onu asılı edib sonra istifadə edənlərdir.
Hədəf qadın səsini tələyə döndərənlərdir.
Hədəf qorxmuş qadını susduran və bu susqunluqdan yararlanan sistemdir.

Bu mövzuda cəmiyyətin də öz günah payı var. Biz çox vaxt qadından dözüm tələb edirik, amma ona dayaq olmuruq. “Ana müqəddəsdir” deyirik, amma tək ananın necə yaşadığını soruşmuruq. “Qadın namusdur” deyirik, amma qadın təhlükəyə düşəndə ilk olaraq onu qınayırıq. “Qız uşağını qorumaq lazımdır” deyirik, amma onunla açıq danışmağı ayıb sayırıq. Bu ziddiyyətlər cinayətkarların işini asanlaşdırır. Çünki qorxan qadın susur. Susdurulan qadın tək qalır. Tək qalan qadını idarə etmək daha asan olur. Bu dairəni qırmaq lazımdır.

Valideyn qızının dəyişən davranışını yalnız “kapriz” kimi görməməlidir. Müəllim şagirdin qəfil içinə qapanmasını, dərsdən soyumasını, qorxulu baxışlarını, izah olunmayan pul ehtiyacını, şübhəli çevrəsini diqqətsiz buraxmamalıdır. Cəmiyyət qadını damğalamağa yox, təhlükəni vaxtında görməyə çalışmalıdır. Qadını qorumaq onu evə həbs etmək deyil. Qız uşağını qorumaq onu susdurmaq deyil. Ailənin adını qorumaq həqiqəti gizlətmək deyil. Qorumaq danışmaqdır. Dinləməkdir. Vaxtında mütəxəssisə müraciət etməkdir. Qadının və qız uşağının kömək istəməsini ayıb yox, xilas yolu kimi görməkdir.

Bu yazını qadını günahsız elan etmək üçün yazmıram. Cinayət varsa, məsuliyyət də olmalıdır. Amma bu yazıda bir şeyi demək istəyirəm: narkotik dünyasında qadın məsələsi çox vaxt göründüyündən daha mürəkkəbdir. Orada istifadəçi də var. Qurban da var. Susdurulan da var.
İstismara məruz qalan da var. Başqasını tələyə çəkməyə məcbur edilən də var. Hamısını eyni sözlə damğalamaq həqiqəti öldürür.

Narkotik qadını yalnız maddə ilə məhv etmir. Onun ehtiyacını, utancını, sevgisini, analığını, qorxusunu və cəmiyyətin qınağını ona qarşı silaha çevirir. Bu səbəbdən qadınların bu bəladan qorunması təkcə ailə məsələsi deyil. Bu, sosial məsələdir. Hüquqi məsələdir. Təhsil məsələsidir. İnsanlıq məsələsidir.

Əgər tək qalan qadın köməksizdirsə, cinayətkarlar ona yaxınlaşacaq. Əgər qız uşağı ailəsinə dərdini deyə bilmirsə, təhlükəli adamlar onu dinləyirmiş kimi davranacaq. Əgər qadın narkotik bəlasına düşəndə dərhal damğalanırsa, o müalicəyə yox, gizlənməyə qaçacaq. Əgər cəmiyyət susursa, bu susqunluq ən çox cinayətkarların işinə yarayacaq. Ona görə narkotikin qadın üzünə baxmaqdan qorxmamalıyıq. Bu üzdə yalnız fərdi səhvlər yoxdur. Orada yoxsulluq var, tək analıq var, sosial laqeydlik var, cinsi istismar var, şantaj var, azyaşlı qızların müdafiəsizliyi var, qadını tez qınayıb gec qoruyan cəmiyyət var. Və bütün bunların üzərində qazanc quran amansız bir sistem var. O sistemi narahat etmək istəyiriksə, ilk növbədə susqunluğu pozmalıyıq.

Qadını qınamaq asandır. Onu vaxtında qorumaq çətindir. Qız uşağını danlamaq asandır. Onun qorxusunu anlamaq çətindir. Ailənin adını qorumaq asandır. Uşağın həyatını qorumaq isə daha vacibdir. Bu gün biz daha vacib olanı seçməliyik. Çünki narkotikin qadın üzü susduqca böyüyür.

Danışdıqca isə bir qadını, bir qızı, bir ananı, bəlkə də bir ailənin gələcəyini xilas etmək şansı yaranır.

Sərkərdə Sərxanoğlu

Narkotik bəzən sinif otağına müəllimdən əvvəl girir
Məktəb təkcə dərs cədvəli, zəng səsi, lövhə və qiymətdən ibarət deyil. Orada hər gün yüzlərlə müxtəlif taleli uşaq bir araya gəlir. Kiminin evində sevinc var, kiminin evində sükut. Kimi dərsə hazır gəlir, kimi gecə boyu ailəsində yaşanan gərginliyin ağırlığını özü ilə məktəbə gətirir. Bəzən bir şagirdin çantasındakı kitablar qaydasında olur, saçları daranmış görünür, amma içində nə yaşadığını heç kim bilmir. Bir səhər müəllim sinfə girəndə həmişə ikinci cərgədə oturan şagirdin başını partanın üstünə qoyduğunu görür. Adətən dərs başlamamış dostları ilə danışan, nəyəsə gülən uşaq o gün heç kimə baxmır. Müəllim dərsini keçir, heç nə soruşmur. Amma zəng çalınandan sonra ona yaxınlaşıb sakitcə deyir: “Son vaxtlar səni əvvəlki kimi görmürəm”. Uşaq əvvəl susur. Sonra sadəcə “heç nə” deyir. Bəzən insanın içində ən çox şey məhz bu iki sözdə gizlənir. Məktəbin ən böyük işi uşağa riyaziyyat, tarix və ya dil öyrətmək deyil. Bunlar, əlbəttə, vacibdir. Amma məktəb insanın özünü tanımağa başladığı ilk böyük mühitdir. Uşaq burada dostluq etməyi, uduzmağı, öz fikrini deməyi, haqsızlıqla qarşılaşmağı, bəzən də susmağı öyrənir. Onun xarakteri, dünyaya baxışı, özünə inamı çox vaxt məhz bu illərdə formalaşır. Ona görə məktəbə yalnız bilik verilən yer kimi baxmaq azdır. Məktəb həm də insanın həyatında nəyinsə yolunda getmədiyini ilk hiss edə bilən ən həssas məkanlardan biridir. Bu həssaslığın mərkəzində isə müəllim dayanır. Müəllim bəzən bütün sinfin içində ən sakit uşağın niyə birdən-birə aqressivləşdiyini görür. Həmişə dərsə maraq göstərən şagirdin gözlərindəki yorğunluğu hiss edir. Söhbətə qoşulan, zarafat edən bir uşağın günlərlə susduğunu, dostlarından uzaqlaşdığını, məktəbə gecikməyə başladığını, dərsə diqqətini toplaya bilmədiyini ilk fərq edən adam çox vaxt müəllim olur. Çünki valideyn övladını daha çox evdə görür, dostlar öz yaşıdlarının dəyişikliklərini adi hal saya bilər, amma müəllim uşağı hər gün eyni mühitdə, eyni insanlarla, eyni ritmdə müşahidə edir.

Bəzən narkotik sinif otağına müəllimdən əvvəl girir. Müəllim bunu birbaşa görməyə də bilər. Çünki bu təhlükə həmişə gözlə görünən, dərhal seçilən hadisə kimi gəlmir. O, əvvəlcə şagirdin davranışında görünə bilər: qəfil və səbəbsiz qəzəbdə, dərsdən uzaqlaşmaqda, göz kontaktından qaçmaqda, dost çevrəsini dəyişməkdə, ailədən və məktəbdən soyumaqda. Bəzən isə ən sakit görünən uşağın içində başlayan qapanmada. Amma burada bir vacib həqiqət var: hər dəyişiklik təhlükə demək deyil. Yeniyetməlik özü dəyişiklik dövrüdür. Uşaq bir gün danışqan, bir gün susqun ola bilər. İmtahan, ailə problemləri, dostla mübahisə, maddi sıxıntı, valideynlər arasındakı gərginlik — bunların hər biri onun davranışına təsir edə bilər. Ona görə də müəllimin işi şübhə ilə hökm vermək deyil. Onun işi görmək, hiss etmək, tələsmədən yaxınlaşmaq və “Sənə nə olub?” sualını insan kimi verməkdir. Bu sual sadə görünür. Amma bəzən bir uşağın eşitmək üçün ən çox gözlədiyi sual məhz budur. Çünki çox uşaq dərdini danışmağı bacarmır. Hətta danışmaq istəyəndə də onu dinləyən adam tapmır. Evdə valideyn yorğun olur, işdə olur, əsəbi olur. Uşaq “mənə qulaq asmırlar” hissi ilə böyüyür. Məktəbdə isə müəllim onu bir dəfə də olsa diqqətlə dinləyəndə, danlamadan, alçaltmadan, dərhal mühakimə etmədən soruşanda, o uşaq bəlkə də ilk dəfə anlayır ki, kimsə onu görür.

Bu, müəllimin çiyninə yeni bir yük qoymaq çağırışı deyil. Onsuz da müəllimlərin yükü az deyil: sinifdə say çoxdur, proqram var, kağız işi var, valideynlərlə münasibət var, bəzən öz şəxsi qayğıları var. Heç kim müəllimdən hər problemi həll etməyi gözləyə bilməz. O, nə narkoloqdur, nə polis, nə də hər uşağın həyatının bütün gizli tərəflərini bilməli olan adamdır. Amma müəllimin öz peşəsinin içində onsuz da böyük bir müşahidə gücü var. Bəzən taleyi dəyişən də məhz həmin güc olur. Bir müəllimin diqqəti necə görünür? Bu, şagirdi sinfin qarşısında sıxışdırmaq deyil. “Sən niyə belə olmusan?” deyib onu hamının yanında utandırmaq deyil. Valideynə dərhal zəng edib ittiham dili ilə danışmaq da deyil. Diqqət daha sakit bir şeydir. Dərsdən sonra uşağı bir neçə dəqiqə saxlamaqdır. “Son vaxtlar özün deyilsən, bəlkə danışmaq istədiyin bir şey var?” deməkdir. Onun sözünə inanmaqdır. Hər cümləsinin arxasında günah axtarmamaqdır. Lazım gələrsə, məktəbin psixoloquna, rəhbərliyinə, ailəsinə düzgün və ehtiyatlı şəkildə məlumat verməkdir. Bir çox böyüklərin ən böyük səhvi uşağın davranışındakı dəyişikliyi dərhal tərbiyəsizlik kimi yozmasıdır. Uşaq dərsə hazır deyil — deməli, tənbəldir. Sual veriləndə əsəbiləşir — deməli, hörmətsizdir. Sinifdən uzaq gəzir — deməli, özünü bəyənir. Ev tapşırığını etmir — deməli, məsuliyyətsizdir. Halbuki bəzən bu davranışların arxasında uşağın özünün də adlandıra bilmədiyi bir sıxıntı dayanır. Müəllim təcrübəsi ilə bilir ki, uşağın susması ilə sakitliyi eyni şey deyil. Bir şagirdin dərsə marağının azalması həmişə zəiflik deyil. Bəzən bu, kömək istəməyin səssiz formasıdır. Bəzən “mənə baxın” deməyə dili gəlməyən bir uşağın davranışıdır. Elə buna görə də məktəbdə yalnız intizama deyil, insanın halına da diqqət lazımdır.

Narkotiklə bağlı təhlükə də çox vaxt bir gündə yaranmır. Uşaq bir səhər evdən çıxıb başqa insana çevrilmir. Onun həyatında əvvəlcə boşluqlar yaranır: özünü dəyərsiz hiss edir, ailədən uzaqlaşır, dost çevrəsində qəbul olunmaq istəyir, “yox” deməyi bacarmır, kiməsə özünü sübut etməyə çalışır. Bəzən yaşadığı çətinlikdən qaçmaq üçün yanlış qapıya yönəlir. Bəzən də heç bir böyük ona vaxtında “Sən hara gedirsən?” sualını vermir. Bu sual nəzarət üçün yox, qayğı üçün verilməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox şeyi hiss edirlər. Kiminsə onları həqiqətən dinlədiyini də anlayırlar, formal olaraq soruşduğunu da. Müəllim “mən sənin tərəfindəyəm” hissini verəndə, şagirdin həyatında görünməyən bir dayaq yaranır. Bu dayağın gücünü bəzən illər sonra anlamaq olur. Müəllimin görünməyən məsuliyyəti də budur: o, sinifdə təkcə əl qaldıranları, cavab verənləri, qiymət alanları görmür. Bəzən hamının gözündən yayınan uşağın susqunluğunu da görür. Çünki hər şagird kömək istəyəndə bunu sözlə demir. Bir uşağın yaddaşında müəllimin dediyi hər söz qalmır. Amma ona ən çətin günündə necə baxıldığı qalır. O gün müəllimin səsində qınamaq yox, anlayış olubsa, bu hiss unudulmur. Uşaq böyüyür, məktəbi bitirir, başqa şəhərə gedir, bəlkə illərlə həmin müəllimini görmür. Ancaq özünü hamıdan uzaq hiss etdiyi bir gündə kimsənin onu fərq etdiyini xatırlayır. Bəzən insanı səhv yoldan geri döndərən nəsihət olmur. Sadəcə, onu kimsənin gözlədiyini bilməsidir. Hər kəsin yaddaşında onu dəyişən bir müəllim olur. Kimi üçün bu, ilk dəfə bacarığına inanan müəllimdir. Kimi üçün evdə eşitmədiyi xoş sözü deyən müəllimdir. Kimi üçün səhvini hamının yanında bağırmadan izah edən insandır. Kimi üçün isə ən çətin vaxtında heç nə soruşmadan, sadəcə yanında dayanan adamdır. Müəllimlərin talelərə təsiri həmişə görünən formada olmur. Bəzən bir cümlə, bir baxış, bir inam insanın içində uzun illər yaşayır.

Məktəbdə narkotik təhlükəsindən danışanda ilk növbədə qorxu yaratmaq düzgün deyil. Uşağa hər yerdə təhlükə olduğunu deyib onu həyatdan, dostluqdan, ünsiyyətdən qorxutmaqla nəticə almaq çətindir. Qorxu insanı bəzən bir müddət saxlayır, amma içində cavab yaratmır. Uşağa yalnız “uzaq dur” demək kifayət etmir. Ona “niyə uzaq durmalıyam?”, “özümü çətin vəziyyətdə necə qorumalıyam?”, “mənə nəsə təklif olunanda kimə müraciət edə bilərəm?” suallarının cavabı lazımdır. Ən əsası isə ona özünün dəyərli olduğu hissi lazımdır. Özünü dəyərli hiss edən uşaq, adətən, onu alçaldan, zəiflədən, həyatını qaraldan seçimlərə qarşı daha möhkəm dayanır. Çünki insanın içində boşluq olanda, onu nə ilə dolduracağını başqaları müəyyən etməyə başlayır. Məktəb də həmin boşluğun yaranmaması üçün ən vacib ünvanlardan biridir. Bir uşağın yanlış çevrəyə düşməsi hamının gözü qarşısında baş vermir. Əvvəlcə onun bir az daha çox susduğunu görürük. Sonra dərsdən soyuduğunu. Sonra “keçər” deyib ötürürük. Halbuki bəzən həyatdakı ən böyük uçurumlar elə “keçər” deyilən yerdən başlayır. Məhz buna görə müəllimin diqqəti nəzarət mexanizmi deyil; insanı tək qoymamaqdır.

Dediyim kimi, bu, bütün məsuliyyətin məktəbin üzərinə qoyulması demək deyil. Narkotiklə mübarizə tək müəllimin, tək valideynin, tək polis əməkdaşının və ya tək bir kampaniyanın işi deyil. Bu, ailənin, məktəbin, məhəllənin, dost çevrəsinin, medianın, dövlət qurumlarının və ümumiyyətlə cəmiyyətin ortaq məsuliyyətidir. Uşağı qorumaq üçün hər kəs öz yerində düzgün dayanmalıdır. Ailə övladının dostlarını, qayğılarını, gündəlik həyatını bilməlidir. Məktəb şagirdin davranışındakı dəyişiklikləri yalnız qiymət cədvəlində görməməlidir. Cəmiyyət kömək istəyən uşağı damğalamamalıdır. Media bu mövzunu sensasiya naminə deyil, insan taleyi kimi təqdim etməlidir. Dövlət qurumları isə yalnız nəticə ilə yox, səbəblərlə də mübarizə aparmalıdır. Çünki gənci qorumaq, onun səhv addımından sonra onu cəzalandırmaqdan daha böyük və daha çətin işdir. Bəzən müəllim bu zəncirin ilk halqasına çevrilir. O, təhlükəni dəqiq adlandırmaya bilər. Amma bir şeyin dəyişdiyini hiss edə bilər. Məhz həmin hiss onun ən böyük üstünlüyüdür. Uşaq dərsə gecikəndə, daha əvvəl cavab verməyə həvəsli olduğu halda indi başını aşağı salanda, sinifdə özünü yad kimi aparanda, müəllim bunu görür. Görmək isə bəzən taleyin istiqamətini dəyişmək deməkdir.

Bir məktəb müəlliminin danışdığı sadə bir hadisə var. Sinifdə həmişə fəal olan bir şagird birdən-birə dərslərdən uzaqlaşıb. Əvvəl müəllim bunu imtahan yorğunluğu sayıb. Sonra uşaq daha çox dərs buraxmağa, sinif yoldaşları ilə dalaşmağa başlayıb. Müəllim onu cəzalandırmaq əvəzinə bir gün sakitcə söhbətə çəkib. Uşaq dərhal danışmayıb. Bir neçə gün keçib. Amma o ilk söhbətdən sonra müəllimin yanına özü gəlib, evdə və çevrəsində yaşadığı gərginlikdən danışıb. Müəllim məktəb psixoloqu və ailə ilə birlikdə məsələyə diqqət yetirib.Bu hadisənin ən dəyərli tərəfi odur ki, müəllim “bu mənim işim deyil” deməyib. Bəlkə də həmin anda heç bir böyük qəhrəmanlıq baş verməyib. Sadəcə, bir müəllim şagirdinə insan kimi yanaşıb. Bəzən insanın taleyi də elə böyük addımlarla yox, adi görünən düzgün davranışlarla dəyişir. Müəllim peşəsinin böyüklüyü də buradadır. Müəllim yalnız dərs izah etmir; o, bəzən uşağın özünə izah edə bilmədiyi halını anlayır. O, bəzən uşağın evdə eşitmədiyi sualı verir. Bəzən onun ən zəif vaxtında qarşısına çıxan ilk yetkin insan olur. Müəllimin sözünün çəkisi də buradan gəlir. Əlbəttə, müəllim də insandır. O da hər şeyi görməyə, hər davranışı düzgün yozmağa borclu deyil. Bəzən o da yanılar, bəzən gecikər, bəzən nə edəcəyini bilməz. Amma müəllimlik mükəmməl olmaq deyil; diqqətli olmaqdır. Şagirdin içində yaranan qaranlığı ilk anda tam anlamaq mümkün olmaya bilər. Yetər ki, o qaranlıq görməzdən gəlinməsin.

Bu gün məktəblərdən daha çox nə gözləməliyik? Daha çox qayda, daha çox cəza, daha çox qorxutma? Bunlar müəyyən həddə lazım ola bilər. Amma ən çox lazım olan şey məktəbin içində insan münasibətinin güclənməsidir. Uşaq müəllimindən çəkinə bilər, amma ondan qorxmamalıdır. Məktəbə getmək onun üçün yalnız hesabat vermək hissi yaratmamalıdır. O bilməlidir ki, səhv etdikdə də, çətinliyə düşdükdə də danışa biləcəyi bir böyüyü var. Narkotiklə mübarizənin ən güclü tərəfi yalnız qadağa deyil. Ən güclü tərəfi vaxtında qurulan münasibətdir. Uşağın özünü tənha hiss etməməsidir. Bir müəllimin “mən səni görürəm” deməsidir. Bir valideynin “mən səni dinləyirəm” münasibətidir. Bir məktəbin “sən bizim üçün sadəcə qiymət deyilsən” mesajıdır. Məktəb bəzən uşağın evdən sonra ən çox vaxt keçirdiyi yerdir. Ona görə burada deyilən hər sözün, göstərilən hər diqqətin, edilən hər haqsızlığın və hər yaxşılığın izi qalır. Müəllim bir gün şagirdinin gözündə yaranmış fərqi görürsə, onu yalnız intizam problemi kimi qəbul etməməlidir. Bəlkə ortada adi bir yorğunluq var. Bəlkə ailə qayğısı var. Bəlkə də daha ciddi bir təhlükənin ilk kölgəsi görünür. Həmin anda lazım olan şey ittiham deyil, qayğıdır. Sorğu-sual deyil, söhbətdir. Damğa deyil, dəstəkdir.

Bütün müəllimlər hər şagirdin həyatını dəyişə bilməz. Buna heç kimin gücü çatmaz. Amma bir müəllim bir şagirdin həyatında vaxtında görünə bilər. Onun susqunluğunu eşidə bilər. Yanlış istiqamətə getdiyini hiss edə bilər. Ona yenidən ayaqda durmaq üçün səbəb verə bilər. Müəllim bəzən jurnalın qarşısında oturan bir adam kimi görünür. Amma o jurnalın qarşısında talelər oturur. Kiminin təkcə qiyməti aşağı düşür, kimininsə həyatı səssizcə əlindən sürüşməyə başlayır. Müəllimin diqqəti hər dəfə möcüzə yaratmaya bilər. Lakin bəzən bir uşağın həyatında ən vacib fərqi yaradan şey, onu vaxtında görən bir cüt göz olur. Və bəzən, həqiqətən də, bir müəllimin diqqəti bir insanın həyatını xilas edə bilər. Bu, heç bir protokola yazılmaya bilər. Heç kim bununla bağlı hesabat istəməyə bilər. Amma bir gün böyümüş o şagird geriyə baxanda, yolunu dəyişən şeyin böyük bir nitq yox, vaxtında verilmiş sadə bir sual olduğunu xatırlayar: “Sən yaxşısan?”

Sərkərdə Sərxanoğlu

Ekranın arxasındakı tələ: sosial media və narkotik təhlükəsi
Narkotik bəlasına həsr etdiyim əvvəlki yazımda “valideyn korluğu”ndan danışmışdım. Yəni bəzən ailənin öz evində baş verən dəyişikliyi gec görüb, zamanında fərqinə varmamasının, övladına qarşı doğru münasibət qura bilməməsinin ağır fəsadlarını oxucunun diqqətinə çatdırmağa çalışmışdım. Bu dəfə isə məsələnin başqa tərəfinə diqqət çəkmək istəyirəm: sosial media və sosial şəbəkələr narkotik təhlükəsində hansı rolu oynayır? Çünki bu gün narkotik təhlükəsini yalnız küçədə, qaranlıq yerlərdə, şübhəli adamların yanında axtarmaq artıq köhnə düşüncədir. Təhlükə formasını dəyişib. İndi o çox vaxt insanın qarşısına birbaşa çıxmır. Əvvəlcə gözə öyrəşir, sonra söhbətə çevrilir. Daha sonra zarafat olur və nəhayətində adam özü də hiss etmədən ona qarşı əvvəlki qədər ayıq qalmır. Məncə, bu gün ən böyük problemlərdən biri məhz budur.

Sosial media narkotiki hər zaman açıq şəkildə təbliğ etmir. Bəzən onun haqqında elə danışılır, elə zarafat edilir, elə görüntülər paylaşılır ki, məsələ yavaş-yavaş adiləşməyə başlayır. Dünən qorxulu sayılan şey bu gün gülməli video olur, sabah mahnı sözünə çevrilir. Bir müddət sonra isə adamın beynində belə bir fikir yaranır ki, “əşşi boş şeydi, o qədər də ciddi məsələ deyilmiş”. Əsl təhlükə də elə buradan başlayır. Çünki narkotikdən pul qazanan adam üçün bundan yaxşı nə ola bilər? İnsan qorxmasın, məsələni ciddi qəbul etməsin və bunu uzaq təhlükə kimi yox, “hamının bildiyi adi şey” kimi görsün.

Narkotik tacirinin işi təkcə satmaq deyil. O, əvvəlcə mühit hazırlayır. Adamın qorxusunu azaldır, marağını artırır, sonra da fürsət axtarır. Sosial media isə bu iş üçün çox geniş və əvəzolunmaz  meydandır. Orada yaş da, maraq da, təklik də, özünü sübut etmək istəyən gənclər də, asan pul axtaranlar da, diqqət istəyənlər də var. Burada söhbət təkcə uşaqlardan getmir. Bu təhlükə yeniyetməyə də aiddir, tələbəyə də, gəncə də, cavana da. Hətta özünü çox ağıllı, çox ayıq, hər şeyi bilən hesab edən yaşlı-başlı adama da. Çünki sosial media hamıya eyni qapıdan yaxınlaşır: telefondan.

Bu məqamda ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının illərdir “narkotik satan şəbəkələr sosial media və mesajlaşma tətbiqlərindən istifadə edərək insanlara, xüsusilə də gənclərə daha rahat çata bilirlər” xəbərdarlığını xatırlamaq yerinə düşərdi. DEA-nın “Social Media Drug Trafficking Threat” adlı xəbərdarlığında da əsas fikir budur ki, təhlükə artıq insanın cibində gəzdirdiyi telefona qədər yaxınlaşıb. Bu faktın özü çox şey deyir. Əvvəllər narkotik satan adam müəyyən bir yerdə dayanmalı, müəyyən çevrəyə girməli, kiməsə fiziki yaxınlaşmalı idi. İndi isə bu məsafə azalıb. Telefon, sosial şəbəkə, gizli yazışma, saxta adlar, yalan profillər var. İnsan bəzən küçədə yaxın durmayacağı adamla telefonda rahat yazışa bilir. Çünki ekran adama saxta rahatlıq verir. Məsələ də elə buradadır: telefon təhlükəni təhlükəsiz göstərir.

Küçədə şübhəli adam sənə yaxınlaşsa, bəlkə də geri çəkilərsən. Amma sosial şəbəkədə kimsə sənə “dost kimi”, “tanış kimi”, “sadə həmsöhbət kimi” yaxınlaşanda təhlükəni dərhal hiss etməyə bilərsən. Xüsusilə də əvvəlcədən həmin mövzu sənə adi göstərilibsə. Ona görə də sosial mediada narkotikin adiləşdirilməsi təsadüfi məsələ deyil. Bəzən bu, sadəcə düşüncəsiz paylaşım olur. Kimsə zarafat edir, kimsə diqqət toplamaq istəyir, kimsə gördüyünü təkrar edir. Amma nəticə yenə təhlükəlidir. Çünki belə paylaşımlar narkotiki ciddi təhlükə kimi yox, gündəlik söhbətin bir hissəsi kimi göstərir. Amma, məncə, bundan da ağır sual var: bəs bu adiləşdirmə kimə sərf edir? Əlbəttə, cavab aydındır; narkotikdən pul qazananlara. Onlar üçün ən sərfəli cəmiyyət narkotikdən qorxan cəmiyyət deyil. Ən sərfəli cəmiyyət narkotikə gülən, onu zarafata çevirən, “bir dəfə ilə nə olacaq” deyən, təhlükəni uzaqda hesab edən cəmiyyətdir. Çünki belə mühitdə qurban tapmaq daha asan olur. Burada gənclər bəzən yalnız istifadəçi kimi yox, həm də alət kimi görülür. Bu da çox ciddi məsələdir. Bəzi cinayət şəbəkələri gəncləri “asan pul”, “kiçik iş”, “heç nə olmaz” kimi şirnikləndirici sözlərlə tələyə sala bilir. Bir şeyi açıq demək lazımdır ki, narkotik şəbəkələri gəncin həyatını düşünmür. Onlar üçün insanın yaşı, ailəsi, arzusu, gələcəyi maraqlı deyil. Onlar üçün insan ya müştəridir, ya da istifadə olunacaq bir vasitə. Bu qədər soyuq, bu qədər amansız.

Biz isə çox vaxt bu məsələyə gec ayılırıq. Adam artıq istifadə edəndə, ailə dağılma ərəfəsinə gələndə, pul itəndə, sağlamlıq pozulanda, polis qapıya dayananda hamı narahat olur. Halbuki məsələ çox-çox əvvəl başlayır. Sosial mediada gördüyü görüntüyə güləndə, narkotiklə bağlı sözlər ona adi gələndə, təhlükəni zarafat kimi qəbul edəndə, tanımadığı adamla yazışmağı normal sayanda və s. Hansı ki, biz həmin əvvəli görməliyik.

Burada sosial medianı tamamilə günahkar çıxarmaq da düzgün deyil. Sosial media pis işlər üçün istifadə olunduğu kimi, yaxşı işlər üçün də istifadə olunur. Maarifləndirmə də orada aparılır, faydalı məlumat da orada yayılır, insanlar bir-birinə dəstək də olur. Problem sosial medianın özündə deyil, problem ondan kimin və necə istifadə etməsindədir. Bir bıçaq çörək də kəsə bilər, insanı yaralaya və ya öldürə də bilər. Sosial media da belədir, baxır kim nə üçün istifadə edir.

Amma bir həqiqət gün işığı kimi ortadadır ki, narkotik tacirləri bu meydanı boş buraxmır. Onlar insanların zəif yerini axtarırlar. Kim təkdir, kim maraqlıdır, kimin ona ehtiyacı var, kim özünü göstərmək istəyir, kim ailəsindən uzaqlaşıb, kim dost axtarır, kim diqqət istəyir. Sosial media bütün bunları görmək üçün onlara geniş imkan verir.

Buna görə də bizim mübarizəmiz yalnız “narkotik pisdir” deməklə bitməməlidir. Baxmayaraq ki, hamı bunu məktəbdə də, evdə də, televiziyada da eşidib. Sual isə başqadır: insan buna inanırmı? Gördüyü, izlədiyi, eşitdiyi şeylər onu bu fikrə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Əgər sosial şəbəkədə narkotik zarafat kimi görünürsə, zərərli həyat tərzi “azadlıq” kimi göstərilirsə, təhlükəli davranışlar “cavanlıq” adı ilə ötürülürsə, onda quru xəbərdarlıqların təsiri azalır. Ona görə ailə də, məktəb də, media da dili dəyişməlidir. Gənclə yuxarıdan-aşağıya danışmaqla nəticə almaq çətindir. “Sən bilmirsən”, “sən başa düşməzsən”, “telefonu yerə qoy” deməklə məsələ həll olmur. İnsan gördüyünü başa düşməlidir. Ona izah edilməlidir ki, hər gülməli görünən şey zərərsiz deyil. Hər trend olan davranış doğru deyil. Hər çox paylaşılan görüntü həqiqət deyil. Hər yazan adam dost deyil.

Bu, çox sadə cümlədir, amma vacibdir: sosial şəbəkədə sənə yaxınlaşan hər adam xoş niyyətlə yaxınlaşmır. Bunu yeniyetmə də bilməlidir, gənc də, cavan da. Valideyn də bilməlidir, müəllim də, media nümayəndəsi də. Bilməlidilər ki, bu gün narkotiklə mübarizə təkcə küçədə aparılmamalıdır. Bu mübarizə telefonun içində də, paylaşımın altında da, söhbətin və ya zarafatın içində də davam etdirilməlidir.

Sosial mediada bəzən bir paylaşım sadəcə paylaşım deyil. Bəzən bir zarafat sadəcə zarafat deyil. Yaxud, bir mesaj sadəcə mesaj deyil. Arxasında kiminsə marağı, kiminsə qazancı, kiminsə tələsi ola bilər. Məncə, bu mövzuda ən böyük məsuliyyətlərdən biri də medianın üzərinə düşür. Narkotik haqqında elə yazmaq lazımdır ki, nə onu reklam edəsən, nə də mövzunu ucuz sensasiyaya çevirəsən. Elə danışmaq lazımdır ki, insan qorxsun, amma düşünməyi də bacarsın. Elə xəbərdarlıq etmək lazımdır ki, gənc özünü ittiham altında yox, təhlükədən xəbərdar edilmiş hiss etsin. Çünki məqsəd yalnız qorxutmaq deyil, ayıltmaqdır. Sosial media narkotiki bəzən birbaşa satmır. Əvvəlcə onu qorxulu olmaqdan çıxarır. Onu zarafata çevirir, söhbətə salır, yad hiss etdirmir. Sonra da bu mühitdən istifadə edənlər öz qurbanını daha rahat tapır.

Bu səbəbdən, narkotiklə mübarizə yalnız son mərhələdə, insan artıq asılı olanda, ailə artıq dağılanda, gənc artıq tələyə düşəndə başlamamalıdır. Mübarizə daha əvvəl başlamalıdır; narkotik haqqında münasibət dəyişəndə, ona güləndə, onu adi sayanda, onu “hamının bildiyi şey” kimi qəbul edəndə. Sosial şəbəkədə tanımadığın adamın yaxınlaşmasını normal qarşılayanda. Biz bu mərhələni görməsək, sonra çox gecikmiş olacağıq. Çünki narkotik təkcə maddə deyil, o həm də pul qazanan bir şəbəkədir, qurban axtaran bir sistemdir, zəif anı gözləyən bir təhlükədir. Və bu təhlükə bu gün bəzən qapını döymür. Sadəcə ekranda görünür.

Sərkərdə SƏRXANOĞLU

Valideyn korluğu: narkotik bəlası həmişə küçədən gəlmir
Narkomaniya haqqında cəmiyyətdə çox rahatladıcı bir fikir var: guya bu bəla yalnız dağılmış ailələrdə, nəzarətsiz mühitlərdə, küçədə böyüyən uşaqların həyatında olur. Bu fikir valideynə bir az rahatlıq verir. Adam düşünür ki, “bizim evdə belə şey olmaz”, “mənim uşağım elə mühitdə deyil”, “biz normal ailəyik”. Amma həyat çox vaxt bu qədər sadə olmur.

Asılılıq ailənin adına, evin böyüklüyünə, valideynin təhsilinə, uşağın oxuduğu məktəbə baxmır. Bəzən ən ağır fəlakətlər kənardan sakit, mədəni, hətta nümunəvi görünən ailələrin içində baş verir. Evdə hər şey yerindəymiş kimi görünür: səhər yeməyi, məktəb, universitet, ailə söhbətləri, bayram şəkilləri, qonaqların yanında gülümsəyən valideynlər. Amma bütün bunların arxasında uşağın içində yavaş-yavaş böyüyən bir boşluq ola bilər. Ən ağrılı sual da buradan başlayır: eyni evdə yaşayan valideyn bunu necə görmür? Bəzən cavab çox sadədir. Görmək istəmir. Bu, həmişə laqeydlik deyil. Bəzən qorxudur. Bəzən insanın özünü qorumaq cəhdidir. Valideyn uşağında qəribə dəyişikliklər hiss edir, amma ağlına gələn ən ağır ehtimalı özündən uzaqlaşdırır. Çünki onu qəbul etmək çox çətindir.

Uşaq qəfil əsəbiləşir, otağına çəkilir, əvvəlki kimi danışmır. Valideyn deyir: “Yeniyetməlikdir, keçib gedər”. Yuxu rejimi pozulur, gözlərində yorğunluq, davranışında soyuqluq yaranır. Valideyn deyir: “dərsləri çoxdur, stress keçirir”. Evdə pul azalır, bəzi əşyalar yoxa çıxır, xərcləri izaholunmaz şəkildə artır. Valideyn yenə özünü sakitləşdirir: “bəlkə də mən səhv xatırlayıram”, “uşaqdı, böyüyür, ehtiyacları çoxalır”. Bu cümlələr bəzən sadəcə izah deyil, müdafiədir. Valideyn uşağını qoruduğunu düşünür, əslində isə özünü həqiqətdən qoruyur. Çünki “mənim uşağımda problem var” demək asan deyil. Bu cümlənin içində günahkarlıq var, utanc var, qorxu var. Valideyn özünə sual verir: “harada səhv etdim?”, “nəyi görmədim?”, “bu bizim evdə necə baş verdi?” Elə buna görə də bir çox ailələr problemi çox gec dərk edir və gerçək adını dilə gətirirlər. Əlamətlər göz qabağında olur, amma onların adı qoyulmur.

Bu gün təhlükə əvvəlki kimi yalnız küçədə deyil. Valideyn uşağını evdə görəndə rahatlaşır. Düşünür ki, qapı bağlıdırsa, uşaq təhlükəsizdir. Amma indi otağın qapısı bağlı olsa da, uşağın içində olduğu mühit tamamilə başqa yerdə ola bilər. Telefon, sosial şəbəkələr, gizli yazışmalar, yad insanların təsiri, qruplar, təzyiq, maraq, təklik hissi. Bunların hamısı uşağın otağına səs salmadan girə bilir. Valideyn isə çox vaxt yalnız fiziki təhlükəni izləyir: hara getdi, kimlə çıxdı, nə vaxt qayıtdı. Halbuki bəzən ən böyük təhlükə uşağın harada olması ilə yox, kimin təsiri altında olması ilə bağlıdır. Bu məqamda valideynlərin rəqəmsal dünyadan geri qalması da ciddi problemə çevrilir. Uşaq hansı dildə danışır, hansı zarafatları başa düşür, hansı qruplarda özünü qəbul olunmuş hiss edir, hansı adamlara inanır, valideyn bunları bilmirsə, onunla eyni evdə yaşasa da, eyni həyatı yaşamır.

Asılılıq çox vaxt birdən-birə başlamır. Əvvəlcə boşluq olur. Sonra maraq. Sonra “bir dəfəlik” düşüncəsi. Sonra gizlətmə. Sonra yalanlar. Sonra ailədən uzaqlaşma. Və bir gün valideyn anlayır ki, artıq uşağı ilə danışanda qarşısındakı əvvəlki uşaq deyil. Ən çətin mərhələ də bundan sonra başlayır. Valideyn həqiqəti görəndə çox vaxt qorxu ilə hərəkət edir. Qışqırır, ittiham edir, telefonu əlindən alır, qapıları bağlayır, dostlarını qadağan edir, uşağı nəzarət altına almağa çalışır. Onun niyyəti xilas etməkdir, amma bilmirlər ki, bu üsul bəzən tam əks nəticə verir. Çünki asılılıq yaşayan insana yalnız qadağa ilə yaxınlaşmaq onu açmır, daha da bağlayır. O, evdə özünü müttəhim kimi hiss etdikcə, onu “başa düşdüyünü” iddia edən zərərli mühitə daha çox çəkilə bilər. Halbuki həmin mühitin verdiyi anlayış həqiqi anlayış deyil. Çox vaxt bu, sadəcə manipulyasiyadır. Amma uşağın o anda ehtiyac duyduğu şey də məhz budur: dinlənmək, alçaldılmamaq, tamamilə silinməmək. Bu, o demək deyil ki, valideyn sərhəd qoymamalıdır. Əlbəttə qoymalıdır. Amma sərhədlə təhqir eyni şey deyil. Nəzarətlə terror eyni şey deyil. Narahatlıqla alçaltmaq eyni şey deyil. Valideyn uşağına belə bir mesaj verə bilməlidir: “Sənin etdiyini qəbul etmirəm, amma səni atmayacağam. Bu problemi gizlətməyəcəyik, amma səni də tək buraxmayacağıq”. Bəlkə də ailələrdə ən çox çatışmayan cümlə budur. Biz çox vaxt uşaqlarımızın uğurunu dinləməyə hazırıq. Yaxşı qiymət alanda, yarışda qalib gələndə, gözəl davrananda, bizi qürurlandıranda onları qucaqlayırıq. Amma uşaq qorxanda, səhv edəndə, zəifləyəndə, pis seçimə yaxınlaşanda, eyni qucağı tapa bilirmi? Əsas sual budur. Çünki uşaq valideyninə yalnız yaxşı xəbərlə yaxınlaşa bilirsə, deməli, pis xəbəri başqa yerdə gizlədəcək. Əgər evdə hər səhv faciəyə çevrilirsə, uşaq səhvini etiraf etməyəcək. Əgər valideyn yalnız hakim kimi davranırsa, uşaq müdafiəyə keçəcək. Müdafiəyə keçən uşaq isə həqiqəti demir, yalnız yaxalanmamağı öyrənir.

Narkomaniya ilə mübarizə təkcə polis, həkim və reabilitasiya mərkəzlərinin işi deyil. Bu mübarizə çox vaxt evdə, adi bir söhbətin içində başlayır. Uşağın səsini eşitməkdə, davranışındakı dəyişiklikləri ciddiyə almaqda, onu nəzarət adı ilə boğmadan yanında dura bilməklə başlayır. Valideyn olmaq yalnız uşağın yeməyini, məktəbini, geyimini təmin etmək deyil. Valideyn olmaq həm də onun susqunluğunu oxumaqdır. Onun “heç nə olmayıb” cümləsinin arxasında nəyin gizləndiyini hiss etməyə çalışmaqdır. Onu günahlandırmadan əvvəl ona yaxın olmaqdır. Bəlkə də ən ağır həqiqət budur: bəzi uşaqlar kömək istəmir kimi görünür, amma əslində necə kömək istəyəcəyini bilmir. Ona görə də valideynin qarşısında çox sadə, amma çox ciddi bir seçim dayanır. Övladının həyatında yalnız hökm verən insan olacaq, yoxsa o yıxılanda qayıda biləcəyi təhlükəsiz yer? Bəzən bir ailənin taleyini məhz bu sualın cavabı dəyişir.

Sərkərdə Sərxanoğlu

Evdəki uzaq adam
Emin həmin səhər evdən çıxanda Dəniz hələ mətbəxin qapısında dayanmışdı. Əynində məktəb forması vardı. Saçının bir tərəfi səliqəli hörülmüşdü, o biri tərəfdə nazik bir tel açılıb yanağına düşmüşdü. Əlində rəngli karandaş qutusu tutmuşdu. Qutunun qapağı köhnəlmişdi, kənarındakı şəkilli yapışqan yarı soyulmuşdu.

Emin ayaqqabısını geyinə-geyinə saatına baxdı. “Gecikirəm,” dedi. Bu sözü kimə dediyi bilinmədi. Leylaya, qızına, ya özünə. Dəniz bir addım irəli gəldi.

- Ata...

Emin qapının yanında asılmış pencəyini götürdü.

- Hə, qızım?

- Bu gün sərgidir.

Emin bir anlıq dayandı. Sonra açarları cibində axtardı.

- Hə, yadımdadır.

Dəniz sevindi, amma bu sevinc ehtiyatlı idi. Sanki atasının cavabına tam inanmağa qorxurdu.

- Müəllim dedi ki, valideynlər gəlsə yaxşı olar.

Leyla mətbəxdən baxırdı. Əlində çay qaşığı vardı. Qaşığı stəkanın içinə qoymuşdu, amma qarışdırmırdı.

Emin qapını açdı. Həyətdən maşın siqnalının zəif səsi gəldi. Sürücü gözləyirdi.

- Baxaram, qızım, bu gün çox vacib görüşüm var. Əgər çatdırsam, gələcəm.

Dəniz başını tərpətdi.

- Yaxşı.

Bu “yaxşı” çox balaca idi. Elə balaca ki, Emin onu eşitmədi. Ya da eşitdi, amma özü eşitməmək istədi. Qapı bağlandı. Leyla pəncərəyə yaxınlaşıb həyətə baxdı. Emin maşına minəndə telefonda danışmağa başlamışdı. Dəniz hələ də qapının yanında dayanmışdı. Sonra sakitcə otağına keçdi və karandaş qutusunu çantasına qoydu.

Emin yolda üç dəfə telefonla danışdı. Birinci zəngdə maliyyəçi ona bəzi rəqəmlərin dəyişdiyini dedi. İkinci zəngdə mühəndis material siyahısında çatışmayan pozisiyalardan danışdı. Üçüncü zəngdə müştəri tərəfdən bir nəfər görüş saatının dəyişmədiyini xatırlatdı. Emin hamısına eyni səslə cavab verdi. Qısa, aydın, tələskən. Maşın ofisin qarşısında dayananda saat doqquza işləyirdi. Ofisin şüşəli qapısı hələ tam açılmamışdı. Mühafizəçi onu görüb cəld yerindən qalxdı.

- Sabahınız xeyir, Emin müəllim.

- Sabahın xeyir.

Ofis həmin gün həmişəkindən tez oyanmışdı. Dəhlizdə kağız qoxusu, təzə dəmlənmiş çayın buxarı, printerin fasiləsiz səsi bir-birinə qarışmışdı. Köməkçisi Nərmin stolunun üstünə qovluqları düzmüşdü. Rauf bəy otaqdan-otağa keçib hamıdan eyni şeyi soruşurdu: “Son variant budur? Əminsiniz?”

Eminin şirkəti böyük bir təmir və abadlıq layihəsinə hazırlaşırdı. Layihə alınsa, son aylardakı sıxıntı bir az azalacaqdı. Maaşlar gecikməyəcəkdi. Bankla danışıq rahatlaşacaqdı. Emin bunu bilirdi. Ona görə də həmin səhər evdəki “sərgi” sözü ofisə çatana qədər yolda haradasa itmişdi.

Otağına girib pencəyini stulun arxasına asdı. Masanın üstündə təqdimat faylları, smeta cədvəlləri, çertyojlar vardı. Hər şey öz yerində idi. Yalnız pəncərənin kənarında dünəndən qalmış soyuq çay stəkanı qalmışdı. Emin onu götürüb zibil qabına atdı.

Saat ona on beş dəqiqə qalmış şəxsi telefonu titrədi. Ekranda “Dəniz” yazılmışdı. Emin əvvəl baxdı, sonra telefonu əlinə aldı, sonra yenə masaya qoydu. Qapının arxasında Nərminin səsi eşidildi: “Emin müəllim, komissiya yarım saata gələcək”. Telefon yenə titrədi. Bu dəfə açdı.

- Eşidirəm, qızım.

Dənizin səsi asta gəlirdi. Sanki məktəbin dəhlizində dayanıb gizli danışırdı.

- Ata, sən yoldasan?

Emin pəncərəyə tərəf döndü.

- Yox, qızım. Mən ofisdəyəm.

Xəttin o başında sükut oldu.

- Bəs... gələcəksən?

Emin barmaqları ilə masanın üstündəki qələmi çevirdi.

- Canım, bu gün çox çətindir. Mən sənə səhər dedim axı. Burada vacib görüşüm var.

Dəniz bir az susdu:

- Amma hamı gəlib.

Bu söz Eminin qulağına çatdı, amma içində yer tapmadı. İçəri girmədi. Orada, qulağın kənarında qaldı.

- Müəlliminə de ki, atamın işi var. Axşam rəsminə baxaram. Sənə gözəl çərçivə də alarıq.

Dəniz cavab vermədi.

- Dəniz?

- Mən çərçivə istəmirəm.

Emin yorğun halda gözlərini yumdu.

- Bilirəm, qızım. Amma indi ata çıxa bilmir.

Dəniz bu dəfə bir az daha aydın danışdı:

- Mən ailəmizi çəkmişəm.

Emin masanın üstündəki qovluqlara baxdı.

- Çox yaxşı.

- Səni də çəkmişəm.

Emin gülümsəməyə çalışdı.

- Əla.

- Amma səni uzaqda çəkmişəm.

Eminin gülümsəməsi yarımçıq qaldı.

- Niyə uzaqda?

- Çünki sən həmişə elə olursan.

Dəniz bunu deyəndən sonra xəttin o başında kimsə onun adını çağırdı. Uşaq səsləri eşidildi. Sonra zəng kəsildi. Emin telefonu əlində saxladı. Çox adi telefon idi. Qara rəngli, ekranında kiçik bir çat vardı. Həmin çatın nə vaxt yarandığını xatırlamadı. Bəlkə də çoxdan vardı, sadəcə indi gördü. Qapı açıldı. Rauf bəy içəri girdi. Üzündə gərgin, amma sevinməyə hazır bir ifadə vardı.

- Başlayaq?

Emin telefonu masanın üstünə qoydu.

- Başlayaq.

Zalda hər şey qaydasında idi. Ekran işləyirdi, su butulkaları düzülmüşdü, qovluqlar masanın üstündə idi. Komissiya üzvləri yerlərini tutmuşdu. Nərmin qapının yanında dayanıb hər gələnə təbəssümlə yol göstərirdi. Emin danışmağa başladı. O, belə təqdimatları çox etmişdi. Harada dayanmaq, hansı slaydda səsi bir az yüksəltmək, hansı rəqəmin üstündə xüsusi dayanmaq lazım olduğunu bilirdi. Hətta qarşı tərəfin üzündən hansı sualın gələcəyini də təxmin edirdi. Amma həmin gün danışdıqca öz səsi ona yad gəlirdi. “İşlərin mərhələli icrası...” Dəniz: “Səni uzaqda çəkmişəm”. “Materialların keyfiyyət sertifikatları...” “Çünki sən həmişə elə olursan”. “Layihənin təhvil müddəti...”

Emin bir yerdə dayandı. Su içdi. Heç kim hiss etmədi. Yalnız Nərmin uzaqdan ona baxdı, sonra yenə qovluqlara tərəf döndü. Təqdimat uğurlu keçdi. Komissiya sədri onun əlini sıxanda zalda yüngül bir alqış qopdu: “Təbrik edirəm, Emin müəllim. Təklifiniz qəbul olundu”.

Rauf bəy dərindən nəfəs aldı, elə bil aylardır çiynində gəzdirdiyi yükün bir hissəsi yerə düşdü.

Sakitcə, “demişdim axı alınacaq”, dedi.

Baş mühəndis gülümsəyirdi. Nərmin bir neçə nəfərə çay gətirirdi. Ofisdə sevinc vardı. Bu sevinc qəribə şəkildə nizamlı idi: hamı öz sevincini iş adamı kimi göstərirdi. Əl sıxır, təbrik edir, telefonla kiməsə xəbər verir, yenə qovluqlara baxırdı.

Emin otağına keçdi. Masasının üstündə iş telefonları titrəyirdi. Təbrik mesajları gəlirdi. Birini açdı, oxumadan bağladı. Sonra şəxsi telefonunu götürdü və Dənizə zəng etdi. Cavab gəlmədi.

Bir də zəng etdi. Yenə cavab gəlmədi. Üçüncü dəfə zəng etmək istədi, etmədi. Telefonu masanın üstünə qoydu. Birdən yadına düşdü ki, Dəniz uşaq olanda, ilk dəfə yeriməyə çalışanda o harada idi? Deyəsən, rayonda obyektə getmişdi. İlk dişi çıxanda? Leyla şəkil göndərmişdi. Birinci sinfə gedəndə yanında olmuşdu, amma məktəbin həyətində də telefonla danışmışdı.

O bunları xatırlamaq istəmirdi. Xatırladıqca məlum olurdu ki, heç nə birdən olmamışdı. Uzaqlıq bir günün işi deyildi. Adam ailəsindən birdən-birə yox, xırda-xırda uzaqlaşırdı. Bir “sonra” ilə. Bir “indi yox” ilə. Bir “vacib işim var” ilə.

Qapı döyüldü. Nərmin başını içəri uzatdı: “Emin müəllim, axşam hamı yığışmaq istəyir. Restoran üçün yer danışım?”

Emin pəncərəyə baxırdı. Qarşı binanın şüşəsində öz əksi görünürdü. Arxası otağa tərəf idi. Bir an elə bildi, Dənizin rəsmini görür. “Yox,” dedi. Nərmin cavabı eşitmədi, ya eşitmək istəmədi.

- Bütün rəhbər heyət olacaq. Rauf bəy dedi ki...

- Nərmin xanım,” Emin sakitcə onun sözünü kəsdi, “bu gün yox.”

Nərmin başını tərpətdi. “Oldu.”

Emin pencəyini götürdü. İş telefonlarını masada qoydu. Şəxsi telefonunu cibinə saldı. Çıxanda Rauf bəy dəhlizdə qarşısına çıxdı.

- Hara gedirsən? İndi hamı səni axtaracaq.

- Məktəbə.

Rauf bəy elə bildi Emin zarafat edir.

- İndi?

- İndi.

Rauf bəy bir şey demək istədi, amma Eminin üzünə baxıb susdu.

Məktəbin həyətinə çatanda hava qaralmağa başlayırdı. Payız axşamı tez düşürdü. Həyətdə bir neçə uşaq qalmışdı. Onlar da valideynlərini gözləyirdi. Mühafizəçi əvvəl Eminə şübhə ilə baxdı, sonra sinif rəhbərinin adını eşidib içəri buraxdı.

Sinifdə işıqlar yanırdı. Lövhənin yanında bir qadın rəsmləri yığışdırırdı. Emin qapının ağzında dayandı.

- Bağışlayın... Mən Dənizin atasıyam.

Qadın ona tərəf döndü. Bir anlıq onun üzündə “indi?” sualı göründü, amma demədi.

- Dəniz sizi çox gözlədi, dedi.

Emin başını aşağı saldı.

- Bilirəm.

- “Yox,” müəllim sakitcə dedi. “Bilmirsiniz. Gözləmək uşaqlarda başqa cür olur”.

Emin cavab vermədi. Müəllim masanın üstündən bir rəsm götürüb ona uzatdı: “Bu onun işidir.”

Emin rəsmi aldı. Kağızda ev vardı. Günəş vardı. Ağac vardı. Leyla vardı. Dəniz vardı. Bir də kişi vardı. Kişi bir az kənarda dayanmışdı. Əlində telefon vardı. Üzü yox idi. Arxası ailəyə tərəf idi.

Uşaq rəsmi idi. Xətlər düz deyildi. Adamların barmaqları beşdən çox çəkilmişdi. Günəşin şüaları həddindən artıq uzun idi. Amma Emin bu rəsmdə indiyə qədər gördüyü bütün memarlıq layihələrindən daha dəqiq ölçü gördü. Aradakı məsafə ölçülmüşdü. O məsafəni heç bir xətkeşlə çəkmək olmazdı.

“Bunu götürə bilərəm?” – deyə soruşdu. Müəllim başını tərpətdi.

- Dəniz istəyirdi ki, siz özünüz görəsiniz.

Emin rəsmi qatlamadı. Əlində tutub dəhlizlə geri qayıtdı. Dəhlizin divarında başqa rəsmlər də asılmışdı. Bir rəsmdə ata qızının əlindən tutmuşdu. Birində ailə piknikdə idi. Birində ana, ata və uşaq böyük qırmızı ürəyin içində çəkilmişdi. Emin həmin rəsmlərə baxmadığını sanırdı. Amma hamısını gördü.

Evə gələndə Leyla qapını açdı. Eminin əlindəki vərəqi görəndə heç nə soruşmadı. “Dəniz otağındadır”, dedi. Emin başını tərpətdi. Otağın qapısı yarıaçıq idi. Dəniz masanın arxasında oturmuşdu. Dəftəri açıq idi, amma qələmi əlində dayanmışdı. Emin qapını döymədi. Sadəcə içəri girdi. Dəniz atasını görüb bir anlıq sevindi. Sonra özünü saxladı. Üzünü çevirdi. Emin onun yanında diz çökdü. Rəsmi masanın üstünə qoydu. “Baxdım,” dedi.

Dəniz rəsmdən çox atasına baxdı.

- Gec baxdın.

- Bəli.

- Hamı gedəndən sonra.

- Bəli.

Emin əvvəllər belə cavab verməzdi. Nəsə izah edərdi. İşdən danışardı. Vacib görüşdən, şirkətdən, məsuliyyətdən. Amma həmin axşam bunların heç biri dilinə gəlmədi. Gəlsəydi də, çox kasıb səslənəcəkdi.

“Bağışla,” dedi.

Dəniz çiyinlərini çəkdi. Uşaqların çiyin çəkməyi böyüklərinki kimi olmur. Böyüklər çiyin çəkəndə vecsiz görünürlər. Uşaqlar çiyin çəkəndə elə bil ümidlərini hara qoyacaqlarını bilmirlər.

Emin rəsmdəki arxası dönük adama baxdı.

- Məni belə görürsən?

Dəniz yavaşca dedi:

- Bəzən.

Bu “bəzən” Eminə “həmişə”dən ağır gəldi. Çünki içində hələ bir yer saxlayırdı. Tam bağlanmamış qapı kimi.

Emin əlini uzadıb qızının saçındakı açılmış teli kənara çəkdi. Dəniz bu dəfə geri çəkilmədi. “Mən bunu otağıma aparacam,” dedi Emin.

- Niyə?

- Unutmayım deyə.

Dəniz bir az düşündü.

- Sonra yenə işin çox olacaq.

Emin gülümsəməyə çalışdı.

- Olacaq.

- Yenə gec gələcəksən.

- Bəlkə.

- Bəs onda?

Emin cavab verməzdən əvvəl uzun müddət susdu. Bəlkə də ilk dəfə qızına hazır cümlə ilə yox, həqiqətlə cavab vermək istəyirdi. “Onda sən mənə bu rəsmi göstərərsən,” dedi. Dəniz masanın üstündəki karandaş qutusunu açdı. Qara karandaşı götürdü və rəsmdəki kişinin əlindəki telefonun üstünə balaca bir xətt çəkdi. Sonra karandaşı atasına uzatdı.

- Sən də çək.

Emin karandaşı aldı.

- Nə çəkim?

Dəniz rəsmdəki kişi ilə özünün arasında boş qalan yerə baxdı.

- Yol.

Emin bir anlıq ona baxdı. Sonra ehtiyatla, çox ehtiyatla, rəsmdəki arxası dönük adamdan Dənizə tərəf nazik bir xətt çəkdi. Xətt düz alınmadı. Bir az əyri getdi.

Dəniz gülümsədi:

- Pis deyil.

Emin də gülümsədi. Leyla qapının yanında dayanmışdı. Gözləri dolmuşdu, amma üzündə qəribə bir rahatlıq vardı.

Həmin axşam Emin telefonlarını açmadı. Həyatını bir anda dəyişmədi. Sadəcə Dənizlə birlikdə mətbəxdə çay içdi. Qızı ona sərgidə kimin nə çəkdiyini danışdı. Emin əvvəlki kimi başını tərpədib keçmədi. Dinlədi. Bunun özü Dəniz üçün böyük hadisə idi.

Bir neçə gün sonra Emin o rəsmi ofisinə apardı. Hamının görəcəyi yerə yox, öz masasının sol tərəfinə qoydu. Çərçivəsiz. Sadəcə şüşənin altında.

Rauf bəy bir dəfə otağa girəndə rəsmə baxıb güldü.

- Bu nədir belə? Sən arxanı dönmüsən?

Emin də rəsmə baxdı.

- Hə,” dedi.

- Dəniz çəkib?

- Hə.

Rauf bəy bir az güldü, sonra nəsə demək istədi, demədi. Çünki Eminin üzündə gülməli bir şey yox idi.

Günlər keçdi. Emin yenə işləyirdi. Yenə gecikdiyi günlər olurdu. Yenə telefonları susmurdu. Bəzi axşamlar yenə yorğun qayıdırdı. Amma indi evə girəndə əvvəlcə telefonunu masanın üstünə qoyurdu. Dəniz ona nəsə göstərmək istəyəndə “sonra” deməzdən əvvəl dayanırdı. Bəzən insan tam dəyişmir. Sadəcə bir cümlənin qarşısında əvvəlki kimi ola bilmir.

Bir axşam Dəniz yeni rəsm gətirdi. Bu dəfə kağızda yenə ev vardı. Günəş vardı. Leyla vardı. Dəniz vardı. Emin də vardı. Hələ bir az kənarda idi, amma bu dəfə üzü onlara tərəf çəkilmişdi.

Emin rəsmi uzun müddət əlində saxladı.

“Bu dəfə üzümü çevirmisən,” dedi.

Dəniz ciddi-ciddi başını tərpətdi.

- Hələ tam yanımızda deyilsən, amma baxırsan.

Emin heç nə demədi. Pəncərənin arxasında Bakı axşamı idi. Uzaqda maşın səsləri gəlirdi. Evdə çay qaynayırdı. Leyla mətbəxdə stəkanları düzürdü. Emin qızının çəkdiyi ikinci rəsmə baxdı və ilk dəfə başa düşdü ki, bəzi yollar çox uzun olmur, amma adam onları çox gec tapır.

Qızına tərəf döndü. “Dəniz,” dedi, “bu rəsmi də verərsən mənə?”

Dəniz bir az düşündü.

- Verərəm, amma bir şərtlə.

- Nə şərt?

- Sabah məktəbdən sonra məni sən götürəcəksən.

Emin sabahkı görüşlərini xatırladı. Biri saat üçdə idi. Biri dörddə. Birini dəyişmək olardı. O birini Rauf bəy apara bilərdi. “Götürəcəm,” dedi.

Dəniz ona uzun-uzadı baxdı.

- Doğrudan?

Emin bu dəfə saatına baxmadı.

- Doğrudan.

Dəniz rəsmi ona verdi. Emin onu götürəndə kağızın kənarında balaca hərflərlə yazılmış bir cümlə gördü: “Bu dəfə atam bizə baxır.”

Emin heç nə demədi. Bəzən bir uşağın cümləsi adamın bütün ömrünə bəs edir.

Sizcə insan qazandıqlarının həqiqi dəyərini anlamaq üçün mütləq nəyisə itirmək təhlükəsi ilə üz-üzə qalmalıdır?

Sərkərdə Sərxanoğlu

İş Yerində Görünməz Savaş: Mobbingin Qurbanları və Tamaşaçıları
İş Yerində Psixoloji Terror – "Mobbing"

Azərbaycanda "Mobbing" anlayışı hələ geniş yayılmasa da, onun yaratdığı ciddi fəsadlar iş yerlərində həm işçilər, həm də təşkilatlar üçün böyük təhlükədir. Davamlı şəkildə psixoloji təzyiqə məruz qalan insanlar yalnız depressiya və fiziki problemlərlə üzləşmir, eyni zamanda onların şəxsi və peşəkar həyatları zədələnir. Bu vəziyyət insanları psixoloji dəstəyə ehtiyac duyan hala gətirir.

Araşdırmalar göstərir ki, müasir dünyanın ağırlaşan iş şəraiti və ifrat rəqabət mühiti ofis daxili qarşıdurmaları artırır. Hər kəsin özünü göstərmək istədiyi, "irəli keçmək" üçün qeyri-etik üsullara əl atdığı iş yerlərində, şəxsi maraqların ön plana çıxması nəticəsində insanlar daha çox psixoloji təzyiqə məruz qalır. Nəticədə, əvvəllər kollektivdə mövcud olan müsbət münasibətlər yerini düşmənçilik atmosferinə buraxır. Bu atmosferin ən açıq təzahürü isə iş yerində rəhbər və ya həmkarlar tərəfindən həyata keçirilən "Mobbing"dir.

Mobbing: Səssiz Zorakılıq

İş yerləri çox zaman peşəkar nailiyyətlərin səhnəsi kimi görünür. Amma bu səhnənin arxasında heç kimin danışmadığı bir savaş var. Bu savaş qışqırıq və ya açıq zorakılıq deyil; bu, səssiz və görünməz bir savaşdır. "Mobbing", yəni iş yerində psixoloji terror, öz zərərli torunu salaraq qurbanlarını zəif salır və təşkilatların mənəvi dayaqlarını çökdürür.

Bir düşünün: Hər gün yeni ideyalarla işə gəlirsiniz, lakin günlər keçdikcə iş mühiti dəyişir. Gözlər üzərinizdədir, amma sözlər susqundur. Hər görüşdə fikirləriniz kəsilir, təkliflərinizə məhəl qoyulmur. Tədricən özünüzü təcrid olunmuş və hətta görünməz hiss edirsiniz. Bu artıq fərdi bir problem deyil – bu, mobbing adlı səssiz şiddətdir.

Mobbingin Anatomiyası və Tərəfləri

Mobbing prosesində hər kəs müəyyən bir rola sahibdir:

Zalımlar: Bunlar zəif xarakterli, yüksək nəzarət ehtiyacı olan, fərqliliklərə dözümsüz insanlardır. Onların əsas məqsədi qurbanı zəiflədərək özlərini güclü hiss etməkdir. Riyakar komplimentlər, eyham dolu şərhlər və sistemli təcrid onların əsas silahıdır.

Qurbanlar: Çox vaxt işinə sadiq, bacarıqlı və dürüst insanlar mobbingin əsas hədəfinə çevrilir. Onların müsbət keyfiyyətləri zalımları narahat edir, çünki bu insanlar onların zəif cəhətlərini üzə çıxarır.

Tamaşaçılar: Çox vaxt susqun qalmağı üstün tutan insanlardır. Onlar vəziyyətə müdaxilə etməkdən çəkinir və ya işlərini itirmək qorxusu ilə sükut edir. Lakin onların susqunluğu mobbingin davam etməsinə səbəb olur.

Misal:
Bir şirkətdə yüksək performansı ilə seçilən bir əməkdaş həmkarları tərəfindən məqsədli şəkildə təcrid edilmişdi. Uğurları tənqid edilir, şəxsi əşyalarına qəsdən ziyan vurulurdu. Bu vəziyyət onun sağlamlığına və iş motivasiyasına ciddi zərbə vurdu, nəticədə işçi istefa verdi. Bu hadisə yalnız qurbanın həyatını deyil, kollektivin harmoniyasını və şirkətin nüfuzunu da sarsıtdı.

Mobbingin Əlamətləri: Nə Zaman Fəaliyyətə Keçməli?

Mobbingin əlamətləri incə başlayır, lakin zamanla güclənərək qurbanı ciddi mənəvi sarsıntıya sürükləyir. Bəzi əlamətlər aşağıdakılardır:

Davamlı tənqid və əsassız iradlar.

Fikirlərin kəsilməsi və ya təkliflərin diqqətdən kənarda qalması.

Həmkarların və ya rəhbərin açıq şəkildə münasibət göstərməməsi.

Yazılı və şifahi təhdidlər, qərəzli şərhlər.

Qurbanın iş proseslərindən təcrid edilməsi və iclaslara çağırılmaması.

Şirkət daxilində qurban haqqında dedi-qoduların yayılması.

Mühüm qeyd: Mütəxəssislər mobbingin yalnız bir neçə hadisədən ibarət olmadığını vurğulayır. Bu davranışlar sistematik və davamlı olmalıdır. Əgər iş yerində 6 aydan çox müddət ərzində bu əlamətlərlə üzləşirsinizsə, bu artıq ciddi bir problemdir.

Mobbingin Təsirləri: Fərdi və Təşkilati Fəlakət

Şəxsi Təsirlər:

Psixoloji: Davamlı təzyiq qurbanların özünə inamını azaldır, onları depressiyaya və emosional sarsıntıya sürükləyir.

Fiziki: Uzunmüddətli stress xroniki xəstəliklərin yaranmasına, yuxusuzluğa və ürək-damar problemlərinə səbəb olur.

Sosial: Mobbingin təsiri ailə münasibətlərinə də sirayət edir, münaqişələrə, hətta boşanmalara gətirib çıxarır.

Təşkilati Təsirlər:

Mənfi mühit: İş məhsuldarlığı azalır, əməkdaşlar arasında düşmənçilik yaranır.

İqtisadi zərər: İşçi dövriyyəsinin artması, təlim xərcləri və hüquqi mübahisələr şirkət büdcəsinə ağır yük gətirir.

Reputasiya itkiləri: Mobbing halları şirkətlərin cəlbediciliyini və işə götürmə qabiliyyətini azaldır.

Mobbinglə Mübarizə: Çıxış Yolları

Mobbing təkcə fərdlərin deyil, təşkilatların da mübarizə aparmalı olduğu bir problemdir. Problemi həll etmək üçün həm fərdi, həm də sistematik səviyyədə addımlar atılmalıdır.

Qurbanlar Üçün Təkliflər:

Faktları sənədləşdirin: Təzyiq hallarını və təcrid addımlarını dəqiq qeyd edin.

Ünsiyyət qurun: Sakit, lakin qətiyyətli şəkildə problemi zalımla müzakirə edin.

Hüquqi addımlar atın: İnsan Resurslarına və ya Həmkarlar İttifaqına müraciət edin.

Psixoloji dəstək alın: Emosional zədələrin öhdəsindən gəlmək üçün peşəkar köməyə müraciət edin.

Rəhbərlik Üçün Təkliflər:

Maarifləndirmə tədbirləri təşkil edin: Mobbingin təsirləri haqqında təlimlər keçirin.

Şəffaf siyasət yaradın: Təşkilat daxilində mobbinglə bağlı qaydalar müəyyənləşdirin.

Dəstək mexanizmləri təmin edin: Şikayətlərin anonim və təhlükəsiz şəkildə bildirilməsi üçün sistem yaradın.

Sonda: Sükutun Dağıdılması

Mobbing səssiz, amma dağıdıcı bir problemdir. Bu, yalnız qurbanın deyil, bütün kollektivin məsuliyyətidir. Mobbinglə mübarizə yalnız qanunların deyil, həm də insanların vicdanının bir tələbidir. Sükut yalnız zalımlara güc və cəsarət verir. Unutmayın: hər bir susqunluq, hər bir görməzdən gəlmə mobbingin davam etməsinə şərait yaradır.

Əgər siz bu vəziyyətin şahidi və ya qurbanısınızsa, sükutu pozun. Bu, yalnız sizin həyatınızı deyil, bütöv iş mühitini yaxşılaşdıra bilər.

Bəs siz, bu səssiz savaşın hansı tərəfindəsiniz? Qurban, tamaşaçı, yoxsa dəyişiklik yaradan bir qəhrəman?

Sərkərdə Sərxanoğlu

Şirkətlərin uğur yolçuluğu: Effektiv Korporativləşmə
Müasir iş dünyasında şirkətlərin ayaqda qalması və uğuru yalnız gərgin rəqabət mühitində rəqabət aparmaqla məhdudlaşmır. Korporativləşmə şirkətlərin davamlı böyüməsi və gələcək çağırışlara cavab verməsi üçün qaçılmaz zərurətdir. Effektiv korporativləşmə prosesi şirkətin təməllərini gücləndirən, səmərəliliyi artıran və rəqabət üstünlüyü təmin edən bir səyahətdir. Şirkətlərin uğura aparan bu mühüm səyahətində korporativləşmənin nə qədər kritik olduğunu öyrənmək üçün sizi bu məqaləni oxumağa dəvət edirəm.

Hər bir şirkət uğura aparan yolda unikal səyahətə çıxır. Bununla belə, effektiv korporativləşmə bu səyahətin əsas bələdçisidir. Şirkətlər strateji idarəetmə və hədəflərin müəyyən edilməsi ilə başlayır. Aydın baxış və missiya şirkətin gələcək hədəflərini müəyyənləşdirir və hər bir işçinin diqqətini ümumi məqsədə yönəldir. Bu, şirkətin möhkəm təməl üzərində qurulmasını və uğura doğru addımlar atmasını təmin edir.

Korporativləşmənin digər mühüm sütunu təşkilati strukturun gücləndirilməsidir. Şirkətlər aydın iyerarxiya quraraq səlahiyyət və məsuliyyətlərini aydın şəkildə müəyyənləşdirirlər. Bu, ünsiyyəti asanlaşdırır, qərar vermə proseslərini sürətləndirir və əməkdaşlıq ruhunu gücləndirir. Şirkət daxilində rolların və vəzifələrin aydınlaşdırılması hər bir işçinin güclü töhfə verməsini təmin edir və şirkətin uğura doğru irəliləməsinə kömək edir.

Effektiv korporativləşmənin digər mühüm elementi biznes proseslərinin optimallaşdırılmasıdır. Şirkətlər təkrarlanan prosesləri müəyyən etməklə standartlaşdırma və avtomatlaşdırmaya imkan verir. Bu, səhvləri azaldır, səmərəliliyi artırır və resurslardan səmərəli istifadəni təmin edir. Biznes proseslərinin müntəzəm idarə olunması şirkətin rəqabət üstünlüyünü gücləndirir və uğura doğru irəliləməsinə şərait yaradır.

Bununla belə, yadda saxlamaq lazımdır ki, korporativləşmə təkcə struktur elementlərlə bağlı deyil. Möhkəm korporativ mədəniyyətin formalaşdırılması da şirkətlər üçün mühüm amildir. Dəyərlərin müəyyən edilməsi və etik standartların qəbul edilməsi şirkətə işçilər arasında inam, motivasiya və əməkdaşlığı gücləndirən mühit yaratmağa imkan verir. Güclü korporativ mədəniyyət şirkətin şəxsiyyətini formalaşdırır və işçilərin şirkətin məqsədlərinə sadiq qalmasını təmin edir.

Effektiv korporativləşmə prosesi, həmçinin, davamlı təkmilləşdirmə və innovasiyaları təşviq etməlidir. Şirkətlər rəqabət üstünlüklərini qorumaq və gələcək tələblərə cavab vermək üçün öz biznes proseslərini davamlı olaraq təkmilləşdirməli və innovativ layihələrə diqqət yetirməlidirlər. İnnovasiya şirkətlərə rəqabət üstünlüyü əldə etməyə imkan verir və onlara sürətlə dəyişən iş dünyasında qabaqcıl olmağa imkan verir.

Nəticə etibarilə, effektiv korporativləşmə prosesi şirkətlərin uğura aparan səyahətində mühüm rol oynayır. Strateji idarəetmə, gücləndirilmiş təşkilati struktur, optimallaşdırılmış biznes prosesləri, möhkəm korporativ mədəniyyət və davamlı təkmilləşdirmə və innovasiya şirkətlərə rəqabət üstünlüyü əldə etməyə, səmərəliliyi maksimuma çatdırmağa və davamlı inkişafa nail olmağa imkan verir. Effektiv korporativləşmə şirkətlərin bu mühüm səyahətində düzgün addımların atılmasını təmin edir və  onları davamlı uğura aparır.

Korporativləşmənin tərifi:

Korporativləşmə şirkətin fəaliyyətini sistemli şəkildə idarə etmək, onun proseslərini optimallaşdırmaq və bütövlükdə təşkil etmək deməkdir. Buraya şirkətin təşkilati strukturlarının yaradılması, idarəetmə sistemlərinin yaradılması, siyasət və prosedurların müəyyən edilməsi və işçilər arasında korporativ mədəniyyətin yayılması daxildir. Korporativləşmə prosesi şirkəti daha səmərəli, effektiv və idarəolunan edir.

Korporativləşmənin əhəmiyyəti:

Davamlılıq:

Korporativləşmə şirkətin uzunmüddətli davamlılığı üçün mühüm amildir. Yaxşı strukturlaşdırılmış korporativ sistem şirkətə müəyyən bir şəxsdən və ya qrupdan asılı olmadan fəaliyyətini davam etdirməyə imkan verir. Bu, şirkətə hətta keçid dövrlərində belə idarəetməni və biznes proseslərini effektiv şəkildə saxlamağa imkan verir.

Səmərəlilik:

Korporativləşmə biznes proseslərini optimallaşdırmaq və standartlaşdırmaqla səmərəliliyi artırır. Təkrarlanan proseslər və aydın siyasət və prosedurlar resurslardan səmərəli istifadəni təmin edir. Bu, vaxta və xərclərə qənaət edilməsinə imkan verir və şirkətin rəqabət üstünlüyünü artırır.

Böyümə və Genişlənmə:

Korporativləşmə şirkətin böyüməsində və genişlənməsində mühüm rol oynayır. Yaxşı strukturlaşdırılmış korporativ sistem yeni bazarlara giriş, yeni məhsul və xidmətlərin təqdim edilməsi və ya birləşmə və satınalmalar kimi böyümə imkanlarını idarə etmək üçün fundamental çərçivə təmin edir.

Yaxşı Reputasiya və Etibarlılıq:

Korporativləşmə şirkətin reputasiyasını gücləndirir və ona etibar qazanmağa kömək edir. Korporativ struktur şirkətin etik standartlara riayət etməsini, şəffaf fəaliyyət göstərməsini və müştərilər, işçilər və maraqlı tərəflərlə möhkəm əlaqələr qurmasını təmin edir. Bu, şirkətə müştəri loyallığını qazanmağa, rəqabətdə fərqlənməyə və daha geniş bazarın etibarını qazanmağa imkan verir.

Yaradıcılığı və İnnovasiyaları Təşviq Edin:

Korporativləşmə yaradıcılığı və yeniliyi təşviq edən mühit yaradır. Yaxşı strukturlaşdırılmış korporativ sistem işçiləri fikirlərini bölüşməyə, innovativ layihələri inkişaf etdirməyə və şirkətin inkişafını daim dəstəkləməyə təşviq edir. Bu, şirkətin rəqabət üstünlüyünü artırır və gələcək uğurun əsasını qoyur.

Nəticə:

Korporativləşmə şirkətlər üçün strateji əhəmiyyət kəsb edir və uzunmüddətli davamlılıq, səmərəlilik, böyümə potensialı, reputasiya və innovasiya kimi bir çox üstünlüklər gətirir. Korporativ struktur şirkətə məqsədlərinə çatmağa, rəqabət üstünlüyü əldə etməyə və dəyişən biznes mühitinə uyğunlaşmağa imkan verir. Şirkətlərin korporativləşməyə önəm verməsi onların uğurlarının və uzunmüddətli uğurlu gələcəyinin əsasını təşkil edir.

Sərkərdə Sərxanoğlu